Fəzilətlər

Cənnətin ən üstün qadınları

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ: أَتَى جِبْرِيلُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ هَذِهِ خَدِيجَةُ قَدْ أَتَتْ مَعَهَا إِنَاءٌ فِيهِ إِدَامٌ أَوْ طَعَامٌ أَوْ شَرَابٌ، فَإِذَا هِىَ أَتَتْكَ فَاقْرَأْ عَلَيْهَا السَّلاَمَ مِنْ رَبِّهَا وَمِنِّى، وَبَشِّرْهَا بِبَيْتٍ فِى الْجَنَّةِ مِنْ قَصَبٍ، لاَ صَخَبَ فِيهِ وَلاَ نَصَبَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Cəbrail Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın elçisi, Xədicə əlində bir qab xörək şirəsi, (və ya yemək, yaxud içməyə bir şey) bura gəlir. Sənin yanına gəlib çatanda ona Rəbbindən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mirvaridən (hazırlanmış), içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!””

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 3536, 3820.

İstinad

Fəzilətli əməllər, 1115 (Kitab 20, 106)

Fəzilətli əməllər — Fəzilətlər