Ən yaxşı qazanc
عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الْكَسْبِ أَطْيَبُ قَالَ «عَمَلُ الرَّجُلِ بِيَدِهِ وَكُلُّ بَيْعٍ مَبْرُورٍ»
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Ən yaxşı qazanc hansıdır?” O: “Kişinin öz zəhməti və halal ticarət yolu ilə əldə etdiyi qazanc”- deyə cavab verdi”.”
Rafi ibn Xadic
SəhihQeyd
Əhməd, 17304, 17728. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1688, 1691.
İstinad
Fəzilətli əməllər, 1012 (Kitab 20, 3)
Fəzilətli əməllər — Fəzilətlər