Fəzilətlər

İnsanları İslama dəvət et!

عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ يَوْمَ خَيْبَرَ: «لأُعْطِيَنَّ الرَّايَةَ رَجُلاً يَفْتَحُ اللَّهُ عَلَى يَدَيْهِ». فَقَامُوا يَرْجُونَ لِذَلِكَ أَيُّهُمْ يُعْطَى، فَغَدَوْا وَكُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَى فَقَالَ: «أَيْنَ عَلِىٌّ؟» فَقِيلَ يَشْتَكِى عَيْنَيْهِ، فَأَمَرَ فَدُعِىَ لَهُ، فَبَصَقَ فِى عَيْنَيْهِ، فَبَرَأَ مَكَانَهُ حَتَّى كَأَنَّهُ لَمْ يَكُنْ بِهِ شَىْءٌ فَقَالَ نُقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا. فَقَالَ: «عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلاَمِ، وَأَخْبِرْهُمْ بِمَا يَجِبُ عَلَيْهِمْ، فَوَاللَّهِ لأَنْ يُهْدَى بِكَ رَجُلٌ وَاحِدٌ خَيْرٌ لَكَ مِنْ حُمْرِ النَّعَمِ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ Peyğəmbərin ﷺ Xeybər döyüşündə belə dediyini eşitmişdir: “Mən bu bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə (müsəlmanlara) qələbə bəxş edəcək”. Əshabdan hər biri bayrağın ona veriləcəyinə ümid edərək qalxıb getdi. Səhəri gün Peyğəmbərin ﷺ yanına gəldikdə onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edirdi. Amma Peyğəmbər ﷺ: “Əli haradadır?”– deyə soruşdu. Ona dedilər ki, Əlinin gözləri ağrıyır. Onda Peyğəmbər ﷺ onun çağırılmasını əmr etdi. Peyğəmbər ﷺ Əlinin gözlərinə yüngülcə tüpürdü və onun gözləri sağaldı, elə bil heç ağrımırdı. Sonra Əli dedi: “(Xeybərlilər) bizim kimi (müsəlman) olanadək onlarla vuruşacağıq”. Peyğəmbər ﷺ buyurdu: “Onların yurduna gedib çatanadək tələsmə, sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar”.”

Səhl ibn Səd
Səhih

Qeyd

əl-Buxari, 2942, 4210; Muslim, 2406, 4423, 6376.

İstinad

Fəzilətli əməllər, 1054 (Kitab 20, 45)

Fəzilətli əməllər — Fəzilətlər