Kitab 20

Fəzilətlər

108

hədis

Fəsil 1

Allaha ən sevimli olan əməl

عَنْ عَائِشَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أكْلَفوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ، فَإِنَّ اللهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا، وَإِنَّ أَحَبَّ الْعَمَلِ إِلَى اللهِ أَدْوَمُهُ وَإِنْ قَلَّ». وَكَانَ إِذَا عَمَلَ عَمَلاً أَثْبَتَهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bacardığınız əməli boynunuza götürün. Çünki siz usanmadıqca, Allah usanmaz. Şübhəsiz ki, əməllərdən Allaha ən sevimli olanı, az olsa belə, davamiyyətli olanıdır”. Allah Elçisi ﷺ bir əməl etdisə, onda davamiyyətli olardı”.”

Aişə
SəhihFəzilətli əməllər, 1010 (Kitab 20, 1)

Qeyd

Əbu Davud, 1368, 1370. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1228.

Fəsil 2

Təriflənən

عَنْ أَبِى ذَرٍّ قَالَ قِيلَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَرَأَيْتَ الرَّجُلَ يَعْمَلُ الْعَمَلَ مِنَ الْخَيْرِ وَيَحْمَدُهُ النَّاسُ عَلَيْهِ قَالَ «تِلْكَ عَاجِلُ بُشْرَى الْمُؤْمِنِ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Ey Allahın Elçisi, bir kişi xeyirli bir əməl etdiyi vaxt insanların onu tərifləməsinə nə deyirsən?” O dedi: “Bu, mömin üçün bu dünyada olan bir müjdədir”.”

Əbu Zərr
SəhihFəzilətli əməllər, 1011 (Kitab 20, 2)

Qeyd

Muslim, 4780, 6891.

Fəsil 3

Ən yaxşı qazanc

عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الْكَسْبِ أَطْيَبُ قَالَ «عَمَلُ الرَّجُلِ بِيَدِهِ وَكُلُّ بَيْعٍ مَبْرُورٍ»

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Ən yaxşı qazanc hansıdır?” O: “Kişinin öz zəhməti və halal ticarət yolu ilə əldə etdiyi qazanc”- deyə cavab verdi”.”

Rafi ibn Xadic
SəhihFəzilətli əməllər, 1012 (Kitab 20, 3)

Qeyd

Əhməd, 17304, 17728. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1688, 1691.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَالَّذِى نَفْسِى بِيَدِهِ لأَنْ يَأْخُذَ أَحَدُكُمْ حَبْلَهُ فَيَحْتَطِبَ عَلَى ظَهْرِهِ خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْتِىَ رَجُلاً، فَيَسْأَلَهُ، أَعْطَاهُ أَوْ مَنَعَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, birinizin ip götürüb bir şələ odun yığaraq belində (bazara) aparması, onun üçün kiməsə ağız açmaqdan daha xeyirlidir. Həm də bilmək olmaz, (o adam) ona istədiyini verəcək, yoxsa imtina edəcək”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1013 (Kitab 20, 4)

Qeyd

əl-Buxari, 1377, 1470.

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ أَطْيَبَ مَا أَكَلْتُمْ مِنْ كَسْبِكُمْ وَإِنَّ أَوْلاَدَكُمْ مِنْ كَسْبِكُمْ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanın ən gözəl yeməyi onun öz qazancıdır. Həqiqətən, övladlarınız da sizin qazancınızdandır”.”

Aişə
SəhihFəzilətli əməllər, 1014 (Kitab 20, 5)

Qeyd

ət-Tirmizi, 1358, 1409. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2770.

Fəsil 4

Onları görəndə Allah yada düşər

عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أُخْبِرُكُمْ بِخِيَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الَّذِينَ إِذَا رُؤُوا ذُكِرَ اللَّهُ، أَفَلاَ أُخْبِرُكُمْ بِشِرَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الْمَشَّاؤُونَ بِالنَّمِيمَةِ، الْمُفْسِدُونَ بَيْنَ الأَحِبَّةِ، الْبَاغُونَ الْبُرَآءَ الْعَنَتَ».

“Rəvayət edilir ki, Əsma bint Yəzid ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələrinə: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?”– deyə buyurdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə, Peyğəmbər ﷺ buyurdu: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”– deyə cavab verdikdə, o buyurdu: “Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır”.”

Əsma bint Yəzid
HəsənFəzilətli əməllər, 1015 (Kitab 20, 6)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 323. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1646.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: خَرَجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَهْطٍ مِنْ أَصْحَابِهِ يَضْحَكُونَ وَيَتَحَدَّثُونَ، فَقَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا، وَلَبَكَيْتُمْ كَثِيرًا، ثُمَّ انْصَرَفَ وَأَبْكَى الْقَوْمَ، وَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ: يَا مُحَمَّدُ، لِمَ تُقَنِّطُ عِبَادِي؟، فَرَجَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَبْشِرُوا، وَسَدِّدُوا، وَقَارِبُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ bir dəstə gülüb-danışan səhabəsinin yanına gəlib dedi: “Canım Əlində Olana and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız”. O çıxıb getdikdən sonra səhabələr ağladı. Allah ﷿ isə ona belə vəhy etdi: “Ey Muhəmməd! Nə üçün qullarımı ruhdan salırsan?” Peyğəmbər ﷺ geri dönüb dedi: “Elə isə (qazandığınız savaba) sevinin, doğru yol tutun və (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1016 (Kitab 20, 7)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 254. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3194.

Fəsil 5

Allah ona görə edilən yaxşılıqları puç etməz

عَنْ حَكِيمِ بْنِ حِزَامٍ أَعْتَقَ فِى الْجَاهِلِيَّةِ مِائَةَ رَقَبَةٍ، وَحَمَلَ عَلَى مِائَةِ بَعِيرٍ، فَلَمَّا أَسْلَمَ حَمَلَ عَلَى مِائَةِ بَعِيرٍ وَأَعْتَقَ مِائَةَ رَقَبَةٍ، قَالَ فَسَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ، أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَصْنَعُهَا فِى الْجَاهِلِيَّةِ، كُنْتُ أَتَحَنَّثُ بِهَا، يَعْنِى أَتَبَرَّرُ بِهَا، )قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِى الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ وَصِلَةِ رَحِمٍ فَهَلْ فِيهَا مِنْ أَجْرٍ( قَالَ: فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَسْلَمْتَ عَلَى مَا سَلَفَ لَكَ مِنْ خَيْرٍ».

“Həkim ibn Hizam ﵁ cahiliyyət dövründə yüz kölə azad etmiş və yüz dəvə paylamışdı. Habelə müsəlman olduqdan sonra da yüz dəvə payladı və yüz kölə azad etdi. (Həkim) deyir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın elçisi! Mənim cahiliyyət dövründə etdiyim yaxşılıqlar barədə nə deyə bilərsən?” (Digər rəvayətdə deyilir: “Ey Allahın Elçisi! De görüm, cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini möhkəmləndirmək kimi etdiyim yaxşı işlərə görə mənə savab yazılırmı?”) Allah Elçisi ﷺ buyurdu: “Sən olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!””

Həkim ibn Hizam
SəhihFəzilətli əməllər, 1017 (Kitab 20, 8)

Qeyd

əl-Buxari, 2353, 2538.

Fəsil 6

Nur saçan ağ saçlar

عَنْ عَمْرِو بْنِ عَبَسَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ شَابَ شَيْبَةً فِى سَبِيلِ اللَّهِ كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ».

“Amr ibn Abəsə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahın yolunda (çalışaraq saç-saqqalını) ağardarsa, bu, Qiyamət günü onun üçün nur olacaq”.”

Amr ibn Abəsə
SəhihFəzilətli əməllər, 1018 (Kitab 20, 9)

Qeyd

ət-Tirmizi, 1635, 1735. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6308.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لا تَنْتِفُوا الشَّيبَ، فَإِنَّهُ نُورٌ يَوْمَ الْقِيَامَةِ، وَمَنْ شَابَ شَيْبَةً فِي الإِسْلاَمِ، كُتِبَ لَهُ بِهَا حَسَنَةً، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئةٌ، وَرُفِعَ لَهُ بِهَا دَرَجَةٌ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ağ saçları qoparmayın, çünki o, Qiyamət günü nur olacaq. Kimin saçları İslamda ağararsa, hər ağ saça görə ona bir savab yazılar, bir günahı silinər və bir dərəcə yüksəldilər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1019 (Kitab 20, 10)

Qeyd

İbn Hibban, 2974. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7463.

عَنْ فُضَالَةَ بْنِ عُبَيْدٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ شَابَ شَيْبَةً فِي الإِسْلامِ فِي سَبِيلِ اللهِ كَانَتْ لَهُ نُوراً يَوْمَ الْقِيَامَةِ». فَقَالَ رَجُلٌ عِنْدَ ذَلِكَ: فَإِنَّ رِجَالاً يَنْتِفُونَ الشَّيْبَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ شَاءَ فَلْيَنْتِفُ نُورَهُ».

“Fudalə ibn Ubeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimin İslamda Allah yolunda saçları ağararsa, bu, Qiyamət günü onun üçün nur olacaq”. Bu zaman bir kişi belə dedi: “Həqiqətən də, kişilər ağ saçı qoparırlar”. Peyğəmbər ﷺ buyurdu: “Kim istəyirsə, öz nurunu qoparsın”.”

Fudalə ibn Ubeyd
HəsənFəzilətli əməllər, 1020 (Kitab 20, 11)

Qeyd

Əhməd, 23998; ət-Tabərani “Mucəmul-Kəbir” 783. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2092.

Fəsil 7

Xoşbəxtliyin əlamətləri

عَنْ نَافِعِ بْنِ عَبْدِ الْحَارِثِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مِنْ سَعَادَةِ الْمَرْءِ الْمُسْلِمِ: الْمَسْكَنُ الْوَاسِعُ، وَالْجَارُ الصَّالِحُ، وَالْمَرْكَبُ الْهَنِيءُ.

“Nafi ibn Abdul-Haris ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətindəndir”.”

Nafi ibn Abdul-Haris
SəhihFəzilətli əməllər, 1021 (Kitab 20, 12)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 116. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3029.

عَنْ مُحَمَّد بْنِ سَعْد عَنْ أَبِيهِ أَن رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: ثلاثةٌ مِنَ السَّعادَةِ وثلاثةٌ مِنَ الشَّقاءِ فَمِنَ السَّعادَةِ المَرْأةُ الصَّالِحَةُ تَراها فَتُعْجِبُكَ وَتَغِيبُ عَنْها فَتَأْمَنُها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُونُ وَطِيئَةً فَتُلْحِقُكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ واسِعَةً كَثِيرةَ المَرافِقِ وَمِنَ الشَّقاءِ المَرأةُ تَراها فَتَسُوءُكَ وَتَحْمِلُ لِسانِها عَلَيْكَ وإِنْ غِبْتَ عنها لم تأمَنها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُون قَطُوفاً فإنْ ضَرَبْتَها أتْعَبَتْكَ وإنْ تَرَكْتَها لَم تُلْحِقْكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ ضَيِّقَةً قَلِيلَةَ المَرافِقِ

“Muhəmməd ibn Səd atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətidir. Xoşbəxtliyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməlisaleh qadın olsun, onu görərkən halın daha xoş olsun, ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakından arxayın ola biləsən. (İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə, geniş və çox xidmətli mənzilə sahib olmaqdır. Bədbəxtliyin əlamətlərinə gəldikdə onlardan birincisi odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən. İkinci əlamət; ağır tərpənən miniyin olmasıdır ki, onu vurduğun zaman səni yorar, buraxdığın zaman səni dostlarına yetişdirməz. Üçüncü əlamət isə; az xidmətli mənzilə sahib olmaqdır”.”

Muhəmməd ibn Səd atasından
HəsənFəzilətli əməllər, 1022 (Kitab 20, 13)

Qeyd

əl-Hakim, 2684. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3056.

Fəsil 8

Uzunömürlü müsəlmanın fəziləti

عَنْ طَلْحَةَ بْنِ عُبَيدِ اللهِ أَنَّ رَجُلَينِ مِنْ بَلِىٍّ قَدِمَا عَلَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ إِسْلاَمُهُمَا جَمِيعاً، فَكَانَ أَحَدُهُمَا أَشَدَّ اجْتِهَاداً مِنَ الآخَرِ، فَغَزَا الْمُجْتَهِدُ مِنْهُمَا فَاسْتُشهِد ثُمَّ مَكَثَ الآخَرُ بَعْدَهُ سَنَةً ثُمَّ تُوُفِّيَ، قَالَ طَلْحَةُ: فَرَأيتُ فِي الْمَنَامِ: بَينَا أَنَا عِندَ بَابِ الْجَنَّةِ إِذْا أَنَا بِهِمَا فَخَرَجَ خَارِجٌ مِنَ الْجَنَّةِ فَأَذِنَ لِلَّذِي تُوُفِّيَ الآخِر مِنْهُمَا، ثُمَّ خَرَجَ فَأَذِنَ لِلَّذِي اسْتُشْهِدَ ثُمَّ رَجَعَ إِلَيِّ فَقَالَ: ارْجِع فَإِنَّكَ لَمْ يَأَنِ لَكَ بَعْدُ، فَأَصْبَحَ طَلحَةُ يُحَدِّثُ بِهِ النَّاسَ، فَعَجِبُوا لِذَلِكَ، فَبَلَغَ ذَلِكَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثوهُ الْحَدِيثَ فَقَالَ: «مِنْ أَيِّ ذَلِكَ تَعْجَبُونَ؟» فَقَالُوا: يَا رَسُوْلَ اللهِ! هَذَا كَانَ أَشَدَّ الرَّجُلَينِ اجْتِهَاداً، ثُمَّ استُشْهِدَ وَدَخَلَ هَذَا الآخِرُ الْجَنَّةَ قَبْلَهُ؟ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلَيسَ قَدْ مَكَثَ هَذَا بَعْدَهُ سَنَةً؟» قَالُوا: بَلَى، قَالَ: «وَأَدْرَكَ رَمَضَانَ فَصَامَ وَصَلَّى كَذَا وَكَذَا مِن سَجْدةٍ فِي السَّنَةِ؟» قَالُوا: بَلَى، قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَمَا بَيْنَهُمَا أَبْعَدُ مِمَّا بَيْنَ الَّسمَاءِ َوالأَرْضِ».

“Rəvayət edilir ki, Talhə ibn Ubeydullah ﵁ belə demişdir: “Bəli qəbiləsindən olan iki kişi Allah Elçisinin ﷺ yanına gəldi. İkisi də İslamı eyni vaxtda qəbul etmişdi. Biri digərindən daha çox çalışqan idi. Çalışqan döyüşdü və şəhid oldu. Digəri ondan sonra bir il yaşayıb vəfat etdi”. Talhə deyir: “Mən yuxuda gördüm ki, Cənnətin qapısının yanında o iki adamla qarşılaşmışam. Sonra Cənnətdən bir nəfər çıxaraq bu iki adamdan axırıncı vəfat edənə (Cənnətə girməsi üçün) izin verdi. Daha sonra çıxaraq şəhid olana (Cənnətə girməsi üçün) izin verdi və yanıma qayıdıb dedi: “Sən geri qayıt, çünki sənin (Cənnətə girmək) vaxtın hələ gəlməyib”. Talhə səhər yuxusunu insanlara danışdı və onlar buna təəccübləndilər. Bu, Allah Elçisinə ﷺ çatdı və hadisəni ona danışdılar. Allah Elçisi ﷺ dedi: “Nəyə təəccüblənirsiniz?” Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bu, ikincisindən daha çalışqan idi. Sonra o, şəhid oldu. Halbuki digəri Cənnətə ondan əvvəl girdi”. Allah Elçisi ﷺ dedi: “Məgər o, şəhiddən sonra bir il çox yaşamadımı?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Məgər o, Ramazan ayına çataraq oruc tutmayıbmı, bir ildə bu qədər namaz qılıb, səcdə etməyibmi?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Elə isə, onlar arasında fərq yerlə göy arasında olan məsafədən daha çoxdur”.”

Talhə ibn Ubeydullah
SəhihFəzilətli əməllər, 1023 (Kitab 20, 14)

Qeyd

İbn Macə, 3925, 4059. Hədis səhihdir. Bax: Təliqur-Rağib, 1/142-143.

عَنْ عُبَيدِ بْنِ خَالِدٍ السُّلَمي قَالَ: آخَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَينَ رَجُلَينِ فَقُتِلَ أَحَدهُمَا، وَمَاتَ الآخَر بَعْدَهُ بِجُمُعَةٍ أَوْ نَحْوَهَا، فَصَلينَا عَلَيهِ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا قُلتُمْ؟». فقُلنَا: دَعَوْنَا لَهُ وَقُلنَا: اللَّهُمَّ اغْفِر لَهُ وَأَلْحِقْهُ بِصَاحِبِه فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَأَيْنَ صَلاَتُهُ بَعدَ صَلاَتِهِ، وَصَومُهُ بَعدَ صَومِهِ شَكَّ شُعبَة فِي صَومِهِ وَعَمَلِهِ بَعدَ عَمَلِهِ إِنَّ بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالأرْضِ».

“Rəvayət edilir ki, Ubeyd ibn Xalid əs-Suləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ iki kişinin arasında qardaşlıq təyin etmişdi. Onlardan biri öldürüldü. Ondan sonra bir həftə və ya bir həftəyə yaxın müddətdə digəri vəfat etdi. Biz onun cənazə namazını qıldıq. Allah Elçisi ﷺ soruşdu: “Necə dua etdiniz?” Biz dedik: “Onun üçün belə dua etdik: “Allahım, onu bağışla və dostuna qovuşdur!” Allah Elçisi ﷺ buyurdu: “Öldürülənin namazlarından sonra dostunun qıldığı namazlar bəs haradadır? Öldürülənin tutduğu oruclardan sonra dostunun tutduğu oruclar bəs haradadır? Onların arasında yerlə göy arasında olan məsafə qədər fərq var”.”

Ubeyd ibn Xalid əs-Suləmi
SəhihFəzilətli əməllər, 1024 (Kitab 20, 15)

Qeyd

Əbu Davud, 2524, 2526. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 2278.

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ أَنَّ أَعْرَابِيًّا قَالَ يَا رَسُولَ اللَّهِ مَنْ خَيْرُ النَّاسِ قَالَ «مَنْ طَالَ عُمُرُهُ وَحَسُنَ عَمَلُهُ».

“Abdullah ibn Busr ﵁ rəvayət edir ki, bir bədəvi dedi: “Ey Allahın Elçisi, ən xeyirli insan kimdir?” Allah Elçisi ﷺ buyurdu: “Ömrü uzun və əməli gözəl olan kimsə”.”

Abdullah ibn Busr
SəhihFəzilətli əməllər, 1025 (Kitab 20, 16)

Qeyd

ət-Tirmizi, 2329, 2499; Əhməd, 17030. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5285.

Fəsil 9

Adəm oğlundan olan əməlisalehlərin fəziləti

قد روينا عن عبد الله عن عمر وابن عمر أيضا موقوفا ومرفوعا: أن الله تعالى لما خلق الجنة قَالَتِ الْمَلاَئِكَةُ: يَا رَبَّنَا اجعل لنا هذه فإنك خلقت لبني آدَمَ الدُّنْيَا يَأْكُلُونَ فيها ويشربون فقال الله تعالى: وَعِزَّتِي وَجَلَالِي لاَ أَجْعَلُ صَالِحَ ذُرِّيَّةِ مَنْ خَلَقْتُ بِيَدَيَّ كَمَنْ قُلْتُ لَهُ : كُنْ فَكَانَ.

“Abdullah ibn Amr və Abdullah ibn Ömər ﵃ mövquf və mərfu sənədlə rəvayət edərək demişlər: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm övladı üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.”

Abdullah ibn Amr və İbn Ömər
SəhihFəzilətli əməllər, 1026 (Kitab 20, 17)

Qeyd

əd-Dərimi “Radd alə Bişrul-Mərrisi” 1/256. Əsər mövqufdur.

Fəsil 10

Təvazökarlıq

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللهُ عَبْداً بِعَفْوٍ إِلاَّ عَزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ للهِ إِلاَّ رَفَعَةُ اللهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1027 (Kitab 20, 18)

Qeyd

Muslim, 2588, 4689.

عَنْ عُمَرَ - قَالَ لاَ أَعْلَمُهُ إِلاَّ رَفَعَهُ - قَالَ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى «مَنْ تَوَاضَعَ لِى هَكَذَا». وَجَعَلَ يَزِيدُ بَاطِنَ كَفِّهِ إِلَى الأَرْضِ وَأَدْنَاهَا إِلَى الأَرْضِ «رَفَعْتُهُ هَكَذَا». وَجَعَلَ بَاطِنَ كَفِّهِ إِلَى السَّمَاءِ وَرَفَعَهَا نَحْوَ السَّمَاءِ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Peyğəmbər ﷺ ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər ﷺ bunu deyərək ovcunu səmaya qaldırdı”.”

Ömər
SəhihFəzilətli əməllər, 1028 (Kitab 20, 19)

Qeyd

Əhməd, 292, 309, 316. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2894.

عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ الْجُهَنِىِّ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ تَرَكَ اللِّبَاسِ تَوَاضُعًا لِلَّهِ وَهُوَ يَقْدِرُ عَلَيْهِ دَعَاهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْخَلاَئِقِ حَتَّى يُخَيِّرَهُ مِنْ أَىِّ حُلَلِ الإِيمَانِ شَاءَ يَلْبَسُهَا».

“Səhl ibn Muaz ibn Ənəs əl-Cuhəni atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim geyinmək iqtidarında olduğu bir libası Allah üçün təvazökarlıq edib tərk edərsə, Allah onu Qiyamət günü iman libaslarından istədiyini seçməsi üçün məxluqlarının qarşısına çağıracaq”.”

Səhl ibn Muaz ibn Ənəs əl-Cuhəni atasından
HəsənFəzilətli əməllər, 1029 (Kitab 20, 20)

Qeyd

ət-Tirmizi, 2481, 2669. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 718.

Fəsil 11

Ədalətli olmaq

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، يُبْلِغُ بِهِ النَّبِيَّ صلى الله عليه وسلم ، قَالَ : إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ ، عَنْ يَمِينِ الرَّحْمَن ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ailələrinə və məsuliyyət daşıdıqlarına hökm verməkdə ədalətli olanlar (Qiyamət günü) nurdan olan minbərlərin üzərində ər-Rahmənin ﷿ sağ tərəfində olacaqlar. Onun hər iki Əli sağdır”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 1030 (Kitab 20, 21)

Qeyd

Muslim, 1827, 3406, 4825.

Fəsil 12

Allah barəsində gözəl zənn

عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ وَفَاتِهِ بِثَلَاثٍ يَقُولُ لَا يَمُوتَنَّ أَحَدُكُمْ إِلَّا وَهُوَ يُحْسِنُ بِاللَّهِ الظَّنَّ

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən vəfatından üç gün əvvəl Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Sizdən biriniz Allah barəsində gözəl zənn bəsləyərək ölsün”.”

Cabir
SəhihFəzilətli əməllər, 1031 (Kitab 20, 22)

Qeyd

Muslim, 2877, 5124, 7410.

Fəsil 13

Asanlaşdırın

سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَسِّرُوا وَلاَ تُعَسِّرُوا، وَسَكِّنُوا ولا تُنَفِّرُوا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Asanlaşdırın, çətinləşdirməyin! Rahatlaşdırın, nifrət oyatmayın!”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1032 (Kitab 20, 23)

Qeyd

əl-Buxari, 5660, 6125.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَقَالَ مُسْلِماً أَقَالَ اللهُ عَثْرَتَهُ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir müsəlmanın ondan aldığı malı ticarət baş tutduqdan sonra alıcının xahişi ilə geri götürərsə, Allah Qiyamət günü onun günahlarından keçər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1033 (Kitab 20, 24)

Qeyd

İbn Macə, 2199, 2283. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1334.

عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ أَدْخَلَ اللَّهُ عَزَّ وَجَلَّ الْجَنَّةَ رَجُلًا كَانَ سَهْلًا مُشْتَرِيًا وَبَائِعًا وَ قَاضِيًا وَمُقْتَضِيًا

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah ﷿ asanlaşdıran müştərini, satıcını, haqqı (borcunu) ödəyəni və haqqını (borcunu) mülayimliklə tələb edən kimsəni Cənnətə salar”.”

Osman ibn Əffan
HəsənFəzilətli əməllər, 1034 (Kitab 20, 25)

Qeyd

ən-Nəsəi “Sunən” 4696, 4713. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1181.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ كَانَ هَيِّنًا لَيِّنًا قَرِيبًا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim asanlaşdırar, xoş və mülayim olarsa, Allah ona Cəhənnəmi haram edər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1035 (Kitab 20, 26)

Qeyd

əl-Hakim, 435; əl-Beyhəqi “Şuabul-İman” 8122, 8123. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6484.

Fəsil 14

Nemətlərə itaət etməklə nail olmaq olar

عَنْ حُذَيْفَةَ قَالَ: قَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا النَّاسَ، فَقَالَ: هَلُمُّوا إِلَيَّ، فَأَقْبَلُوا إِلَيْهِ فَجَلَسُوا فَقَالَ: هَذَا رَسُولُ رَبِّ الْعَالَمِينَ جِبْرِيلُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَفَثَ فِي رَوْعِي أَنَّهُ لاَ تَمُوتُ نَفْسٌ حَتَّى تَسْتَكْمِلَ رِزْقَهَا، وَإِنْ أَبْطَأَ عَلَيْهَا، فَاتَّقُوا اللَّهَ وَأَجْمِلُوا فِي الطَّلَبِ، وَلاَ يَحْمِلَنَّكُمُ اسْتِبْطَاءُ الرِّزْقِ أَنْ تَأْخُذُوهُ بِمَعْصِيَةِ اللهِ فَإِنَّ اللَّهَ لاَ يُنَالُ مَا عِنْدَهُ إِلاَّ بِطَاعَتِهِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ ayağa qalxaraq insanları çağırıb dedi: “Mənə tərəf gəlin!” Onlar Peyğəmbərə ﷺ yaxınlaşıb oturdular. O buyurdu: “Bu, aləmlərin Rəbbinin elçisi Cəbraildir ﷺ, mənə vəhy etdi ki, geciksə belə, heç kəs ruzisi tamamlanmamış ölməz. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi sizi onu Allaha asiliklə əldə etməyə vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar“.”

Huzeyfə
SəhihFəzilətli əməllər, 1036 (Kitab 20, 27)

Qeyd

əl-Bəzzər, 2914. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1702.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ حَدَّثَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الْكَافِرَ إِذَا عَمِلَ حَسَنَةً أُطْعِمَ بِهَا طُعْمَةً مِنْ الدُّنْيَا وَأَمَّا الْمُؤْمِنُ فَإِنَّ اللَّهَ يَدَّخِرُ لَهُ حَسَنَاتِهِ فِي الْآخِرَةِ وَيُعْقِبُهُ رِزْقًا فِي الدُّنْيَا عَلَى طَاعَتِهِ

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kafir bir yaxşılıq etdikdə ona bir dünya neməti verilir. Möminə gəlincə, Allah onun yaxşılıqlarını (yaxşı əməllərinin savabını) Axirətə saxlayır. Bununla yanaşı, itaətinə görə ona dünyada da ruzi verir”.”

Ənəs
SəhihFəzilətli əməllər, 1037 (Kitab 20, 28)

Qeyd

Muslim, 2808, 5023, 7268.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ اللَّهَ لَا يَظْلِمُ مُؤْمِنًا حَسَنَةً يُعْطَى بِهَا فِي الدُّنْيَا وَيُجْزَى بِهَا فِي الْآخِرَةِ وَأَمَّا الْكَافِرُ فَيُطْعَمُ بِحَسَنَاتِ مَا عَمِلَ بِهَا لِلَّهِ فِي الدُّنْيَا حَتَّى إِذَا أَفْضَى إِلَى الْآخِرَةِ لَمْ تَكُنْ لَهُ حَسَنَةٌ يُجْزَى بِهَا

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz ki, Allah möminə etdiyi yaxşılığa görə zülm etməz, ona həm dünyada, həm də Axirətdə əvəzini verər. Kafirə gəlincə isə, ona Allah üçün etdiyi yaxşı əməllərə görə bu dünyada ruzi verilər, Axirətdə isə əvəzi veriləcək heç bir yaxşı əməli qalmaz”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1038 (Kitab 20, 29)

Qeyd

Muslim, 2808, 5022, 7267.

Fəsil 15

Qohumlarla əlaqələri birləşdirən

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّ لِي قَرَابَةً أَصِلُهُمْ وَيَقْطَعُونَ، وَأُحْسِنُ إِلَيْهِمْ وَيُسِيئُونَ، وَيَجْهَلُونَ عَلَيَّ وَأَحْلُمُ عَنْهُمْ، قَالَ: لَئِنْ كَانَ كَمَا تَقُولُ كَأَنَّمَا تُسِفُّهُمُ الْمَلَّ، وَلاَ يَزَالُ مَعَكَ مِنَ اللَّهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim qohumlarım var. Mən onlarla əlaqə saxlayıram, onlar isə (mənimlə) əlaqəni kəsirlər, mən onlara yaxşılıq edirəm, onlar isə (mənə) pislik edirlər, onlar mənimlə kobud rəftar edirlər, mən isə onlarla mülayim danışıram”. Peyğəmbər ﷺ dedi: “Əgər dediyin kimidirsə, onda, sanki sən onlara isti kül yedirdirsən. Bu rəftarın davam etdikcə, sənin yanında onlara qarşı Allah tərəfindən bir köməkçi olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1039 (Kitab 20, 30)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 52. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4924.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ سَرَّهُ أَنْ يُبْسَطَ لَهُ رِزْقُهُ أَوْ يُنْسَأَ لَهُ فِى أَثَرِهِ فَلْيَصِلْ رَحِمَهُ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumları ilə əlaqə saxlasın”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1040 (Kitab 20, 31)

Qeyd

əl-Buxari, 1925, 2067; Muslim, 4638, 6687.

عَنِ ابْنِ عُمَرَ قَالَ: مَنِ اتَّقَى رَبَّهُ، وَوَصَلَ رَحِمَهُ، نُسِّئَ فِي أَجَلِهِ، وَثَرَى مَالُهُ، وَأَحَبَّهُ أَهْلُهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Kim Rəbbindən qorxar və qohumluq əlaqələrini möhkəmləndirərsə, onun əcəli yubadılar, var-dövləti artar və əhli onu sevər”.”

İbn Ömər
HəsənFəzilətli əməllər, 1041 (Kitab 20, 32)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 58, 59. Əsər həsəndir. Bax: Səhih Ədəbul-Mufrad, 43.

عَنْ عَمْرِو بْنِ سَهْلٍ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «صِلَةُ الْقَرَابَةِ مَثْرَاةٌ فِي الْمَالِ، مَحَبَّةٌ فِي الأَهْلِ، مَنْسَأةٌ فِي الأَجَلِ».

“Rəvayət edilir ki, Amr ibn Səhl ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır”.”

Amr ibn Səhl
SəhihFəzilətli əməllər, 1042 (Kitab 20, 33)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7810. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3768.

Fəsil 16

Küsülüləri barışdırmaq

عَنْ أَبِي الدَّرْدَاءِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلاَ أُنَبِّئُكُمْ بِدَرَجَةٍ أَفْضَلَ مِنَ الصَّلاَةِ وَالصِّيَامِ وَالصَّدَقَةِ؟» قَالُوا: بَلَى، قَالَ: «صَلاَحُ ذَاتِ الْبَيْنِ، وَفَسَادُ ذَاتِ الْبَيْنِ هِيَ الْحَالِقَةُ».

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ (səhabələrindən): “Sizə namazdan, orucdan və sədəqədən daha fəzilətli bir dərəcə barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə o buyurdu: “Tərəflərin arasını düzəltməkdir! Dostların arasını vurmaq isə dəlləklikdir”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 1043 (Kitab 20, 34)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 391. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2595.

Fəsil 17

Qəlb nə ilə yumşalır?

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَجُلًا شَكَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَسْوَةَ قَلْبِهِ فَقَالَ لَهُ إِنْ أَرَدْتَ تَلْيِينَ قَلْبِكَ فَأَطْعِمْ الْمِسْكِينَ وَامْسَحْ رَأْسَ الْيَتِيمِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi qəlbinin sərtliyindən Allah Elçisinə ﷺ şikayət etdi. Allah Elçisi ﷺ ona buyurdu: “Qəlbinin yumşalmasını istəyirsənsə, yoxsullara yemək yedirt və yetimin başına sığal çək!””

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 1044 (Kitab 20, 35)

Qeyd

Əhməd, 7576. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 854.

Fəsil 18

Dul qadınlara, kasıblara və yetimlərə əl tutan

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «السَّاعِي عَلَى الأَرْمَلَةِ وَالْمَسَاكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، وَكَالَّذِي يَصُومُ النَّهَارَ وَيَقُومُ اللَّيْلَ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda vuruşan mücahidə, həmçinin gündüzlər oruc tutub gecələr namaz qılan kimsəyə bənzəyir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1045 (Kitab 20, 36)

Qeyd

əl-Buxari, 4934, 5353; Muslim, 5295, 7659.

عن عائشة قالت سمعت رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول «أنا وكافل اليتيم له او لغيره في الجنة والساعى على الأرملة والمسكين كالمجاهد في سبيل الله»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən və özünün və ya başqasının yetiminə himayədarlıq edən şəxs Cənnətdə birlikdə olacağıq. Dullara və yoxsullara kömək edən isə Allah yolunda olan mücahid kimidir”.”

Aişə
SəhihFəzilətli əməllər, 1046 (Kitab 20, 37)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 4742. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1476.

عَنْ سَهْلٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَنَا وَكَافِلُ الْيَتِيمِ فِي الْجَنَّةِ هَكَذَا» وَأَشَارَ بِالسَّبَّابَةِ وَالْوُسْطَى وَفَرَّجَ بَيْنَهُمَا شَيْئًا.

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Allah Elçisi ﷺ orta barmağı ilə işarə barmağını yan-yana, azacıq aralı tutub demişdir: “Mən və yetimin himayədarı Cənnətdə belə (bu iki barmaq kimi) olacağıq”.”

Səhl
SəhihFəzilətli əməllər, 1047 (Kitab 20, 38)

Qeyd

əl-Buxari, 4892, 5304.

حَدَّثَنِي هَانِئُ بْنُ يَزِيدَ، أَنَّهُ لَمَّا وَفَدَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَعَ قَوْمِهِ، فَسَمِعَهُمُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ يُكَنُّونَهُ بِأَبِي الْحَكَمِ، فَدَعَاهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «إِنَّ اللَّهَ هُوَ الْحَكَمُ، وَإِلَيْهِ الْحُكْمُ، فَلِمَ تَكَنَّيْتَ بِأَبِي الْحَكَمِ؟» قَالَ: لاَ، وَلَكِنَّ قَوْمِي إِذَا اخْتَلَفُوا فِي شَيْءٍ أَتَوْنِي فَحَكَمْتُ بَيْنَهُمْ، فَرَضِيَ كِلاَ الْفَرِيقَيْنِ، قَالَ: «مَا أَحْسَنَ هَذَا»، ثُمَّ قَالَ: «مَا لَكَ مِنَ الْوَلَدِ؟» قُلْتُ: لِي شُرَيْحٌ، وَعَبْدُ اللَّهِ، وَمُسْلِمٌ، بَنُو هَانِئٍ، قَالَ: «فَمَنْ أَكْبَرُهُمْ؟» قُلْتُ: شُرَيْحٌ، قَالَ: «فَأَنْتَ أَبُو شُرَيْحٍ»، وَدَعَا لَهُ وَوَلَدِهِ. وَسَمِعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَوْمًا يُسَمُّونَ رَجُلًا مِنْهُمْ: عَبْدَ الْحَجَرِ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا اسْمُكَ؟» قَالَ: عَبْدُ الْحَجَرِ، قَالَ: «لاَ، أَنْتَ عَبْدُ اللَّهِ». قَالَ شُرَيْحٌ: وَإِنَّ هَانِئًا لَمَّا حَضَرَ رُجُوعُهُ إِلَى بِلاَدِهِ أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَخْبِرْنِي بِأَيِّ شَيْءٍ يُوجِبُ لِيَ الْجَنَّةَ؟ قَالَ: «عَلَيْكَ بِحُسْنِ الْكَلاَمِ، وَبَذْلِ الطَّعَامِ».

“Rəvayət edilir ki, Hani ibn Yəzid ﵁ demişdir: “Mən öz qövmümlə birgə Peyğəmbərin ﷺ yanına gəldikdə, Peyğəmbər ﷺ həmqəbilələrimin məni Əbul-Həkəm çağırdıqlarını eşitdi. Onda, Peyğəmbər ﷺ məni çağırıb dedi: “Əl-Həkəm ancaq Allahdır, hökm də yalnız Ona məxsusdur. Elə isə, nə üçün özünə Əbul-Həkəm ləqəbi götürmüsən?!” Mən dedim: “Yox. Fəqət qövmüm arasında ixtilaf düşdüyü zaman onlar mənim yanıma gəlir, mən də onların arasında hökm verirəm. Beləliklə də, hər iki tərəf bu hökmdən razı qalır. Peyğəmbər ﷺ dedi: “Bu nə gözəldir!” Sonra soruşdu: “Övladın varmı?” Mən dedim: “Haninin oğulları Şureyh, Abdullah və Muslimdir”. Peyğəmbər ﷺ soruşdu: “Onların ən böyüyü hansıdır?” Mən dedim: “Şureyhdir”. Peyğəmbər ﷺ mənə: “Elə isə, sən Əbu Şureyhsən”– deyə buyurdu. Sonra həm mənim üçün, həm də övladlarım üçün dua etdi. Peyğəmbər ﷺ bir qövmün özlərindən olan biri kişini Abdulhəcər çağırdıqlarını eşitdi. Peyğəmbər ﷺ həmin kişidən: “Adın nədir?”– deyə soruşdu. Adam: “Abdulhəcərdir”– deyə cavab verdi. Peyğəmbər ﷺ də ona belə buyurdu: “Xeyr, sən Abdullahsan”. Şureyh dedi: “(Atam) Hani yurduna qayıtmaq üçün hazırlıq gördüyü zaman Peyğəmbərin ﷺ yanına gəlib dedi: “De görüm, mən nə edim ki, Cənnət mənə vacib olsun?” Peyğəmbər ﷺ dedi: “Xoş söz söylə və (ehtiyacı olanlara) çoxlu yemək ver”.”

Hani ibn Yəzid
SəhihFəzilətli əməllər, 1048 (Kitab 20, 39)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 811; İbn Hibban, 1937-1938. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 627.

Fəsil 19

Bir gün ərzində cəm olan xislətlər

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَصْبَحَ الْيَوْمَ مِنْكُمْ صَائِمًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ عَادَ مِنْكُمُ الْيَوْمَ مَرِيضًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ شَهِدَ مِنْكُمُ الْيَوْمَ جَنَازَةً؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ أَطْعَمَ الْيَوْمَ مِسْكِينًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا. قَالَ مَرْوَانُ: بَلَغَنِي أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا اجْتَمَعَ هَذِهِ الْخِصَالُ فِي رَجُلٍ فِي يَوْمٍ، إِلاَّ دَخَلَ الْجَنَّةَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ səhabələrindən soruşdu: “Sizdən kim bu gün oruc tutub?” Əbu Bəkr dedi: “Mən”. Allah Elçisi ﷺ yenə soruşdu: “Sizdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Sizdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr dedi: “Mən”. Mərvan deyir: “Mənə xəbər vermişlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kimdə bir gün ərzində bu xislətlər cəm olarsa, o, Cənnətə daxil olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1049 (Kitab 20, 40)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 515. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 88.

Fəsil 20

Möminin qəlbi necə olmalıdır?

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قِيلَ لِرَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ النَّاسِ أَفْضَلُ؟ قَالَ: «كُلُّ مَخْمُومِ الْقَلْبِ، صَدُوقِ اللِّسَانِ». قَالُوا: صَدُوقُ اللِّسَانِ نَعْرِفهُ فَمَا مَخْمُومُ الْقَلْبِ؟ قَالَ: «هُوَ: التَّقِيُّ النَّقِيُّ، لاَ إِثْمَ فِيهِ وَلاَ بَغْيَ وَلاَ غِلَّ وَلاَ حَسَدَ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Hansı insanlar ən fəzilətlidir?” O buyurdu: “Məxmum qəlbli və düz danışan mömin”. Səhabələr dedilər: “Düz danışanı bilirik, bəs “məxmum qəlbli” nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allahdan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə kin-küdurət, nə də həsəd olmayan qəlbdir”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 1050 (Kitab 20, 41)

Qeyd

İbn Macə, 4216, 4356. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 948.

عَنْ أَبِي عِنَبةَ الْخَولاَنِي يَرْفَعُهُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ للهِ تَعَالَى آنِيَةً مِنْ أَهْلِ الأَرْضِ، وَآنِيَةُ رَبِّكُمْ قُلُوبُ عِبَادِهِ الصَّالِحِينَ، وَأَحَبُّهَا أَلْيَنهَا وَأَرِقُّهَا».

“Əbu İnabə əl-Xauləni ﵁ Peyğəmbərə ﷺ isnad edərək belə buyurmuşdur: “Yer əhlindən Uca Allaha məxsus olan qablar var. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır”.”

Əbu İnabə əl-Xauləni
SəhihFəzilətli əməllər, 1051 (Kitab 20, 42)

Qeyd

ət-Tabərani “Müsnəduş-Şəmiyyin” 480. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2163.

Fəsil 21

Məscid tikməyin fəziləti

عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ عِنْدَ قَوْلِ النَّاسِ فِيهِ حِينَ بَنَى مَسْجِدَ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّكُمْ أَكْثَرْتُمْ، وَإِنِّى سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَى مَسْجِدًا يَبْتَغِى بِهِ وَجْهَ اللَّهِ، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِى الْجَنَّةِ». ..«مَنْ بَنَى مَسْجِدًا يُذْكَرُ اللَّهُ فِيهِ بَنَى اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بَيْتًا فِي الْجَنَّةِ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ Peyğəmbərin ﷺ məscidini yenidən tikdiyi zaman insanların onun haqqında söylədiklərinə (etiraz edib) demişdir: “Siz (mənim işimə) çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər”. Digər rəvayətdə deyilir: “Kim Allahın adı yad edilən məscid tikərsə, Allah ﷿ onun üçün Cənnətdə ev bina edər”.”

Osman ibn Əffan
SəhihFəzilətli əməllər, 1052 (Kitab 20, 43)

Qeyd

ən-Nəsai “Sunən” 681, 688, 696. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3385.

Fəsil 22

Müsəlmanı köləlikdən azad edənin mükafatı

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّمَا رَجُلٍ أَعْتَقَ امْرَأً مُسْلِمًا اسْتَنْقَذَ اللَّهُ بِكُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنَ النَّارِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir müsəlmanı köləlikdən azad edərsə, Allah azad olan adamın hər əzasına görə azad edən adamın bir əzasını Cəhənnəm odundan xilas edər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1053 (Kitab 20, 44)

Qeyd

əl-Buxari, 2333, 2517; Muslim, 2778, 3871.

Fəsil 23

İnsanları İslama dəvət et!

عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ يَوْمَ خَيْبَرَ: «لأُعْطِيَنَّ الرَّايَةَ رَجُلاً يَفْتَحُ اللَّهُ عَلَى يَدَيْهِ». فَقَامُوا يَرْجُونَ لِذَلِكَ أَيُّهُمْ يُعْطَى، فَغَدَوْا وَكُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَى فَقَالَ: «أَيْنَ عَلِىٌّ؟» فَقِيلَ يَشْتَكِى عَيْنَيْهِ، فَأَمَرَ فَدُعِىَ لَهُ، فَبَصَقَ فِى عَيْنَيْهِ، فَبَرَأَ مَكَانَهُ حَتَّى كَأَنَّهُ لَمْ يَكُنْ بِهِ شَىْءٌ فَقَالَ نُقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا. فَقَالَ: «عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلاَمِ، وَأَخْبِرْهُمْ بِمَا يَجِبُ عَلَيْهِمْ، فَوَاللَّهِ لأَنْ يُهْدَى بِكَ رَجُلٌ وَاحِدٌ خَيْرٌ لَكَ مِنْ حُمْرِ النَّعَمِ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ Peyğəmbərin ﷺ Xeybər döyüşündə belə dediyini eşitmişdir: “Mən bu bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə (müsəlmanlara) qələbə bəxş edəcək”. Əshabdan hər biri bayrağın ona veriləcəyinə ümid edərək qalxıb getdi. Səhəri gün Peyğəmbərin ﷺ yanına gəldikdə onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edirdi. Amma Peyğəmbər ﷺ: “Əli haradadır?”– deyə soruşdu. Ona dedilər ki, Əlinin gözləri ağrıyır. Onda Peyğəmbər ﷺ onun çağırılmasını əmr etdi. Peyğəmbər ﷺ Əlinin gözlərinə yüngülcə tüpürdü və onun gözləri sağaldı, elə bil heç ağrımırdı. Sonra Əli dedi: “(Xeybərlilər) bizim kimi (müsəlman) olanadək onlarla vuruşacağıq”. Peyğəmbər ﷺ buyurdu: “Onların yurduna gedib çatanadək tələsmə, sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar”.”

Səhl ibn Səd
SəhihFəzilətli əməllər, 1054 (Kitab 20, 45)

Qeyd

əl-Buxari, 2942, 4210; Muslim, 2406, 4423, 6376.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنَ الأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبِعَهُ لاَ يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا وَمَنْ دَعَا إِلَى ضَلاَلَةٍ كَانَ عَلَيْهِ مِنَ الإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ لاَ يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim doğru bir yola dəvət edərsə, ona tabe olanların savabı qədər mükafat verilər və ona tabe olanların mükafatından bir şey əksilməz. Kim də bir zəlalətə dəvət edərsə, ona tabe olanların günahı qədər günah olar və ona tabe olanların günahından heç bir şey əksilməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1055 (Kitab 20, 46)

Qeyd

Muslim, 2674, 4831, 6980.

Fəsil 24

Xeyrin yolunu göstərənin savabı

عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ جَاءَ نَاسٌ مِنَ الأَعْرَابِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمُ الصُّوفُ فَرَأَى سُوءَ حَالِهِمْ قَدْ أَصَابَتْهُمْ حَاجَةٌ فَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ فَأَبْطَئُوا عَنْهُ حَتَّى رُئِىَ ذَلِكَ فِى وَجْهِهِ - قَالَ - ثُمَّ إِنَّ رَجُلاً مِنَ الأَنْصَارِ جَاءَ بِصُرَّةٍ مِنْ وَرِقٍ ثُمَّ جَاءَ آخَرُ ثُمَّ تَتَابَعُوا حَتَّى عُرِفَ السُّرُورُ فِى وَجْهِهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَنَّ فِى الإِسْلاَمِ سُنَّةً حَسَنَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ لَهُ مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا وَلاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَىْءٌ وَمَنْ سَنَّ فِى الإِسْلاَمِ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ عَلَيْهِ مِثْلُ وِزْرِ مَنْ عَمِلَ بِهَا وَلاَ يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَىْءٌ». ..«مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Bədəvi ərəblər Allah Elçisinin ﷺ yanına gəldilər. Onların əyinlərində yundan əba var idi və zahirdən ehtiyac içində olduqları hiss olunurdu. Allah Elçisi ﷺ onların acınacaqlı vəziyyətdə olduqlarını görəndə camaatı onlara köməklik etməyə çağırdı, lakin heç kəs yerindən tərpənmədi və Allah Elçisinin ﷺ əhvalı dəyişdi. Bu dəmdə ənsardan olan bir kişi balaca bir torbada gümüş pullar gətirdi. Onun ardınca digər səhabələr də əllərindən gələn köməkliyi göstərdilər. Allah Elçisinin ﷺ üzündə sevinc hissi oyandı və o dedi: “Kim İslam dinində gözəl bir sünnəni oyatsa (insanları buna təşviq etsə), ona bunun savabı və ona əməl edənlərin savabı qədər savab yazılar. Kim də İslam dinində yaramaz bir iş tutsa (insanları buna təhrik etsə), ona bunun günahı və ona əməl edənlərin günahı qədər günah yazılar”. Digər rəvayətdə deyilir: “Xeyri göstərənə onu edənin savabı qədər savab var”.”

Cərir ibn Abdullah
SəhihFəzilətli əməllər, 1056 (Kitab 20, 47)

Qeyd

Muslim, 3509, 5007.

Fəsil 25

Dilinə hakim ol!

عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: طُوبَى لِمَنْ مَلَكَ لِسَانَهُ، وَوَسِعَهُ بَيْتُهُ، وَبَكَى عَلَى خَطِيئَتِهِ.

“Allah Elçisinin ﷺ azad etdiyi kölə Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dilinə hakim olana, evi geniş olana və öz günahına görə ağlayana xoş olsun!””

Səvban
HəsənFəzilətli əməllər, 1058 (Kitab 20, 49)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 2340, “Mucəmus-Sağir” 212. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3929.

عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ يُحْرَمُ الرِّفْقَ يُحْرَمُ الْخَيْرَ.

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar!””

Cərir ibn Abdullah
SəhihFəzilətli əməllər, 1059 (Kitab 20, 50)

Qeyd

Muslim, 2592, 4694, 6763.

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: كُنْتُ عَلَى بَعِيرٍ فِيهِ صُعُوبَةٌ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: عَلَيْكِ بِالرِّفْقِ، فَإِنَّهُ لاَ يَكُونُ فِي شَيْءٍ إِلا زَانَهُ، وَلاَ يُنْزَعُ مِنْ شَيْءٍ إِلا شَانَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən bir dəvənin üstündə ikən dəvə tərslik etdi (və mən onu vurmağa başladım). Onda Peyğəmbər ﷺ dedi: “(Onunla) yumşaq davran! Həqiqətən də, yumşaqlıq (hansı) bir işdə olarsa, onu ancaq gözəlləşdirər, nədən gedərsə, onu ancaq alçaldar”.”

Aişə
SəhihFəzilətli əməllər, 1060 (Kitab 20, 51)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 469. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5068.

Fəsil 26

Müsəlman qardaşın haqqını qorumağın fəziləti

عَنْ أَبِى الدَّرْدَاءِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ رَدَّ عَنْ عِرْضِ أَخِيهِ رَدَّ اللَّهُ عَنْ وَجْهِهِ النَّارَ يَوْمَ الْقِيَامَةِ»....«مَنْ ذَبَّ عَنْ عَرْضَ أَخِيهِ بِالْغِيبَةِ كَانَ حَقًّا عَلَى اللَّهِ أَنْ يُعْتِقَهُ مِنَ النَّارِ».

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim qardaşının şərəfini qoruyarsa, Qiyamət günü Allah onun üzünü Cəhənnəm alovundan qoruyar”. Digər rəvayətdə belə deyilir: “Kim qeybində qardaşının şərəfini qoruyarsa, onu Cəhənnəmdən azad etmək Allahın üzərinə bir haqq olar”.”

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 1061 (Kitab 20, 52)

Qeyd

Əhməd, 27650, 26327. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2847.

Fəsil 27

Allahın öhdəsində olanlar

عَنْ مُعَاذِ بن جَبَلٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: خَمْسٌ مَنْ فَعَلَ وَاحِدَةً مِنْهُنَّ كَانَ ضَامِنًا عَلَى اللَّهِ: مَنْ عَادَ مَرِيضًا، )أَوْ خَرَجَ مَعَ جَنَازَةٍ (أَوْ خَرَجَ غَازِيًا، أَوْ دَخَلَ عَلَى إِمَامِهِ يُرِيدُ تَعْزِيزَهُ وَتَوْقِيرَهُ، أَوْ قَعَدَ فِي بَيْتِهِ فَسَلِمَ النَّاسُ مِنْهُ وَسَلِمَ مِنَ النَّاسِ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş əməl var ki, kim onlardan birini yerinə yetirsə, Allahın öhdəsində olar; xəstəni ziyarət edən (və ya cənazəni müşayiət edən) və ya (Allah yolunda) döyüşə çıxan və ya rəhbərin qəbuluna ona nəsihət etmək və ona hörmət göstərmək üçün daxil olan və ya insanlar ondan, o da insanlardan salamat olması üçün evində oturan”.”

Muaz ibn Cəbəl
SəhihFəzilətli əməllər, 1062 (Kitab 20, 53)

Qeyd

İbn Hibban, 373. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 1021.

عَنْ أَبِي أُمَامَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«ثَلاثَةٌ كُلُّهُمْ ضَامِنٌ عَلَى اللهِ إِنْ عَاشَ رُزِقَ وَكُفِي، وَإِنْ مَاتَ أَدْخَلَهُ اللهُ الْجَنَّة، مَنْ دَخَلَ بَيْتَهُ فَسَلَّمَ فَهُوَ ضَامِنٌ عَلَى اللهِ، وَمَنْ خَرَجَ إِلَى الْمَسْجِدِ فَهُوَ ضَامِنٌ عَلَى اللهِ، وَمَنْ خَرَجَ فِي سَبِيلِ اللهِ فَهُوَ ضَامِنٍ عَلَى اللهِ».

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Üç kimsə var ki, yaşadığı müddətdə ruzilənmək və qorunmaqla, öldükdə isə Cənnətə daxil olmaqla Allahın öhdəsində olar; salam verərək evinə daxil olan Allahın öhdəsində olar, məscidə gedən Allahın öhdəsində olar, Allah yolunda döyüşən Allahın öhdəsində olar”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 1063 (Kitab 20, 54)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1094; Əbu Davud, 2494; İbn Hibban, 499. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 727.

عن عبد الله بن عمر عن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال ست مجالس المؤمن ضامن على الله تعالى ما كان في شيء منها في مسجد جماعة وعند مريض أو في جنازة أو في بيته أو عند إمام مقسط يعزره ويوقره أو في مشهد جهاد

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Möminin altı məclisi var ki, o, bunlardan hər hansı birində olarsa, Uca Allahın öhdəsində olar; camaatla məsciddə, xəstə yanında, cənazədə və ya evində olmaq, ədalətli rəhbərə nəsihət etmək və ona hörmətini göstərmək üçün qəbulunda olmaq və ya cihadda olmaq”.”

Abdullah ibn Ömər
HəsənFəzilətli əməllər, 1064 (Kitab 20, 55)

Qeyd

əs-Suyuti “Cəmiul-Əhədis” 13026. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 328.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «تَقَبَّلُوا لِي بِسِتٍّ أَتَقَبَّلْ لَكُمْ بِالْجَنَّةِ». قَالُوا: وَمَا هِيَ؟ قَالَ: «إِذَا حَدَّثَ أَحَدُكْم فَلاَ يَكْذِبْ، وَإِذَا وَعَدَ فَلاَ يُخْلِفْ، وَإِذَا اؤتُمِنَ فَلاَ يَخُنْ، غُضُّوا أَبْصَارَكُمْ، وَكُفُّوا أَيْديَكم وَاحْفَظُوا فُرُوجَكُمْ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənə altı şeyə zəmanət verin, mən də sizə Cənnətə zəmanət verim; biriniz danışanda yalan danışmasın, vəd verdikdə vədinə xilaf çıxmasın, etibar edildikdə xəyanət etməsin. Gözünüzü harama baxmaqdan çəkin, əllərinizi günahlardan saxlayın və övrət yerlərinizi qoruyun”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1065 (Kitab 20, 56)

Qeyd

əl-Hakim, 8067; əl-Beyhəqi “Şuabul-İman”4355. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2978.

Fəsil 28

Borca aid hədislər

عَنْ مَيْمُونَة قَالَتْ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ ادَّانَ دَيْناً يَنْوِي قَضَاءَهُ، أَدَّاى اللهُ عَنْهُ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim ödəmək niyyəti ilə borc alarsa, (onu ödəyə bilmədikdə) Qiyamət günü Allah onun borcunu ödəyər”.”

Məymunə
SəhihFəzilətli əməllər, 1066 (Kitab 20, 57)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 1049. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5986.

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَخَذَ أَمْوَالَ النَّاسِ يُرِيدُ أَدَاءَهَا أَدَّى اللَّهُ عَنْهُ، وَمَنْ أَخَذَ يُرِيدُ إِتْلاَفَهَا أَتْلَفَهُ اللَّهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İnsanların malını qaytarmaq niyyəti ilə götürən kimsənin (borcunu) onun əvəzinə Allah qaytarar, (onu) tələf etmək (və qaytarmamaq) niyyəti ilə götürən kimsəni isə Allah məhv edər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1067 (Kitab 20, 58)

Qeyd

əl-Buxari, 2212, 2387.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سُئِلَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الأَعْمَالِ أَفْضَلُ؟ قَالَ: «أَنْ تُدْخِلَ عَلَى أَخِيْكَ الْمُؤْمِن سُرُوراً، أَوْ تَقْضِي لَهُ دَيْناً، أَوْ تُطْعِمْهُ خَبْزاً».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Ən fəzilətli əməl hansıdır?” O buyurdu: “Mömin qardaşını sevindirmək və ya onun borcunu ödəmək, yaxud ona çörək yedirtmək”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 1068 (Kitab 20, 59)

Qeyd

İbn Əbud-Dunyə “Qadaul-Həvaic” 112. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1494, 2715.

عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ مُسْلِمٍ يُقْرِضُ مُسْلِمًا قَرْضًا مَرَّتَيْنِ إِلاَّ كَانَ كَصَدَقَتِهَا مَرَّةً».

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir müsəlman digərinə iki dəfə borc verərsə, bir dəfə sədəqə vermiş kimi sayılır”.”

İbn Məsud
SəhihFəzilətli əməllər, 1069 (Kitab 20, 60)

Qeyd

İbn Macə, 2430, 2524. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 901.

عَنْ أَبِي أُمَامَةَ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «دَخَلَ رَجُلٌ الْجَنَّة، فَرَأَى عَلَى بَابِهَا مَكْتوباً: الصَّدَقَةُ بِعَشْرِ أَمْثاَلِهَا، وَالْقَرْضُ بِثَمَانِيَةَ عَشَر».

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir kişi Cənnətə daxil oldu və onun qapısının üzərində belə bir yazı gördü: “Sədəqənin (mükafatı) on, borc verməyin (mükafatı) isə on səkkiz mislində verilir”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 1070 (Kitab 20, 61)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7976; əl-Beyhəqi “Şuabul-İman” 3564. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3407.

عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ، عَنْ أَبِيهِ، قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلِهِ صَدَقَةٌ "، قَالَ: ثُمَّ سَمِعْتُهُ يَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "، قُلْتُ: سَمِعْتُكَ يَا رَسُولَ اللهِ تَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلِهِ صَدَقَةٌ "، ثُمَّ سَمِعْتُكَ تَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "، قَالَ لَهُ: " بِكُلِّ يَوْمٍ صَدَقَةٌ قَبْلَ أَنْ يَحِلَّ الدَّيْنُ، فَإِذَا حَلَّ الدَّيْنُ فَأَنْظَرَهُ فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "

“Rəvayət edilir ki, Süleyman ibn Bureydə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”. Sonra başqa bir vaxt isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”– dediyini eşitdim və dedim: “Ey Allahın Elçisi, sənin bir dəfə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”- dediyini, sonra isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”- dediyini eşitdim”. Peyğəmbər ﷺ buyurdu: “Borcun vədəsi yetişməzdən əvvəl onun üçün hər günə görə bir misli qədər sədəqə savabı yazılır. Borcun vədəsi gəlib çatdıqdan sonra möhlət verdikdə isə, keçən hər bir günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılır”.”

Süleyman ibn Bureydə
SəhihFəzilətli əməllər, 1071 (Kitab 20, 62)

Qeyd

Əhməd, 23096, 23434. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 86.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ أَنْظَرَ مُعْسِرًا أَوْ وَضَعَ لَهُ أَظَلَّهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ تَحْتَ ظِلِّ عَرْشِهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim borcu qaytarmaqda çətinlik çəkənə möhlət verərsə və ya borcunu keçərsə, Qiyamət günü heç bir kölgənin olmadığı gündə Allah onu Ərşinin kölgəsində kölgələndirər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1072 (Kitab 20, 63)

Qeyd

ət-Tirmizi, 1306, 1354. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6107.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللَّهُ عَلَيْهِ فِى الدُّنْيَا وَالآخِرَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir borcu olana asanlıq göstərərsə, Allah da ona dünyada və Axirətdə asanlıq bəxş edər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1073 (Kitab 20, 64)

Qeyd

İbn Macə, 2417, 2510. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6614.

عَنْ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ مَعَ الدَّائِنِ حَتَّى يَقْضِىَ دَيْنَهُ مَا لَمْ يَكُنْ فِيمَا يَكْرَهُ اللَّهُ». قَالَ فَكَانَ عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ يَقُولُ لِخَازِنِهِ اذْهَبْ فَخُذْ لِى بِدَيْنٍ فَإِنِّى أَكْرَهُ أَنْ أَبِيتَ لَيْلَةً إِلاَّ وَاللَّهُ مَعِى بَعْدَ الَّذِى سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın sevmədiyi bir səbəbə görə borc almadığı təqdirdə, borcunu ödəyənə qədər, Allah borcu olanladır”. Abdullah ibn Cəfər öz xəzinədarına deyərdi: “Get, mənim üçün borc al! Həqiqətən, mən Allah Elçisindən ﷺ bu hədisi eşidəndən sonra Allahın mənimlə olmadığı halda gecələmək istəmirəm”.”

Abdullah ibn Cəfər
SəhihFəzilətli əməllər, 1074 (Kitab 20, 65)

Qeyd

İbn Macə, 2409, 2501. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1808.

عَنْ أَبِى رَافِعٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَسْلَفَ مِنْ رَجُلٍ بَكْرًا فَقَدِمَتْ عَلَيْهِ إِبِلٌ مِنْ إِبِلِ الصَّدَقَةِ فَأَمَرَ أَبَا رَافِعٍ أَنْ يَقْضِىَ الرَّجُلَ بَكْرَهُ فَرَجَعَ إِلَيْهِ أَبُو رَافِعٍ فَقَالَ لَمْ أَجِدْ فِيهَا إِلاَّ خِيَارًا رَبَاعِيًا. فَقَالَ «أَعْطِهِ إِيَّاهُ إِنَّ خِيَارَ النَّاسِ أَحْسَنُهُمْ قَضَاءً».

“Əbu Rafi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişidən cavan bir dəvəni borc aldı. Ona zəkat dəvələri gətirildikdə o, Əbu Rafiyə əmr etdi ki, həmin kişinin borcunu qaytarsın. Əbu Rafi də dedi: “Mən yalnız yeddi illik gözəl bir dəvə tapdım”. Allahın Elçisi ﷺ isə belə dedi: “Həmin dəvəni apar, o adama ver. Həqiqətən, insanların ən xeyirlisi borcunu ən gözəl şəkildə qaytarandır”.”

Əbu Rafi
SəhihFəzilətli əməllər, 1075 (Kitab 20, 66)

Qeyd

Muslim, 2002, 4192.

عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَنْ فَارَقَ الرُّوحُ الْجَسَدَ وَهُوَ بَرِىءٌ مِنْ ثَلاَثٍ دَخَلَ الْجَنَّةَ مِنَ الْكِبْرِ وَالْغُلُولِ وَالدَّيْنِ».

“Allah Elçisinin ﷺ azad etdiyi köləsi Səvban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kimin ruhu cəsədindən bu üç şeydən - təkəbbürlük, qənimət malına xəyanət etmək və borcdan uzaq olduğu halda ayrılarsa, Cənnətə girər”.”

Səvban
SəhihFəzilətli əməllər, 1076 (Kitab 20, 67)

Qeyd

İbn Macə, 2412, 2505. Hədis səhihdir. Bax; Silsilə əs-Səhihə, 2785.

Fəsil 29

Borca düşdükdə edilən dua

عَنْ عَلِىٍّ أَنَّ مُكَاتَبًا جَاءَهُ فَقَالَ إِنِّى قَدْ عَجَزْتُ عَنْ كِتَابَتِى فَأَعِنِّى. قَالَ أَلاَ أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ كَانَ عَلَيْكَ مِثْلُ جَبَلِ صِيرٍ دَيْنًا أَدَّاهُ اللَّهُ عَنْكَ قَالَ «قُلِ اللَّهُمَّ اكْفِنِى بِحَلاَلِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِى بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ».

“Əli ﵁ rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: “Köləlikdən azad olmaq üçün borcumu ödəməyə aciz qalmışam, mənə yardım et!” Əli dedi: “Allah Elçisinin ﷺ mənə öyrətdiyi bəzi kəlmələri sənə öyrədimmi? Siyr dağı boyda borcun olsa belə, Allah onu sənə ödətdirər. Belə dua et: “Alla:humməkfini: bi-hələ:likə an həra:mikə va əğnini: bifədlikə ammən siva:kə!”.”

Əli
HəsənFəzilətli əməllər, 1077 (Kitab 20, 68)

Qeyd

ət-Tirmizi, 3563, 3911. Hədis həsəndir. Bax; Silsilə əs-Səhihə, 266.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذِ بْنِ جَبَلٍ: أَلا أُعَلِّمُكَ دُعَاءً تَدْعُو بِهِ لَوْ كَانَ عَلَيْكَ مِثْلُ جَبَلٍ دَيْنًا لأَدَّى اللهُ عَنْكَ؟ قُلْ يَا مُعَاذُ: اللَّهُمَّ مَالِكُ الْمُلْكِ، تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ، وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ، وَتُعِزُّ مَنْ تَشَاءُ، وَتُذِلُّ مَنْ تَشَاءُ، بِيَدِكَ الْخَيْرِ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، رَحْمَانُ الدُّنْيَا وَالآخِرَةِ، تُعْطِيهُمَا مَنْ تَشَاءُ، وَتَمْنَعُ مِنْهُمَا مَنْ تَشَاءُ، ارْحَمْنِي رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Muaza dedi: “Sənə elə bir dua öyrədimmi ki, onunla dua edəcəyin təqdirdə Uhud dağı boyda borcun olsa belə, Allah onu qaytarar?! Ey Muaz, de: “Alla:hummə mə:likul-mulk, tu'til-mulkə mən təşə:u, va tənziul-mulkə mimmən təşə:u, va tuizzu mən təşə:u, va tuzillu mən təşə:u, biyədikəl-xayri innəkə alə: kulli şey in qadi:r, Rahmə:nud-dunyə: vəl-ə:xira, tu'ti:humə: mən təşə:u, va təmnəu minhumə: mən təşə:u, ərhəmni: rahmətən tuğnini: bihə: an rahməti mən siva:kə!”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 1078 (Kitab 20, 69)

Qeyd

ət-Tabərani “Mucəmus-Sağir” 558. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1821.

Fəsil 30

Şaban ayının ortasında olan gecə

عَنْ أَبِي ثَعْلَبَةَ الخشنى أَنّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :إذا كان لَيْلَةَ النِّصْفِ مِنْ شَعْبَانَ اطَّلَع اللهُ إلى خلقِهِ فَيَغْفِرُ لِلْمُؤْمِنِينَ ويُمْلِى الْكَافِرِينَ، وَيَدَعُ أَهْلَ الْحِقْدِ بِحِقْدِهِمْ حَتَّى يَدْعُوهُ

“Əbu Sələbə əl-Xuşəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Şaban ayının ortasında olan gecə olduqda Allah məxluqatına baxır, möminləri bağışlayır, kafirlərə möhlət verir, kinliləri isə kin-küdurətlərini tərk edənədək başlı-başına buraxır”.”

Əbu Sələbə əl-Xuşəni
HəsənFəzilətli əməllər, 1079 (Kitab 20, 70)

Qeyd

əl-Beyhəqi “Sunənus-Suğra” 1426. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 771.

Fəsil 31

Qara zirənin xeyri

عَنْ عَائِشَةَ قَالَتْ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: إِنَّ هَذِهِ الْحَبَّةَ السَّوْدَاءَ شِفَاءٌ مِنْ كُلِّ دَاءٍ إِلاَّ مِنْ السَّامِ قُلْتُ وَمَا السَّامُ قَالَ الْمَوْتُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Bu qara zirə “sam”dan başqa hər bir xəstəliyin dərmanıdır”. Mən: “Sam” nədir?”- deyə soruşdum. O: “Ölümdür!”- dedi”.”

Aişə
SəhihFəzilətli əməllər, 1080 (Kitab 20, 71)

Qeyd

əl-Buxari, 5255, 5687; ət-Tirmizi, 2041, 2070; İbn Macə, 3447, 3457.

عَنْ خَالِدِ بْنِ سَعْدٍ ، قَالَ : خَرَجْنَا ، وَمَعَنَا غَالِبُ بْنُ أَبْجَرَ ، فَمَرِضَ فِي الطَّرِيقِ ، فَقَدِمْنَا الْمَدِينَةَ ، وَهُوَ مَرِيضٌ ، فَعَادَهُ ابْنُ أَبِي عَتِيقٍ ، وَقَالَ لَنَا : عَلَيْكُمْ بِهَذِهِ الْحَبَّةِ السَّوْدَاءِ ، فَخُذُوا مِنْهَا خَمْسًا ، أَوْ سَبْعًا ، فَاسْحَقُوهَا ، ثُمَّ اقْطُرُوهَا فِي أَنْفِهِ ، بِقَطَرَاتِ زَيْتٍ ، فِي هَذَا الْجَانِبِ وَفِي هَذَا الْجَانِبِ ، فَإِنَّ عَائِشَةَ حَدَّثَتْهُمْ ، أَنَّهَا سَمِعَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّ هَذِهِ الْحَبَّةَ السَّوْدَاءَ شِفَاءٌ مِنْ كُلِّ دَاءٍ ، إِلاَّ أَنْ يَكُونَ السَّامُ قُلْتُ : وَمَا السَّامُ ؟ قَالَ : الْمَوْتُ.

“Rəvayət edilir ki, Xalid ibn Sad ﵀ demişdir: “Bir dəfə Ğalib ibn Əbcər ilə birlikdə səfərə çıxdıq. O, yolda xəstələndi. Xəstə olduğu halda Mədinəyə çatdıq. İbn Əbu Atiq onu ziyarətə gəldiyi zaman dedi: “Sizə qara zirədən istifadə etməyi tövsiyə edirəm. Ondan beş və ya yeddi dənə alıb yaxşıca əzin. Sonra onu bir neçə damla zeytun yağı içində xəstənin burnuna bu və ya digər dəliyə damızdırın, çünki Aişə rəvayət edir ki, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bu qara zirə “sam”dan başqa hər bir xəstəliyin dərmanıdır”. Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi”.”

Xalid ibn Sad
SəhihFəzilətli əməllər, 1081 (Kitab 20, 72)

Qeyd

İbn Macə 3449. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 2780.

Fəsil 32

Qan aldırmağın xeyri

عَنِ ابْنِ عُمَرَ قَالَ يَا نَافِعُ قَدْ تَبَيَّغَ بِىَ الدَّمُ فَالْتَمِسْ لِى حَجَّامًا وَاجْعَلْهُ رَفِيقًا إِنِ اسْتَطَعْتَ وَلاَ تَجْعَلْهُ شَيْخًا كَبِيرًا وَلاَ صَبِيًّا صَغِيرًا فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «الْحِجَامَةُ عَلَى الرِّيقِ أَمْثَلُ وَفِيهِ شِفَاءٌ وَبَرَكَةٌ وَتَزِيدُ فِى الْعَقْلِ وَفِى الْحِفْظِ فَاحْتَجِمُوا عَلَى بَرَكَةِ اللَّهِ يَوْمَ الْخَمِيسِ وَاجْتَنِبُوا الْحِجَامَةَ يَوْمَ الأَرْبِعَاءِ وَالْجُمُعَةِ وَالسَّبْتِ وَيَوْمَ الأَحَدِ تَحَرِّيًا وَاحْتَجِمُوا يَوْمَ الاِثْنَيْنِ وَالثُّلاَثَاءِ فَإِنَّهُ الْيَوْمُ الَّذِى عَافَى اللَّهُ فِيهِ أَيُّوبَ مِنَ الْبَلاَءِ وَضَرَبَهُ بِالْبَلاَءِ يَوْمَ الأَرْبِعَاءِ فَإِنَّهُ لاَ يَبْدُو جُذَامٌ وَلاَ بَرَصٌ إِلاَّ يَوْمَ الأَرْبِعَاءِ أَوْ لَيْلَةَ الأَرْبِعَاءِ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan tap və imkan varsa, onu mənim üçün yoldaş seç. Onu nə yaşlı qoca, nə də balaca uşaq arasından seçmə, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Acqarına qan aldırmaq çox faydalıdır, onda şəfa və bərəkət var. Ağılı və hafizəni gücləndirir. Allahın bərəkəti üzrə Cümə axşamı qan aldırın, çərşənbə, Cümə, şənbə və bazar günləri qan aldırmaqdan çəkinin. Bazar ertəsi və çərşənbə axşamı qan aldırın, çünki həmin gün Allah Əyyubu xəstəlikdən sağaltmış, çərşənbə günü isə ona bəla vermişdir. Çünki cüzam və albinos xəstəlikləri çərşənbə günü və ya onun gecəsi gəlir”.”

İbn Ömər
HəsənFəzilətli əməllər, 1082 (Kitab 20, 73)

Qeyd

İbn Macə, 3487, 3616. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3466.

عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مَرَرْتُ لَيْلَةَ أُسْرِىَ بِى بِمَلإٍ مِنَ الْمَلاَئِكَةِ إِلاَّ كُلُّهُمْ يَقُولُ لِى عَلَيْكَ يَا مُحَمَّدُ بِالْحِجَامَةِ». قَالُوا «يَا مُحَمَّدُ مُرْ أُمَّتَكَ بِالْحِجَامَةِ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Merac gecəsi hansı mələk toplusunun yanından keçirdimsə, hamısı mənə belə deyirdi: “Ey Muhəmməd, qan aldır!” Digər rəvayətdə deyilir: “Ey Muhəmməd, ümmətinə qan aldırmağı əmr et!””

İbn Abbas
SəhihFəzilətli əməllər, 1083 (Kitab 20, 74)

Qeyd

İbn Macə, 3608, 3479. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4544.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنِ احْتَجَمَ لِسَبْعَ عَشْرَةَ وَتِسْعَ عَشْرَةَ وَإِحْدَى وَعِشْرِينَ كَانَ شِفَاءً مِنْ كُلِّ دَاءٍ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim ayın on yeddisi, on doqquzu və iyirmi biri qan aldırarsa, bu, bütün xəstəliklərə şəfa olar”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1084 (Kitab 20, 75)

Qeyd

Əbu Davud, 3863. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4548.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنْ كَانَ فِى شَىْءٍ مِمَّا تَدَاوَيْتُمْ بِهِ خَيْرٌ فَالْحِجَامَةُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər müalicə olunduğunuz bir şeydə xeyir varsa, o da qan aldırmaqdır”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1085 (Kitab 20, 76)

Qeyd

Əbu Davud, 3859. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3460.

Fəsil 33

Ud Hindinin insana xeyri

عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ قَالَتْ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: عَلَيْكُمْ بِهَذَا الْعُودِ الْهِنْدِيِّ فَإِنَّ فِيهِ سَبْعَةَ أَشْفِيَةٍ يُسْتَعَطُ بِهِ مِنْ الْعُذْرَةِ وَيُلَدُّ بِهِ مِنْ ذَاتِ الْجَنْبِ.

“Rəvayət edilir ki, Ummu Qeys bint Mihsən ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Bu “Ud Hindi”dən istifadə edin. Həqiqətən də, onda yeddi (xəstəliyin) şəfası var. Onun məlhəmindən boğazı xəstə olanın boğazına, ağciyər iltihabı olanın ağzına damızdırın”.”

Ummu Qeys bint Mihsən
SəhihFəzilətli əməllər, 1086 (Kitab 20, 77)

Qeyd

əl-Buxari, 5260, 5692. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Ud hindi”dən istifadə edin! Ondan şəfa üçün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qəbul olunur". (əl-Buxari, 5276, 5715; Muslim, 5102, 5893). İbn Həcər ﵀ “Fəthul-Bari” kitabında hədisdə keçən “yeddi yolu” ifadəsini belə izah etmişdir: “Hədisdə “yeddi yol” qeyd edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər. Hədisdəki “yeddi yol” ifadəsini Peyğəmbər ﷺ iki yolla qısaltmışdır. Yəni o “yeddi yol” bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir:Su ilə qarışdırılıb (dəmlənib) içilir;Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur;Burun vastəsilə qəbul olunur;Dəri xəstəlikləri üçün zeytun yağında on beş gün saxladılıb dəriyə sürtülür;Bal ilə qarışdırılıb dəriyə sürtülür;Su ilə qarışdırılıb çimilir.“Ud Hindi”nin üyüdülmüş formasını bir stəkan suya bir çay qaşığı miqdarında qarışdıraraq və ya dəmlənərək içilir. Bu, ən geniş və ən faydalı yayılmış istifadə üsuludur ki, bir çox xəstəliklərin müalicəsində faydalı olur. Hədisdə keçən “yuləddu bihi zəti cənbin” ifadəsi ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olunması deməkdir”. (İbn əl-Qeyyim “Zadul-Məad” kitabı).

عَنْ أَنَسٍ أَنَّهُ سُئِلَ عَنْ أَجْرِ الْحَجَّامِ فَقَالَ: احْتَجَمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَجَمَهُ أَبُو طَيْبَةَ وَأَعْطَاهُ صَاعَيْنِ مِنْ طَعَامٍ وَكَلَّمَ مَوَالِيَهُ فَخَفَّفُوا عَنْهُ وَقَالَ: إِنَّ أَمْثَلَ مَا تَدَاوَيْتُمْ بِهِ الْحِجَامَةُ وَالْقُسْطُ الْبَحْرِيُّ. وَقَالَ لاَ تُعَذِّبُوا صِبْيَانَكُمْ بِالْغَمْزِ مِنْ الْعُذْرَةِ وَعَلَيْكُمْ بِالْقُسْطِ...«عَلاَمَهْ تَدْغَرْنَ أَوْلاَدَكُنَّ بِهَذَا الإِعْلاَقِ عَلَيْكُمْ بِهَذَا الْعُودِ الْهِنْدِىِّ - يَعْنِى بِهِ الْكُسْتَ - فَإِنَّ فِيهِ سَبْعَةَ أَشْفِيَةٍ مِنْهَا ذَاتُ الْجَنْبِ».

“Rəvayət edilir ki, Ənəsdən ﵁ həcəmət edən adamın qazancı barədə soruşdular. O dedi: “Bir vaxt Əbu Teybə Allah Elçisindən ﷺ qan aldı və Allah Elçisi ﷺ ona iki saa yemək verdi, üstəlik onun ağaları ilə danışdı və onlar (gündəlik olaraq ondan aldıqları xəracın miqdarını) bir qədər azaltdılar”. Peyğəmbər ﷺ: “Müalicə olunmağınız üçün istifadə etdiyiniz ən gözəl şey həcəmət və Ud Hindidir”. Həmçinin demişdir: “Uşaqlarınızın (boğazda şişmiş) badamcıq vəzilərini (barmaqla) basaraq onlara əzab-əziyyət verməyin. Onları qustla müalicə edin”. Digər rəvayətdə deyilir: “Siz uşaqlarınızı nə üçün bu cür müalicə edirsiniz? Bunu “Ud Hindi” ilə müalicə edin. Həqiqətən, onda yeddi şəfa var. Ondan biri ağciyər iltihabı xəstəliyidir”.”

Ənəs
SəhihFəzilətli əməllər, 1087 (Kitab 20, 78)

Qeyd

Muslim, 4103, 5894; İbn Macə, 3462; Əbu Davud, 3877, 3879.

Fəsil 34

Zeytun yağının xeyri

عَنْ عُمَرَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: ائْتَدِمُوا بِالزَّيْتِ، وَادَّهِنُوا بِهِ، فَإِنَّهُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zeytun və onun yağından istifadə etməyə davam edin, çünki o, mübarək ağacdır”.”

Ömər
SəhihFəzilətli əməllər, 1088 (Kitab 20, 79)

Qeyd

İbn Macə, 3319. Hədis səhihdir. Bax; Silsilə əs-Səhihə, 379.

Fəsil 35

Qadınlarla əlaqəli hədislər

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّتْ الْمَرْأَةُ خَمْسَهَا وَصَامَتْ شَهْرَهَا وَحَفِظَتْ فَرْجَهَا وَأَطَاعَتْ زَوْجَهَا قِيلَ لَهَا ادْخُلِي الْجَنَّةَ مِنْ أَيِّ أَبْوَابِ الْجَنَّةِ شِئْتِ

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Auf ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, namusunu qoruyar və ərinə itaət edərsə, ona belə deyilər: “Cənnətin hansı qapısından istəyirsənsə, Cənnətə daxil ol!””

Abdur-Rahmən ibn Auf
SəhihFəzilətli əməllər, 1089 (Kitab 20, 80)

Qeyd

Əhməd, 1661; İbn Hibban, 4163. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 660.

عَنْ أُمِّ سَلَمَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «خَيْرُ صَلاةِ النِّسَاءِ فِي قَعْرِ بُيُوتِهِنَّ»... «خَيرُ مَسَاجِدِ النِّسَاءِ قَعرُ بُيُوتِهِنَّ».

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qadınların ən xeyirli namazı evlərinin dərinliyində qıldıqları namazdır”. Digər rəvayətdə deyilir: “Qadınlar üçün ən yaxşı məscid evlərinin dərinlikləridir”.”

Ummu Sələmə
SəhihFəzilətli əməllər, 1090 (Kitab 20, 81)

Qeyd

Əhməd, 26584. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3327.

عَنْ عَبْدِ اللَّهِ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «صَلاَةُ الْمَرأَةِ فِي بَيْتِهَا، أَفْضَلُ مِنْ صَلاَتِهَا فِي حُجْرَتِهَا، وَصَلاَتُهَا فِي مَخْدَعِهَا أَفْضَلُ مِنْ صَلاَتِهَا فِي بَيْتِهَا».

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadının evində qıldığı namaz evinin həyətində qıldığı namazdan, evinin gizli guşəsində qıldığı namaz isə evinin digər yerlərində qıldığı namazdan daha fəzilətlidir”.”

Abdullah
SəhihFəzilətli əməllər, 1091 (Kitab 20, 82)

Qeyd

Əbu Davud, 570. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3833.

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلاَ يُؤْذِي جَارَهُ وَاسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا فَإِنَّهُنَّ خُلِقْنَ مِنْ ضِلَعٍ وَإِنَّ أَعْوَجَ شَيْءٍ فِي الضِّلَعِ أَعْلاَهُ فَإِنْ ذَهَبْتَ تُقِيمُهُ كَسَرْتَهُ وَإِنْ تَرَكْتَهُ لَمْ يَزَلْ أَعْوَجَ فَاسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allaha və Axirət gününə iman gətirirsə, qonşusuna əziyyət verməsin! Qadınlarla yaxşı davranın! Çünki onlar qabırğadan yaradılmışlar. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındıracaqsan, düzəltməsən, əyri qalacaq. Odur ki, qadınlarla yaxşı davranın!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1092 (Kitab 20, 83)

Qeyd

əl-Buxari, 4787, 5186; Muslim 1468, 2671.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قِيلَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ النِّسَاءِ خَيْرٌ قَالَ «الَّتِى تَسُرُّهُ إِذَا نَظَرَ وَتُطِيعُهُ إِذَا أَمَرَ وَلاَ تُخَالِفُهُ فِى نَفْسِهَا وَمَالِهَا بِمَا يَكْرَهُ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisindən ﷺ soruşdular: “Hansı qadınlar daha xeyirlidir?” Allah Elçisi ﷺ buyurdu: “O qadın ki, əri ona baxdıqda sevinər, əmr etdikdə itaət edər, ərinin xoşuna gəlməyən bir şeyin özündə və malında olmasına yol verməz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1093 (Kitab 20, 84)

Qeyd

ən-Nəsəi “Sunən” 3231, 3244. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 1838.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «الدُّنْيَا مَتَاعٌ وَخَيْرُ مَتَاعِ الدُّنْيَا الْمَرْأَةُ الصَّالِحَةُ».

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 1094 (Kitab 20, 85)

Qeyd

Muslim, 2668, 3716.

عَنْ كَعْبِ بن عُجْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "أَلا أُخْبِرُكُمْ بِرِجَالِكُمْ مِنْ أَهْلِ الْجَنَّةِ؟"، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: "النَّبِيُّ فِي الْجَنَّةِ، وَالشَّهِيدُ فِي الْجَنَّةِ، وَالصِّدِّيقُ فِي الْجَنَّةِ، وَالْمَوْلُودُ فِي الْجَنَّةِ، وَالرَّجُلُ يَزُورُ أَخَاهُ فِي جَانِبِ الْمِصْرِ فِي الْجَنَّةِ، أَلا أُخْبِرُكُمْ بنسَائِكُمْ مِنْ أَهْلِ الْجَنَّةِ؟"، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ:"الْوَدُودُ الْوَلُودُ الَّتِي إِنْ ظَلَمَتْ أَوْ ظُلِمَتْ قَالَتْ: هَذِهِ نَاصِيَتِي بِيَدِكَ، لا أَذُوقُ غَمْضًا حَتَّى تَرْضَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlindən olan kişiləriniz haqqında sizə xəbər verimmi?” Dedilər: “Bəli, ey Allahın Elçisi!” O buyurdu: “Peyğəmbər Cənnətdədir, şəhid Cənnətdədir, siddiq Cənnətdədir, uşaq Cənnətdədir və şəhərin başqa bir tərəfində olan qardaşını ziyarət edən kişi Cənnətdədir. Cənnət əhli olan qadınlarınız haqqında sizə xəbər verimmi?” Dedilər: “Bəli, ey Allahın Elçisi!” O buyurdu: “Sevən və çoxuşaqlı qadın. O, haqsızlıq etdikdə və ya ona haqsızlıq olunduqda deyər: “Bu kəkilim (məni idarə etmək) sənin əlindədir. Sən razı olmayanadək yuxuya getməyəcəm”.”

Kəb ibn Ucra
HəsənFəzilətli əməllər, 1095 (Kitab 20, 86)

Qeyd

ət-Tabərani “Mucəmus-Sağir” 118, “Mucəmul-Kəbir” 15637. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 2604.

عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ يَا رَسُولَ اللَّهِ، نَرَى الْجِهَادَ أَفْضَلَ الْعَمَلِ، أَفَلاَ نُجَاهِدُ قَالَ: «لاَ، لَكِنَّ أَفْضَلَ الْجِهَادِ حَجٌّ مَبْرُورٌ».

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Ey Allahın Elçisi, biz cihadın ən əfzəl əməllərdən olduğunu güman edirik. Elə isə cihadda iştirak edə bilərikmi?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr! (Siz qadınlar üçün) ən üstün cihad qəbul olunmuş həcdir!””

Aişə
SəhihFəzilətli əməllər, 1096 (Kitab 20, 87)

Qeyd

əl-Buxari, 1423, 1520.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «خَيْرُ صُفُوفِ الرِّجَالِ أَوَّلُهَا وَشَرُّهَا آخِرُهَا وَخَيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا وَشَرُّهَا أَوَّلُهَا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişilərin (namazda) ən xeyirli cərgəsi birinci, ən pisi isə sonuncu cərgədir. Qadınların (namazda) ən xeyirli cərgəsi sonuncu, ən pisi isə birinci cərgədir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1097 (Kitab 20, 88)

Qeyd

ət-Tirmizi, 224; İbn Məcə, 1000-1001. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3310.

سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ: قِيلَ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَا رَسُولَ اللَّهِ، إِنَّ فُلاَنَةً تَقُومُ اللَّيْلَ وَتَصُومُ النَّهَارَ، وَتَفْعَلُ، وَتَصَّدَّقُ، وَتُؤْذِي جِيرَانَهَا بِلِسَانِهَا؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ خَيْرَ فِيهَا، هِيَ مِنْ أَهْلِ النَّارِ»، قَالُوا: وَفُلاَنَةٌ تُصَلِّي الْمَكْتُوبَةَ، وَتَصَّدَّقُ بِأَثْوَارٍ، وَلاَ تُؤْذِي أَحَدًا؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هِيَ مِنْ أَهْلِ الْجَنَّةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbərə ﷺ belə dedilər: “Ey Allahın Elçisi, filan qadın gecəni namaz qılır, gündüzlər oruc tutur, yaxşı işlər görür, sədəqə paylayır, lakin qonşularına dili ilə əziyyət verir”. Allah Elçisi ﷺ buyurdu: “O qadında xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir!” Sonra dedilər: “Bir qadın da var ki, vacib namazları qılır, yağsız pendirindən sədəqə verir və heç kimə əziyyət vermir”. Allah Elçisi ﷺ buyurdu: “O, Cənnət əhlindəndir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1098 (Kitab 20, 89)

Qeyd

İbn Hibban, 5764; əl-Buxari “Ədəbul-Mufrad” 119. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 190.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا وَخِيَارُكُمْ خِيَارُكُمْ لِنِسَائِهِمْ خُلُقًا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyirliləriniz isə qadınlarına qarşı əxlaqlı olanlarınızdır”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1099 (Kitab 20, 90)

Qeyd

ət-Tirmizi, 1162, 1195. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1232.

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَلْبٌ شَاكِرٌ وَلِسَانٌ ذَاكِرٌ وَزَوجَةٌ صَالِحَةٌ تُغْنِيكَ عَلَى أَمْرِ دُنْيَاكَ وَدِينِكَ خَيْرُ مَا اكْتَنزَ النَّاسُ ...عَنْ ثَوْبَانَ قَالَ لَمَّا نَزَلَتِ }الَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ{ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَعْضِ أَسْفَارِهِ فَقَالَ بَعْضُ أَصْحَابِهِ أُنْزِلَ فِى الذَّهَبِ وَالْفِضَّةِ مَا أُنْزِلَ. لَوْ عَلِمْنَا أَىُّ الْمَالِ خَيْرٌ فَنَتَّخِذَهُ فَقَالَ «أَفْضَلُهُ لِسَانٌ ذَاكِرٌ وَقَلْبٌ شَاكِرٌ وَزَوْجَةٌ مُؤْمِنَةٌ تُعِينُهُ عَلَى إِيمَانِهِ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şükür edən qəlb, zikr edən dil və əməlisaleh zövcə dünyəvi və dini işlərdə sənə kifayət edər və bu, insanların yığdıqlarından daha xeyirlidir”. Digər rəvayətdə deyilir: “Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ət-Tövbə, 34) ayəsi nazil olduqda, biz Peyğəmbər ﷺ ilə səfərlərin birində idik. Bəzi səhabələr dedilər: “Bu ayə qızıl və gümüş haqda nazil edilmişdir. Biz hansı malın daha xeyirli olduğunu bilsək, onu götürüb verərik.” Peyğəmbər ﷺ buyurdu: “Ən xeyirli mal zikr edən dil, şükür edən qəlb və imanı artırmağa yardımçı olan möminə zövcədir”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 1100 (Kitab 20, 91)

Qeyd

ət-Tirmizi, 3377, 3994. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1499.

عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا أَنْفَقَتِ الْمَرْأَةُ مِنْ طَعَامِ بَيْتِهَا غَيْرَ مُفْسِدَةٍ كَانَ لَهَا أَجْرُهَا بِمَا أَنْفَقَتْ وَلِزَوْجِهَا أَجْرُهُ بِمَا كَسَبَ، وَلِلْخَازِنِ مِثْلُ ذَلِكَ، لاَ يَنْقُصُ بَعْضُهُمْ أَجْرَ بَعْضٍ شَيْئًا».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz”.”

Aişə
SəhihFəzilətli əməllər, 1101 (Kitab 20, 92)

Qeyd

əl-Buxari, 1336, 1425; ət-Tirmizi, 672.

Fəsil 36

Bərəkət yaşlılarınızladır

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الْبَرَكَةُ مَعَ أَكَابِرِكُمِ»

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bərəkət yaşlılarınızla birlikdədir”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 1102 (Kitab 20, 93)

Qeyd

əl-Hakim, 210; ət-Tabərani “Mucəmul-Əvsat” 8991. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2884.

عَنِ ابْنِ عُمَرَ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ أَبَرَّ الْبِرِّ أَنْ يَصِلَ الرَّجُلُ أَهْلَ وُدِّ أَبِيهِ».

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ən gözəl qayğı adamın öz atasının sevdiyi insanların ailəsi ilə isti münasibət saxlamasıdır”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 1103 (Kitab 20, 94)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 41. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1525.

Fəsil 37

Cənnətə ən son girənə veriləcək nemətlər

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ: عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : «يَجْمَعُ اللهُ الأَولِينَ وَالآخِرِينَ لِمِيقَاتِ يَومٍ مَعْلُومٍ، قِيَاماً أَرْبَعِينَ سَنَةً، شَاخِصَةً أَبْصَارُهُمْ (إِلَى السَّمَاءِ) يَنْتَظِرونَ فَصْلَ الْقَضَاءِ، قَالَ: وَيَنْزِلُ اللهُ عَزَّ وَجَلَّ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ مِنَ الْعَرشِ إِلَى الْكُرسِيِّ، ثُمَّ يُنَادِي مُنَادِ: أَيُّهَا النَّاسُ! أَلَمْ تَرْضَوْا مِنْ رَبِّكُمْ الَّذِي خَلَقَكُمْ، وَرَزَقَكُمْ، وَأَمَرَكُمْ أَنْ تَعْبُدُوه وَلاَ تُشْرِكُوا بِهِ شَيئاً أَنْ يوليَ كُلَّ أَناسٍ مِنْكُمْ مَا كَانُوا (يَتَوَلَّونَ و) يَعْبُدُونَ فِي الدُّنْيَا، أَلَيْسَ ذَلِكَ عَدْلاً مِنْ رَبِّكُمْ؟ قَالُوا: بَلَى، فَليَنْطَلِقُ كُلُّ قَومٍ إِلَى مَا كَانُوا يَعْبُدُونَ وَيَتَوَلَّونَ فِي الدُّنْيَا، قَالَ: فَيَنْطَلِقُونَ وَيُمَثَّلُ لَهُمْ أَشْباهُ مَا كَانُوا يَعْبُدُونَ، فَمِنْهُمْ مَنْ يَنْطَلِقُ إِلَى الشَّمْسِ، وَمِنْهُمْ مَنْ يَنْطَلِقُ إِلَى الْقَمَرِ والأَوْثَانِ مِنَ الْحِجَارَةِ وَأَشْبَاهِ مَا كَانُوا يَعْبُدُونَ، قَالَ: وَيُمَثَّلُ لِمَنْ كَانَ يَعْبُدُ عِيسَى شَيْطَانُ عِيسَى، وَيُمَثَّلُ لِمَنْ كَانَ يَعْبُدُ عُزَيراً شَيْطَانُ عُزَيرٍ، وَيَبْقَى مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأُمَّتَهُ، قَالَ: فَيَتَمَثَّلُ الرَّبُّ تَبَارَكَ وَتَعَالَى، فَيَأتِيهمْ فَيَقُولُ: مَا لَكُمْ لا تَنْطَلِقُونَ كَمَا انْطَلَقَ النَّاسُ؟ قَالَ: فَيَقُولُونَ: إِنَّ لَناَ إِلَهاً مَا رَأيْنَاهُ (بَعْدُ) فَيَقُولُ: هَلْ تَعْرِفُونَهُ إِنْ رَأَيْتُمُوهُ؟ فَيَقُولُونَ: إِنْ بَيْنَنَا وَبَيْنَهُ عَلاَمَةً إِذَا رَأَيْنَاهَا عَرَفْنَاهُ قَالَ: فَيَقُولُ: مَا هِيَ؟ فَيَقُولُونَ: يكْشِفُ عَنْ سَاقِهِ (قَالَ) فَعِنْدَ ذَلِكَ يَكْشِفُ عَنْ سَاقهِ فَيَخِرُّ كُلُّ مَنْ كَانَ لِظَهْرِهِ طَبَقٌ سَاجِداً، وَيَبْقَى قَومٌ ظُهُورُهمْ كَصَياصي الْبَقَرِ يُرِيدُونَ السُّجُودَ فَلاَ يَسْتَطِيُعونَ }وَقَدْ كَانُ يُدْعَونَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ{ ثُمَّ يَقُولُ: ارْفَعُوا رُؤوسَكُمْ، فَيَرفَعُونَ رُؤوسَهُمْ، فَيُعْطِيهِمْ نُورَهُمْ عَلَى قَدْرِ أَعْمَالَهُمْ، فَمِنْهُمْ مَنْ يُعْطَى نُورَهُ مِثلَ الْجَبِلِ الْعَظِيمِ يَسْعَى بَيْنَ يَدَيْهِ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُورَهُ أَصْغَرَ مِنْ ذَلِكَ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُوراً مِثلَ النَّخْلَةِ بِيَمِينِهِ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُوراً أَصْغَرَ مِنْ ذَلِكَ حَتَّى يَكُونَ آخِرَهُمْ رَجُلاً يُعْطَى نُورَهُ عَلَى إِبْهَامِ قَدَمِهِ يُضِيء مَرَّةً، وَيُطْفَأُ مَرَّةً، فَإِذَا أَضَاءَ قَدمُه قَدِمَ (وَمِشَى) وَإِذَا طَفئ قَامَ، قَالَ: وَالرَّبُّ تَبَارَكَ وَتَعَالَى أَمَامَهُمْ حَتَّى يُمَرَّ بِهِمْ إِلَى النَّارِ فَيَبْقَى أَثَرُه كَحَدِّ السَّيْفِ (دَحْض مَزَلة) قَالَ: فَيَقُولُ : مُرُّوا، فيَمُرُّونَ عَلَى قَدْرِ نُورِهِم، مِنْهُمْ مَنْ يَمُرُّ كَطَرفِ الْعَينِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالبَرقِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالسَّحَابِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَانْقِضَاضِ الْكَوْكَبِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالرِّيحِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَشَدِّ الْفَرَسِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَشَدِّ الرِّجُلِ، حَتَّى يَمُرُّ الَّذِي أُعْطَي نُورَهُ عَلَى ظَهْر (إِبْهَامِ) قَدَمِهِ يَحْبُوا عَلَى وَجْهِهِ وَيَدَيْهِ وَرِجْلَيْهِ، تَخِرُّ يَدٌ وَتَعْلَقُ يَدٌ، وَتَخِرُّ رِجْلٌ وَتَعْلَقُ رِجْلٌ، وَتُصيبُ جَوَانِبَهُ النَّارُ، فَلاَ يَزَالُ كَذَلِكَ حَتَّى يَخْلُصَ، فَإِذَا خَلَصَ وَقَفَ عَلَيْهَا فَقَالَ: الْحَمدُ للهِ الَّذِيْ أَعْطَانِي مَا لَمْ يُعْطِ أَحَداً، إِذْ أنْجَانِي مِنهَا بَعدَ إِذْ رَأَيْتُهَا، قَالَ: فَيُنْطَلَقُ بِهِ إِلَى غَديرٍ عِنْدَ بَابِ الْجَنَّةِ فَيَغْتَسِلُ، فَيَعُودُ إِلَيهِ رِيحُ أَهْلِ الْجَنَّةِ وَأَلوَانُهُمْ فَيَرَى مَا فِي الْجَنَّةِ مِنْ خِلالِ الْبَابِ، فَيَقُولُ: رَبِّ أَدْخِلنيِ الْجَنَّةَ ، فَيَقُولُ اللهُ (لَهُ) أَتَسألُ الْجَنَّةِ وَقَدْ نَجَّيْتُكَ مِنَ النَّارِ؟ فَيَقُولُ: رَبِّ اجْعَلْ بَينيِ وَبَيْنَهَا حِجَاباً حَتَّى لا أَسْمَعُ حَسِيسَهَا، قَالَ: فَيَدخُلِ الْجَنَّةِ، فَيَرَى أَوْ يُرْفَعُ لَهُ مَنْزِلاً أَمَامَ ذَلِكَ كَأَنَّ ما هُوَ فِيهِ بالنسْبةِ إِلَيهِ حُلُمٌ، فَيَقُولُ: رَبِّ أَعْطِنِي ذَلِكَ الْمَنزِلَ، فَيُقَولُ (لَهُ) لَعَلَّكَ إِنْ أَعْطَيتُكَهُ تَسأَلُ غَيْرَهُ؟ فَيَقُولُ: لاَ وَعِزَّتِكَ لاَ أَسْأَلُكَ غَيْرَهُ، وَأَنَّى مَنْزِلٌ أَحسن مِنهُ؟ فَيُعْطَاهُ فَينزلُه، وَيَرَى أَمَامَ ذَلِكَ مَنْزِلاً، كَأَنَّ مَا هُوَ إِلَيهِ حُلُمٌ قَالَ: رَبِّ أَعْطِنِي ذَلِكَ الْمَنْزِلَ، فَيَقُولُ اللهُ تَبَارَكَ وَتَعَالَى: لَعَلَّكَ إِنْ أَعْطَيتُكَهُ تَسْأَلُ غَيْرَهُ؟ قَالَ: لاَ وَعِزَّتِكَ (لا أَسْأَلُك) وَأَنَّى مَنْزِلٌ أَحسن مِنهُ؟ قَالَ فَيُعْطَاهُ، فَيَنْزِلُهُ ثُمَّ يَسْكُتُ. فَيَقُولُ اللهُ جَلَّ ذِكْرُهُ: مَا لَكَ لاَ تَسأَلُ؟ فَيَقُولُ: رَبِّ قَدْ سَأَلْتُكَ حَتَّى اسْتَحْيَيْتُكَ (وَأَقْسَمْتُ لَكَ حَتَّى اسْتَحْيَيتك) فَيَقُولُ اللهُ جَلَّ ذِكْرُهُ: أَلَمْ تَرضَ أَنْ أُعْطِيَكَ مِثلَ الدُّنْيَا مُنْذُ خَلَقْتُهَا إِلَى يَوْمِ أَفْنَيْتُهَا وَعَشْرَةَ أَضْعَافِه؟ فَيَقُولُ: أَتَهْزَأُ بِي وَأَنْتَ رَبُّ الْعِزَّةِ؟ (فَضَحِكَ الرَّبُّ عَزَّ وَجَلَّ مِنْ قَوْلِهِ) قَالَ: فَرَأَيْتُ عَبدَ اللهِ بْنِ مَسْعُودٍ إِذَا بَلَغَ هَذَا الْمَكَان مِنْ هَذَا الْحَدِيثِ ضَحِكَ، فَقَالَ لَهُ رَجُلٌ: يَا أَبَا عَبْدِ الرَّحْمَنِ! قَدْ سَمِعْتُكَ تُحَدِّثُ هَذَا الْحَدِيثِ مِرَاراً كُلَّمَا بَلَغْتَ هَذَا الْمَكَانَ ضَحِكْتَ؟ فَقَالَ: إِنِّي سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحَدِّثُ هَذَا الْحَدِيثِ مِرَاراً كُلَّمَا بَلَغَ هَذَا الْمَكَان مِنْ هَذَا الْحَدِيثِ ضَحِكَ، حَتَّى تَبْدوَ أَضْرَاسُه، قَالَ: فَيَقُولُ الرَّبُّ جَلَّ ذِكْرُهُ: لا وَلَكِنِّي عَلَى ذَلِكَ قَادِرٌ، فَيَقُولُ: أَلْحِقْنِي بِالنَّاسِ، فَيَقُولُ الْحَقْ بِالنَّاسِ، قَالَ: فَيَنْطَلِقُ يَرْمُلُ فِي الْجَنَّةِ حَتَّى إِذَا دَنَا مِنَ النَّاسِ، رُفِعَ لَهُ قَصرٌ مِنْ دُرَّةٍ، فَيَخِرُّ سَاجِداً، فَيُقَالُ لَهُ: ارْفَع رَأْسَكَ مَالَكَ؟ فَيَقُولُ: رَأَيْتُ رَبِّي أَوْ تَرَاءىَ لِي رَبِّي، فَيُقَالُ لَهُ: إِنَّمَا هُوَ مَنْزِلٌ مِنْ مَنَازِلِكَ، قَالَ: ثُمَّ يَلْقَى رَجُلاً فَيَتَهَيَّأُ للِسْجُودِ لَهُ، فَيُقَالُ لَهُ: مَهْ؟ مَالَكَ فَيَقُولُ: رَأَيْتُ أَنَّكَ مَلَكٌ مِنَ الْمَلاَئِكَةِ، فَيَقُولُ: إِنَّمَا أَنَا خَازِنٌ مِنْ خُزَّانِكَ، وَعَبْدٌ مِنْ عَبِيدِكَ تَحْتَ يَدِي أَلفُ قَهْرَمَانٍ عَلَى مِثْلِ مَا أَنَا عَلَيْهِ، قَالَ: فَيَنْطَلِقُ أَمَامَهُ حَتَّى يَفْتَحُ لَهُ بَابَ الْقَصْر، قَالَ: وَهُوَ مِنْ دُرَّةٍ مُجَوَّفَةٍ سَقائِفُهَا وَأَبْوَابُهَا وَأَغْلاَقُهَا وَمَفَاتِيحُهَا مِنْهَا تَسْتَقْبِلُه جَوْهَرةٍ خَضْرَاءُ، مُبَطَّنَةٌ بِحَمْرَاء (فِيهَا سَبْعُونَ بَاباً، كُلُّ بَابٍ يُفْضِي إِلَى جَوْهَرَةٍ خَضْرَاءَ مُبَطَّنَةٍ) كُلُّ جَوْهَرَةٍ تُفْضِي إِلَى جَوْهَرَةٍ عَلَى غَيرِ لَوْنِ الأُخْرى، فِي كُلِّ جَوْهَرَةٍ سُرُرٌ وَأَزْوَاجٌ ووَصَائِفُ أَدْنَاهُنَّ حَوراءُ عَيْناءُ عَلَيْهَا سَبْعُونَ حُلَّةً يُرَى مُخُّ سَاقِهَا مِنْ وَرَاءِ حُلَلِهَا كَبِدُهَا مَرآتَهُ، وَكَبِدُه مِرآتُهَا إِذَا أَعْرَضَ عَنْهَا إِعْرَاضَةً اِزْدَادَتْ فِي عَيْنِهِ سَبْعِينَ ضِعْفاً (عَمَّا كَانَتْ قَبْلَ ذَلِكَ، وَإِذَا أَعْرَضَتْ عَنْهُ إِعْرَاضَهً ازْدَادَ فِي عَيْنِهَا سَبْعِينَ ضِعفاً عَمَّا كَانَتْ قَبلَ ذَلِكَ، فَيَقُولُ لَهَا: وَاللهِ لَقَدْ ازْدَدتِ فِي عَيْنِي سَبْعِينَ ضِعْفاً وَتَقُولُ لَهُ: وَأَنْتَ وَاللهِ لَقَدْ ازْدَدتَ فِي عَيْنِي سَبْعِينَ ضَعْفاً) فَيُقَالُ لَهُ: أَشْرِفْ، فَيُشْرِف، فَيُقَالُ لَهُ: مَلْكُكَ مَسِيرَةُ مِئَةِ عَامٍ يَنْفُذه بَصَرُكَ». قَالَ: فَقَالَ عُمَر: أَلاَ تَسْمَعُ مَا يُحَدِّثُنا ابْن أُمِّ عَبْدٍ يَا كَعْب! عَنْ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلاً، فَكَيْفَ أَعْلاَهُمْ؟ قَالَ: يَا أَمْيرَ الْمُؤمِنينَ! مَالاَ عَينٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ، إِنَّ اللهَ جَلَّ ذِكْرُهُ جَعَلَ دَاراً فَجَعَلَ فِيهَا مَا شَاءَ مِنَ الأَزْوَاجِ وَالثَمَرَاتِ وَالأَشْرِبَةِ، ثُمَّ أَطْبَقَهَا ثُمَّ لَمْ يَرَها أَحَدٌ مِنْ خَلْقِهِ لا جِبْرِيلُ وَلاَ غَيرَهُ مِنَ الْمَلاَئِكَةِ ثُمَّ قَرأَ كَعْب }فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ{ قَالَ: وَخَلَقَ دُونَ ذَلِكَ جَنَّتَيْنِ، وَزَيَّنَهُمَا بِمَا شَاءَ، وَأَرَاهُمَا مَنْ شَاءَ مِنْ خَلْقِهِ ثُمَّ قَالَ: فَمَنْ كَانَ كِتَابَهُ فِي عِلِّيِّين نَزَلَ تَلكَ الدَّارِ الَّتِي لَمْ يَرَهَا أَحَدٌ حَتَّى إِنَّ الرَّجُلَ مِنْ أَهْلِ عَلِّيِّين لَيَخْرُجُ فَيَسِيرُ فِي مُلْكِهِ، فَلاَ تَبْقَى خَيْمَةٌ مِنْ خِيَمِ الْجَنَّةِ إِلاَّ دَخَلَهَا مِنْ ضَوءِ وَجْهِهِ، فَيَسْتَبْشِرونَ بِريْحِهِ، فَيَقُولُونَ: وَاهاً لِهَذَا الرِّيحِ! هَذَا رَجُلٌ مِنْ أَهْلِ عَلِّيِّين قَدْ خَرَجَ يَسِيرُ فِي مُلْكِهِ، قَالَ: وَيْحَكَ يَا كَعْب! إِنَّ هَذِهِ الْقُلُوبَ قَدْ اسْتَرسَلَتْ فَاقْبِضْهَا، فَقَالَ كَعْب (وَالَّذِي نَفْسِي بِيَدِهِ) إِنَّ لَجَهَنَّمَ يَومَ الْقِيَامَةِ لَزَفْرَةً مَا مِنْ مَلَكٍ مُقَرَّبٍ، وَلاَ نَبِيٍّ مُرْسَلٍ، إِلاَّ خَرَّ لِركْبَتَيهِ حَتَّى إِنَّ إِبْرَاهِيمَ خَليلَ اللهِ لَيَقُولُ: رَبِّ نَفْسِي نَفْسِي حَتَّى لَوْ كَانَ لَكَ عَمَلُ سَبْعِينَ نَبِيًّا إِلَى عَمَلِكَ لَظَنَنْتَ أَنْ لاَ تَنْجُو.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah bəlli bir günün müəyyən edilmiş vaxtı (insanlardan) birinciləri və axırıncıları bir yerə toplayacaq. Onlar qırx il ayaq üstə gözləri (göyə baxaraq) bərəlmiş halda (aralarında) hökm verilməsini gözləyəcəklər. Allah ﷿ bulud kölgəsində Ərşdən Kürsüyə enəcək. Sonra bir carçı belə səslənəcək: “Ey insanlar! Məgər sizi yaradan, sizə ruzi verən, Ona ibadət edib heç bir şeyi şərik qoşmamağı və (bu gün) hər qəbiləyə dünyada (Allahdan başqalarını) dost tutub ibadət etdiyinin arxasınca getməyi əmr edən Rəbbinizdən razı deyilsinizmi?” Onlar: “Bəli”- deyə cavab verəcəklər. Allah buyuracaq: “Elə isə hər bir qövm dünyada (Allahdan başqa) dost tutub ibadət etdiyinin yanına getsin”. Bu zaman onların qarşısında (dünyada ikən Allahdan başqa) ibadət etdikləri şeylərin bənzəri peyda olacaq və onlar da bu bənzərlərə tərəf gedəcəklər. Onlardan kimisi günəşə, kimisi aya, kimisi daşdan düzəldilən bütlərə və ibadət etdikləri digər bu kimi şeylərin bənzərlərinə doğru gedəcəklər. İsaya ibadət edənlərin qarşısında İsanın şeytanı, Üzeyrə ibadət edənlərin qarşısında isə Üzeyrin şeytanı peyda olacaq. (Axırda) Muhəmməd ﷺ və onun ümməti qalacaq. Uca Rəbb onlara görünərək onların yanına gələcək və buyuracaq: “Nə üçün siz insanların (ibadət etdiklərinə doğru) getdikləri kimi getmirsiniz?” Onlar deyəcəklər: “Həqiqətən, bizim İlahımız var, lakin biz Onu indiyə kimi görməmişik”. Allah buyuracaq: “Siz Onu görsəniz tanıyarsınızmı?” Onlar deyəcəklər: “Bizimlə Onun arasında bir əlamət var. Biz bu əlaməti görsək tanıyarıq”. Allah buyuracaq: “O əlamət nədir?” Onlar deyəcəklər: “Allah baldırını açacaq!” Elə bu vaxt Allah baldırını açacaq və bu anda beli fəqərə-fəqərə olan hər kəs səcdəyə qapanacaq. Belləri öküzün buynuzları kimi olan bir qövm qalacaq, onlar səcdə etmək istəyəcəklər, lakin bunu bacarmayacaqlar. “Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular” (əl-Qaləm, 43). Sonra Allah buyuracaq: “Başınızı qaldırın!” Onlar da başlarını qaldıracaqlar və Allah onlara etdikləri (xeyir) əməlləri ölçüsündə nur verəcəkdir. Onlardan kimisinə önünə yayılan böyük dağ boyda nur veriləcək. Kimisinə bundan daha kiçik, kimisinə sağına yayılan xurma ağacı boyda, kimisinə bundan daha kiçik nur veriləcək. Onların ən axırıncısı isə ayağının baş barmağında gah yanan, gah da sönən nur verilən bir kişi olacaqdır. Onun ayağı nur saçanda irəliləyəcək (yeriyəcək), sönəndə isə duracaq. Onlar Cəhənnəmin yanına gətirilənədək Uca Rəbb onlardan öndə olacaq. (Uca Allahın) nuru qılıncın tiyəsi kimi sürüşkən olan bir iz qoyacaq. Allah buyuracaq: “Keçin!” Onların (keçmə) sürəti nurları qədər olacaq. Kimisi göz qırpımında, kimisi ildırım kimi, kimisi bulud kimi, kimisi düşən ulduz kimi, kimisi külək kimi, kimisi bərk qaçan at kimi, kimisi bərk qaçan kişi kimi keçəcək. Nəhayət, ayağının baş barmağına nur verilən kimsə üzü, iki əli və iki ayağı üstə sürünərək, bir əl yapışıb, digəri sürüşərək, bir ayaq tutub, digəri sürüşərək keçəcək. Od onun böyürlərini qarsıdacaq. O, (oddan) xilas olanadək bu vəziyyətdə olmağa davam edəcək. Xilas olduqdan sonra isə onun üzərində dayanaraq belə deyəcək: “Heç kəsə vermədiyi neməti mənə bəxş edən, odu gördükdən sonra məni ondan qurtaran Allaha həmd olsun!” Onu Cənnətin qapısının yanında olan bir çeşməyə gətirəcəklər. Orada yuyunduqdan sonra Cənnət əhlinin ətri və rəngi ona qayıdacaq və o, qapıdan Cənnətdəki nemətləri görüb deyəcək: “Ya Rəbb, məni Cənnətə daxil et!” Allah buyuracaq: “Səni oddan xilas etdiyim halda Cənnəti istəyirsən?” O deyəcək: “Ya Rəbb, mənimlə onun (odun) arasına elə bir pərdə çək ki, xışıltısını belə eşitməyim”. Beləliklə o, Cənnətə girəcək və onun qarşısında bir ev görünəcək. Gördükləri, sanki ona bir yuxu kimi gələcək və o deyəcək: “Ya Rəbb, o evi mənə ver!” Allah buyuracaq: “Ola bilsin ki, Mən sənə onu versəm, başqasını istəyəcəksən”. O deyəcək: “Xeyr, İzzətinə and olsun ki, başqasını istəməyəcəyəm. Hansı ev bundan daha gözəl ola bilər ki?!” Bu ev ona veriləcək və o, buraya yerləşəcək. O bu evin qabağında başqa bir ev görəcək. Gördükləri, sanki ona bir yuxu kimi gələcək və o deyəcək: “Ya Rəbb, o evi mənə ver!” Uca Allah buyuracaq: “Ola bilsin ki, Mən sənə onu versəm, başqasını istəyəcəksən”. O deyəcək: “Xeyr, İzzətinə and olsun ki, başqasını istəməyəcəyəm. Hansı ev bundan daha gözəl ola bilər ki?!” Bu ev ona veriləcək və o, buraya yerləşərək bir müddət sükut edəcək. Uca Allah buyuracaq: “Sənə nə olub ki, bir şey istəmirsən?” O deyəcək: “Ya Rəbb, Səndən çox şey istədiyim üçün artıq həya edirəm. (Sənə çox and içdiyim üçün həya edirəm). Uca Allah buyuracaq: “Sənə dünyanı yaradandan yox edənə qədər üzərində olan nemətlərin on qatını versəm razı qalmazsanmı?” O deyəcək: “Sən Qüdrət sahibi olan Rəbb ola-ola mənə istehza edirsən?” (Rəbb ﷿ onun bu sözlərinə güləcək)”. Hədisi Abdullah ibn Məsuddan rəvayət edən ravi dedi: “Abdullah ibn Məsudun hədisin bu yerinə çatdıqda güldüyünü gördüm. Bir kişi ona dedi: “Ey Əbu Abdur-Rahmən, mən sənin bu hədisi dəfələrlə danışdığını eşitmişəm və hər dəfə də bu yerə çatdıqda gülmüsən”. O dedi: “Həqiqətən, mən də Allah Elçisinin ﷺ bu hədisi dəfələrlə danışdığını eşitdim və o da hər dəfə hədisin bu yerinə çatdıqda elə gülərdi ki, hətta azı dişləri görünərdi. Uca Rəbb buyuracaq: “Xeyr, lakin Mən bunu etməyə qadirəm, (istə!)”. O deyəcək: “Məni insanlara qovuşdur“. Allah buyuracaq: “İnsanlara qovuş!” O da gedib Cənnətdə qaçmağa başlayacaq. İnsanlara yaxınlaşdıqda isə onun üçün mirvaridən qəsr yüksəldiləcək və o, (bunu gördükdə) səcdəyə qapanacaq. Ona belə deyiləcək: “Başını qaldır, sənə nə olub!” O deyəcək: “Rəbbimi gördüm “və ya Rəbbim mənə göründü”. Ona deyiləcək: “Bu, yalnız sənin evlərindən biridir”. Sonra o, bir kişi ilə rastlaşacaq və ona təzim etməyə hazırlaşacaq. Ona deyiləcək: “Sənə nə olub?” O deyəcək: “Görürəm, sən mələklərdən birisən”. O deyəcək: “Mən yalnız sənin xəzinədarlarından və kölələrindən biriyəm, mənim tabeçiliyimdə mənim kimi min keşikçi var”. Həmin kişi onun qabağında gedib qəsrin qapısını ona açacaq. Qəsr içiboş (oyuq) mirvaridən düzəlmişdir. Tavanları, qapıları, kilidləri və açarları isə üzü yaşıl, içi isə qırmızı cəvahirat olan mirvaridəndir. (Orada yetmiş qapı var. Hər bir qapı yaşıl içli cəvahiratdandır). Bu cəvahiratlardan hər biri digərində olmayan fərqli rənglərə çevrilir. Hər bir cəvahiratdan olan (qapının) içində taxtlar, zövcələr və gənc qızlar (hurilər) var. Qızlardan ən aşağı gözəlliyə malik olanının iri qara gözü və üzərində yetmiş cür gözəl libası olacaqdır. Zəriflikdən, paltarlarının altından ayaq sümüyünün iliyi görünəcək. Dəriləri o qədər incə və hamar olacaq ki, öz əkslərini güzgü kimi bir-birinin qarnında görəcəklər. Hər dəfə ayrıldıqdan sonra (yenidən görüşdükdə) bir-birinə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünəcəklər. O, zövcəsini görəndə: “Vallahi, sən mənə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünürsən”- deyəcək. (Zövcəsi də) ona deyəcək: “Sən də, vallahi, mənə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünürsən”. Ona deyiləcək: “Boylan!”- və o boylanacaq. Ona deyiləcək: “Sənin mülkün yüz il gedilən yol boyu gözünün əhatə etdiyi ərazi boydadır”. Ömər dedi: “Ey Kəb, məgər İbni Ummu Abdın bizə Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kəs barədə nə danışdığını eşitmirsən? Elə olduqda, gör indi onlardan ən üstün mərtəbəyə sahib olanı necə olacaq?!” O dedi: “Ey möminlərin əmiri! Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi nemətlər olacaq. Şübhəsiz ki, Uca Allah Axirət yurdunu yaradaraq orada istədiyi kimi qadınlar, meyvələr, içkilər yaratmış, sonra onu təbəqələrə bölmüşdür. Bundan sonra onu nə yaradılmışlardan kimsə, nə Cəbrail, nə də ondan başqa bir mələk görüb”. Sonra Kəb bu ayəni oxudu: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17) və dedi: “Bundan başqa Allah iki Cənnət yaratmış və istədiyi (nemətlərlə) onları bəzəmiş və onları yaratdıqlarından istədiyinə göstərmişdir. Kimin əməl dəftəri İlliyyunda yazılmışsa, heç kəsin görmədiyi həmin yurdda məskunlaşacaq. Hətta İlliyyun əhlindən olan kişi öz mülkündə gəzməyə çıxacaq və Cənnət çadırlarından elə bir çadır qalmayacaq ki, üzünün işığı ora saçmasın və onun ətrindən xoşlanmasınlar. Onlar deyəcəklər: “Bu necə xoş ətirdir! Bu, İlliyyun əhlindən olan bir kişidir. O, öz mülkündə gəzintiyə çıxmışdır”. Ömər təəccüblə dedi: “Vay olsun sənə, ey Kəb! Qəlblərimiz yerindən çıxıb qaçdı, onları tutub saxla!” Kəb dedi: “Nəfsim əlində olan Allaha and olsun ki, həqiqətən də, Qiyamət günü Cəhənnəmin bir gurultusu var. Allaha yaxın olan elə bir mələk və göndərilmiş elə bir peyğəmbər olmayacaq ki, (bu gurultunun qorxusundan) dizi üstə yerə düşməsin, hətta Allahın sevimlisi İbrahim belə deyəcək: “Ey Rəbb! Ah canım, ah canım!” Kəb Ömərə dedi: “Əgər sənin əməllərindən əlavə yetmiş peyğəmbərin əməlləri qədər əməlin olsaydı belə, yenə də xilas olmayacağını güman edərdin”.”

Abdullah ibn Məsud
SəhihFəzilətli əməllər, 1104 (Kitab 20, 95)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 9763. Hədis səhihdir. Bax: “Səhih ət-Tərğib vət-Tərhib” 3591, 3704.

Fəsil 38

Əbu Bəkr və Ömərin ﵄ Cənnətdəki üstünlüyü

عَنْ عَوْنِ بن أَبِي جُحَيْفَةَ، عَنْ أَبِيهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أبو بَكْرٍ وعمَرُ سَيِّدَا كُهُولِ أهْلِ الجنَّةِ مِنَ الأوَّلِينَ والآخِرِينَ إلاَّ النَّبِيِّينَ والمُرْسَلِينَ»

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömər peyğəmbərlər və elçilər istisna olmaqla əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlılar arasında ən hörmətli kimsələr olacaqlar”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihFəzilətli əməllər, 1104m (Kitab 20, 95m)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 257. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 824.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ: قَالَ رَسُولُ اللهِ - صلى الله عليه وسلم -: «أَبُو بَكْرٍ وَعُمَرُ مِنَ هَذَا الدِّينِ , كَمَنْزِلَةِ السَّمْعِ وَالْبَصَرِ مِنَ الْرَأسِ»

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömərin bu dindəki məqamı qulağın və gözün başdakı məqamı kimidir”.”

Cabir ibn Abdullah
HəsənFəzilətli əməllər, 1105 (Kitab 20, 96)

Qeyd

Əbu Nueym əl-Əsbəhani “Mərifətus-Səhabə” 2087; ət-Tabərani “Mucəmul-Kəbir” 644. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 815.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ أَهْلَ الدَّرَجَاتِ الْعُلى، يَرَاهُمْ مَنْ أَسْفَلَ مِنْهُمْ كَمَا يُرَى الْكَوْكَبُ الطَّالِعُ فِي الأُفُقِ مِنْ آفَاقِ السَّمَاءِ، وَإِنَّ أَبَا بَكْرٍ وَعُمَرَ مِنْهُمْ وَأَنْعَمَا».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Cənnətdə) üstün dərəcədə olanlar üfüqdə olan ulduz kimi görünəcəklər. Şübhəsiz ki, Əbu Bəkr və Ömər onlardan daha üstün dərəcədə olacaqlar“.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 1106 (Kitab 20, 97)

Qeyd

İbn Macə, 96. Hədis səhihdir. Bax: Ravdun-Nadir, 970.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِى سَبِيلِ اللَّهِ نُودِىَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللَّهِ، هَذَا خَيْرٌ. فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ دُعِىَ مِنْ بَابِ الصَّلاَةِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِىَ مِنْ بَابِ الْجِهَادِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِىَ مِنْ بَابِ الرَّيَّانِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِىَ مِنْ بَابِ الصَّدَقَةِ». فَقَالَ أَبُو بَكْرٍ بِأَبِى أَنْتَ وَأُمِّى يَا رَسُولَ اللَّهِ، مَا عَلَى مَنْ دُعِىَ مِنْ تِلْكَ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ، فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الأَبْوَابِ كُلِّهَا قَالَ: «نَعَمْ، وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim (malından) Allah yolunda iki şey xərcləsə, onu Cənnət qapılarının birindən çağırıb: “Ey Allahın qulu, bu daha xeyirlidir”– deyəcəklər. Namaz qılanlar namaz qapısından, cihad edənlər cihad qapısından, oruc tutanlar Rəyyan adlı qapıdan, sədəqə verənlər də sədəqə qapısından (Cənnətə) çağırılacaqlar”. (Bu vaxt) Əbu Bəkr dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı?” Peyğəmbər ﷺ dedi: “Bəli, mən ümid edirəm ki, sən onlardan olacaqsan”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1107 (Kitab 20, 98)

Qeyd

əl-Buxari, 1764, 1897.

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَرَضِهِ « ادْعِى لِى أَبَا بَكْرٍ وَأَخَاكِ حَتَّى أَكْتُبَ كِتَابًا فَإِنِّى أَخَافُ أَنْ يَتَمَنَّى مُتَمَنٍّ وَيَقُولَ قَائِلٌ أَنَا أَوْلَى. وَيَأْبَى اللَّهُ وَالْمُؤْمِنُونَ إِلاَّ أَبَا بَكْرٍ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi ərəfədə mənə belə buyurdu: “Atan Əbu Bəkri və qardaşını bir yazı yazmağım üçün yanıma çağır. Mən qorxuram ki, kimsə təmənna edərək “Mən xəlifə olmaq üçün daha üstünəm!”- desin, halbuki Allah və möminlər yalnız Əbu Bəkri xəlifə görmək istəyirlər”.”

Aişə
SəhihFəzilətli əməllər, 1108 (Kitab 20, 99)

Qeyd

Muslim, 4399, 6332.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ: خَطَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «إِنَّ اللَّهَ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ، فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ». فَبَكَى أَبُو بَكْرٍ رضى الله عنه، فَقُلْتُ فِى نَفْسِى مَا يُبْكِى هَذَا الشَّيْخَ إِنْ يَكُنِ اللَّهُ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ، فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْعَبْدَ، وَكَانَ أَبُو بَكْرٍ أَعْلَمَنَا، قَالَ: «يَا أَبَا بَكْرٍ لاَ تَبْكِ، إِنَّ أَمَنَّ النَّاسِ عَلَىَّ فِى صُحْبَتِهِ وَمَالِهِ أَبُو بَكْرٍ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِى لاَتَّخَذْتُ أَبَا بَكْرٍ، وَلَكِنْ أُخُوَّةُ الإِسْلاَمِ وَمَوَدَّتُهُ، لاَ يَبْقَيَنَّ فِى الْمَسْجِدِ بَابٌ إِلاَّ سُدَّ إِلاَّ بَابُ أَبِى بَكْرٍ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ öz xütbəsində belə buyurdu: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək imkanı verdi və (o qul) Allah yanında olanı seçdi”. Əbu Bəkr ﵁ (bu sözləri eşidəndə) ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan nemətlər arasında seçim etmək imkanı verib və o qul Allah yanında olanı seçibsə, onda bu şeyxi ağladan nədir?” Axırda bəlli oldu ki, bu qul Peyğəmbərin ﷺ özü imiş. Həqiqətən də, Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını xərcləməkdə mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimin arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Lakin İslamda qardaşlıq və sevgi bundan da yaxşıdır. Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar qapadılsın!””

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 1109 (Kitab 20, 100)

Qeyd

əl-Buxari, 446, 466; Muslim, 4395, 6327.

عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ: كُنْتُ جَالِسًا عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَقْبَلَ أَبُو بَكْرٍ آخِذًا بِطَرَفِ ثَوْبِهِ حَتَّى أَبْدَى عَنْ رُكْبَتِهِ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَمَّا صَاحِبُكُمْ فَقَدْ غَامَرَ». فَسَلَّمَ، وَقَالَ إِنِّى كَانَ بَيْنِى وَبَيْنَ ابْنِ الْخَطَّابِ شَىْءٌ فَأَسْرَعْتُ إِلَيْهِ ثُمَّ نَدِمْتُ، فَسَأَلْتُهُ أَنْ يَغْفِرَ لِى فَأَبَى عَلَىَّ، فَأَقْبَلْتُ إِلَيْكَ فَقَالَ: «يَغْفِرُ اللَّهُ لَكَ يَا أَبَا بَكْرٍ». ثَلاَثًا، ثُمَّ إِنَّ عُمَرَ نَدِمَ فَأَتَى مَنْزِلَ أَبِى بَكْرٍ فَسَأَلَ أَثَمَّ أَبُو بَكْرٍ فَقَالُوا لاَ. فَأَتَى إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَسَلَّمَ فَجَعَلَ وَجْهُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَمَعَّرُ حَتَّى أَشْفَقَ أَبُو بَكْرٍ، فَجَثَا عَلَى رُكْبَتَيْهِ فَقَالَ يَا رَسُولَ اللَّهِ، وَاللَّهِ أَنَا كُنْتُ أَظْلَمَ مَرَّتَيْنِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ بَعَثَنِى إِلَيْكُمْ فَقُلْتُمْ كَذَبْتَ. وَقَالَ أَبُو بَكْرٍ صَدَقَ. وَوَاسَانِى بِنَفْسِهِ وَمَالِهِ، فَهَلْ أَنْتُمْ تَارِكُو لِى صَاحِبِى». مَرَّتَيْنِ فَمَا أُوذِىَ بَعْدَهَا.

“Rəvayət edilir ki, Əbu Dərda ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanında oturmuşdum. Bu vaxt Əbu Bəkr paltarının ətəyini dizindən yuxarı qaldırmış halda Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ dedi: “Dostunuza gəlincə, o, (kiminləsə) mübahisə edib.” (Əbu Bəkr) salam verdi və dedi: “Mənimlə İbn əl-Xattabın arasına mübahisə düşdü və mən onunla kobud danışdım. Sonra peşman oldum və ondan üzr dilədim, lakin o, məni bağışlamadı. Odur ki, sənin yanına gəldim. Peyğəmbər ﷺ üç dəfə dedi: “Allah səni bağışlasın, ey Əbu Bəkr!” Sonra Ömər (öz hərəkətindən) peşman oldu və Əbu Bəkrin evinə gəlib: “Əbu Bəkr evdədirmi?”– deyə soruşdu. Ona: “Xeyr!”– dedilər. Sonra o, Peyğəmbərin ﷺ yanına gəlib salam verdi. Əbu Bəkr Peyğəmbərin ﷺ üzündə narazılıq hissini görəndə Ömərə yazığı gəldi və diz çöküb iki dəfə dedi: “Ey Allahın Elçisi, mən daha çox haqsızlıq etmişəm!” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah məni peyğəmbər göndərdi. Siz: “Sən yalan danışırsan”– dediniz. Əbu Bəkr isə: “O doğru danışır!”– dedi, üstəlik canı və malı ilə məni dəstəklədi. Siz mənim dostumun (xətrinə dəyməyə) son qoymayacaqsınızmı?!” (O bunu) iki dəfə təkrar etdi. (Bu hadisədən) sonra onun xətrinə dəyən olmadı”.”

Əbu Dərda
SəhihFəzilətli əməllər, 1110 (Kitab 20, 101)

Qeyd

əl-Buxari, 3661, 4640.

عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ: أَتَتِ امْرَأَةٌ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَهَا أَنْ تَرْجِعَ إِلَيْهِ. قَالَتْ أَرَأَيْتَ إِنْ جِئْتُ وَلَمْ أَجِدْكَ كَأَنَّهَا تَقُولُ الْمَوْتَ. قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنْ لَمْ تَجِدِينِى فَأْتِى أَبَا بَكْرٍ».

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Bir dəfə bir qadın Peyğəmbərin ﷺ yanına gəldi və o, qadına bir müddətdən sonra gəlməyi buyurdu. Qadın dedi: “Bəs gəlib səni tapmasam necə olsun?” Sanki o, Peyğəmbərin ﷺ vəfat edəcəyini qəsd edirdi. Peyğəmbər ﷺ buyurdu: “Məni tapmasan, Əbu Bəkrin yanına gedərsən!””

Cubeyr ibn Mutim
SəhihFəzilətli əməllər, 1111 (Kitab 20, 102)

Qeyd

əl-Buxari, 3386, 3659.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَعِدَ أُحُدًا وَأَبُو بَكْرٍ وَعُمَرُ وَعُثْمَانُ فَرَجَفَ بِهِمْ فَقَالَ: «اثْبُتْ أُحُدُ فَإِنَّمَا عَلَيْكَ نَبِىٌّ وَصِدِّيقٌ وَشَهِيدَانِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ, Əbu Bəkr, Ömər və Osman Uhud dağına qalxdılar və dağ silkələndi. Onda Peyğəmbər ﷺ buyurdu: “Sakit dur, ey Uhud! Həqiqətən, sənin üstündə bir peyğəmbər, bir siddiq və iki şəhid var”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 1112 (Kitab 20, 103)

Qeyd

əl-Buxari, 3399, 3675.

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَبُو بَكْرٍ فِى الْجَنَّةِ وَعُمَرُ فِى الْجَنَّةِ وَعُثْمَانُ فِى الْجَنَّةِ وَعَلِىٌّ فِى الْجَنَّةِ وَطَلْحَةُ فِى الْجَنَّةِ وَالزُّبَيْرُ فِى الْجَنَّةِ وَعَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ فِى الْجَنَّةِ وَسَعْدٌ فِى الْجَنَّةِ وَسَعِيدٌ فِى الْجَنَّةِ وَأَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ فِى الْجَنَّةِ».

“Abdur-Rahmən ibn Auf ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr cənnətlikdir; Ömər cənnətlikdir; Osman cənnətlikdir; Əli cənnətlikdir; Talhə cənnətlikdir; Zubeyr cənnətlikdir; Abdurrəhman ibn Auf cənnətlikdir; Səd ibn Əbu Vəqqas cənnətlikdir; Səid ibn Zeyd cənnətlikdir; Əbu Ubeydə ibnul-Cərrah cənnətlikdir”.”

Abdur-Rahmən ibn Auf
SəhihFəzilətli əməllər, 1113 (Kitab 20, 104)

Qeyd

ət-Tirmizi, 3747, 4112; İbn Macə, 133; Əhməd, 1629; 1675; İbn Hibban, 7002; əl-Bəzzər, 1020. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 50.

Fəsil 39

Cənnətin ən üstün qadınları

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ خَطَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْأَرْضِ أَرْبَعَةَ خُطُوطٍ قَالَ أَتَدْرُونَ مَا هَذَا قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَفْضَلُ نِسَاءِ أَهْلِ الْجَنَّةِ خَدِيجَةُ بِنْتُ خُوَيْلِدٍ وَفَاطِمَةُ بِنْتُ مُحَمَّدٍ وَمَرْيَمُ بِنْتُ عِمْرَانَ وَآسِيَةُ بِنْتُ مُزَاحِمٍ امْرَأَةُ فِرْعَوْنَ

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Səhabələr dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir”. Allah Elçisi ﷺ buyurdu: “Cənnət qadınlarının ən fəzilətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Muzahimin qızı – Fironun zövcəsi Asiyadır”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 1114 (Kitab 20, 105)

Qeyd

Əhməd, 2751, 2903. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1508.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ: أَتَى جِبْرِيلُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ هَذِهِ خَدِيجَةُ قَدْ أَتَتْ مَعَهَا إِنَاءٌ فِيهِ إِدَامٌ أَوْ طَعَامٌ أَوْ شَرَابٌ، فَإِذَا هِىَ أَتَتْكَ فَاقْرَأْ عَلَيْهَا السَّلاَمَ مِنْ رَبِّهَا وَمِنِّى، وَبَشِّرْهَا بِبَيْتٍ فِى الْجَنَّةِ مِنْ قَصَبٍ، لاَ صَخَبَ فِيهِ وَلاَ نَصَبَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Cəbrail Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın elçisi, Xədicə əlində bir qab xörək şirəsi, (və ya yemək, yaxud içməyə bir şey) bura gəlir. Sənin yanına gəlib çatanda ona Rəbbindən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mirvaridən (hazırlanmış), içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 1115 (Kitab 20, 106)

Qeyd

əl-Buxari, 3536, 3820.

حَدَّثَتْنَا عَائِشَةُ ، رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ فَاطِمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : فَتَكَلَّمْتُ أَنَا فَقَالَ : أَمَا تَرْضَيْنَ أَنْ تَكُونِي زَوْجَتِي فِي الدُّنْيَا وَالآخِرَةِ ؟ قُلْتُ : بَلَى وَاللَّهِ ، قَالَ : فَأَنْتِ زَوْجَتِي فِي الدُّنْيَا وَالآخِرَةِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Fatimə ﵂ haqda danışdıqda Aişə dedi: “Bəs mənim haqqımda nə deyirsən?” Allah Elçisi ﷺ dedi: “Səni bu dünyada və Axirətdə zövcəm olmağın məmnun edərmi?” Mən dedim: “Bəli, Vallahi!” O dedi: “Sən mənim həm bu dünyada, həm də Axirətdə zövcəmsən”.”

Aişə
SəhihFəzilətli əməllər, 1116 (Kitab 20, 107)

Qeyd

əl-Hakim, 6729. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1142.

Fəsil 40

Cənnətin ən hörmətli cavanları

عَنِ ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: الْحَسَنُ وَالْحُسَيْنُ سَيِّدَا شَبَابِ أَهْلِ الْجَنَّةِ، وَأَبُوهُمَا خَيْرٌ مِنْهُمَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həsən və Hüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları isə onlardan da xeyirlidir”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 1117 (Kitab 20, 108)

Qeyd

əl-Hakim, 4779, 4780. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 796.