Bir gün ərzində cəm olan xislətlər
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَصْبَحَ الْيَوْمَ مِنْكُمْ صَائِمًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ عَادَ مِنْكُمُ الْيَوْمَ مَرِيضًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ شَهِدَ مِنْكُمُ الْيَوْمَ جَنَازَةً؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ أَطْعَمَ الْيَوْمَ مِسْكِينًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا. قَالَ مَرْوَانُ: بَلَغَنِي أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا اجْتَمَعَ هَذِهِ الْخِصَالُ فِي رَجُلٍ فِي يَوْمٍ، إِلاَّ دَخَلَ الْجَنَّةَ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ səhabələrindən soruşdu: “Sizdən kim bu gün oruc tutub?” Əbu Bəkr dedi: “Mən”. Allah Elçisi ﷺ yenə soruşdu: “Sizdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Sizdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr dedi: “Mən”. Mərvan deyir: “Mənə xəbər vermişlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kimdə bir gün ərzində bu xislətlər cəm olarsa, o, Cənnətə daxil olar”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 515. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 88.
İstinad
Fəzilətli əməllər, 1049 (Kitab 20, 40)
Fəzilətli əməllər — Fəzilətlər