Cənnətə sorğu-sualsız girənlər
عَنْ ابْنُ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عُرِضَتْ عَلَيَّ الأُمَمُ فَجَعَلَ النَّبِيُّ وَالنَّبِيَّانِ يَمُرُّونَ مَعَهُمْ الرَّهْطُ وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ حَتَّى رُفِعَ لِي سَوَادٌ عَظِيمٌ قُلْتُ مَا هَذَا أُمَّتِي هَذِهِ قِيلَ بَلْ هَذَا مُوسَى وَقَوْمُهُ قِيلَ انْظُرْ إِلَى الأُفُقِ فَإِذَا سَوَادٌ يَمْلأُ الأُفُقَ ثُمَّ قِيلَ لِي انْظُرْ هَا هُنَا وَهَا هُنَا فِي آفَاقِ السَّمَاءِ فَإِذَا سَوَادٌ قَدْ مَلأَ الأُفُقَ قِيلَ هَذِهِ أُمَّتُكَ وَيَدْخُلُ الْجَنَّةَ مِنْ هَؤُلاَءِ سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ ثُمَّ دَخَلَ وَلَمْ يُبَيِّنْ لَهُمْ فَأَفَاضَ الْقَوْمُ وَقَالُوا نَحْنُ الَّذِينَ آمَنَّا بِاللَّهِ وَاتَّبَعْنَا رَسُولَهُ فَنَحْنُ هُمْ أَوْ أَوْلاَدُنَا الَّذِينَ وُلِدُوا فِي الإِسْلاَمِ فَإِنَّا وُلِدْنَا فِي الْجَاهِلِيَّةِ فَبَلَغَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ فَقَالَ هُمْ الَّذِينَ لاَ يَسْتَرْقُونَ وَلاَ يَتَطَيَّرُونَ وَلاَ يَكْتَوُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ فَقَالَ عُكَاشَةُ بْنُ مِحْصَنٍ أَمِنْهُمْ أَنَا يَا رَسُولَ اللَّهِ قَالَ نَعَمْ فَقَامَ آخَرُ فَقَالَ أَمِنْهُمْ أَنَا قَالَ سَبَقَكَ بِهَا عُكَّاشَةُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətlər mənə göstərildi. Mən bir və ya iki peyğəmbər gördüm, yanlarında bir neçə adam var idi. Elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. (Həmin vaxt) mənə böyük bir toplum göstərildi. Mən soruşdum: “Bu nədir? Yoxsa bu mənim ümmətimdir?” Mənə: “Bu, Musa və onun qövmüdür” - deyildi. Sonra da: “Üfüqə tərəf bax” - deyə əmr edildi. Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. (Yenə) dedilər: “Üfüqün burasına və burasına bax!” Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. Mənə: “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sualsız Cənnətə girəcək”- dedilər. (Bunu deyəndən) sonra Peyğəmbər ﷺ kimlərin (sorğu-sualsız Cənnətə girəcəklərinə dair) açıqlama verməyib (evinə) daxil oldu. (Bu səbəbdən) camaatın arasına ixtilaf düşdü və onlar dedilər: “Biz Allaha iman gətirmiş və Onun Elçisinin ﷺ ardınca gedən kimsələrik. (Demək, o yetmiş min nəfər) bizik, yaxud bu, müsəlman olaraq doğulmuş övladlarımıza aiddir, çünki biz cahiliyyə dövründə dünyaya gəlmişik”. Bu söhbət Peyğəmbərə ﷺ yetişdikdə o, bayıra çıxıb dedi: “Bunlar özlərinə ovsun oxunmasını tələb etməyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab etməyən, (müalicə məqsədilə) bədəninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. Bu vaxt Ukkaşə ibn Mihsən dedi: “Mən onlardanammı, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ: “Bəli” - dedi. Sonra başqa bir adam ayağa qalxıb: “Mən də onlardanammı?”- deyə soruşdu. Peyğəmbər ﷺ dedi: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”
Qeyd
əl-Buxari, 5270, 5705; Muslim, 220, 323, 549.
İstinad
Fəzilətli əməllər, 1007 (Kitab 19, 16)
Fəzilətli əməllər — İslam Ümməti