Fəzilətlər

Nemətlərə itaət etməklə nail olmaq olar

عَنْ حُذَيْفَةَ قَالَ: قَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا النَّاسَ، فَقَالَ: هَلُمُّوا إِلَيَّ، فَأَقْبَلُوا إِلَيْهِ فَجَلَسُوا فَقَالَ: هَذَا رَسُولُ رَبِّ الْعَالَمِينَ جِبْرِيلُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَفَثَ فِي رَوْعِي أَنَّهُ لاَ تَمُوتُ نَفْسٌ حَتَّى تَسْتَكْمِلَ رِزْقَهَا، وَإِنْ أَبْطَأَ عَلَيْهَا، فَاتَّقُوا اللَّهَ وَأَجْمِلُوا فِي الطَّلَبِ، وَلاَ يَحْمِلَنَّكُمُ اسْتِبْطَاءُ الرِّزْقِ أَنْ تَأْخُذُوهُ بِمَعْصِيَةِ اللهِ فَإِنَّ اللَّهَ لاَ يُنَالُ مَا عِنْدَهُ إِلاَّ بِطَاعَتِهِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ ayağa qalxaraq insanları çağırıb dedi: “Mənə tərəf gəlin!” Onlar Peyğəmbərə ﷺ yaxınlaşıb oturdular. O buyurdu: “Bu, aləmlərin Rəbbinin elçisi Cəbraildir ﷺ, mənə vəhy etdi ki, geciksə belə, heç kəs ruzisi tamamlanmamış ölməz. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi sizi onu Allaha asiliklə əldə etməyə vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar“.”

Huzeyfə
Səhih

Qeyd

əl-Bəzzər, 2914. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1702.

İstinad

Fəzilətli əməllər, 1036 (Kitab 20, 27)

Fəzilətli əməllər — Fəzilətlər