Cənnətin ən üstün qadınları
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ خَطَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْأَرْضِ أَرْبَعَةَ خُطُوطٍ قَالَ أَتَدْرُونَ مَا هَذَا قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَفْضَلُ نِسَاءِ أَهْلِ الْجَنَّةِ خَدِيجَةُ بِنْتُ خُوَيْلِدٍ وَفَاطِمَةُ بِنْتُ مُحَمَّدٍ وَمَرْيَمُ بِنْتُ عِمْرَانَ وَآسِيَةُ بِنْتُ مُزَاحِمٍ امْرَأَةُ فِرْعَوْنَ
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Səhabələr dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir”. Allah Elçisi ﷺ buyurdu: “Cənnət qadınlarının ən fəzilətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Muzahimin qızı – Fironun zövcəsi Asiyadır”.”
Qeyd
Əhməd, 2751, 2903. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1508.
İstinad
Fəzilətli əməllər, 1114 (Kitab 20, 105)
Fəzilətli əməllər — Fəzilətlər