Möminin qəlbi necə olmalıdır?
عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قِيلَ لِرَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ النَّاسِ أَفْضَلُ؟ قَالَ: «كُلُّ مَخْمُومِ الْقَلْبِ، صَدُوقِ اللِّسَانِ». قَالُوا: صَدُوقُ اللِّسَانِ نَعْرِفهُ فَمَا مَخْمُومُ الْقَلْبِ؟ قَالَ: «هُوَ: التَّقِيُّ النَّقِيُّ، لاَ إِثْمَ فِيهِ وَلاَ بَغْيَ وَلاَ غِلَّ وَلاَ حَسَدَ».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Hansı insanlar ən fəzilətlidir?” O buyurdu: “Məxmum qəlbli və düz danışan mömin”. Səhabələr dedilər: “Düz danışanı bilirik, bəs “məxmum qəlbli” nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allahdan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə kin-küdurət, nə də həsəd olmayan qəlbdir”.”
Qeyd
İbn Macə, 4216, 4356. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 948.
İstinad
Fəzilətli əməllər, 1050 (Kitab 20, 41)
Fəzilətli əməllər — Fəzilətlər