Fəzilətlər

Cənnətin ən üstün qadınları

حَدَّثَتْنَا عَائِشَةُ ، رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ فَاطِمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : فَتَكَلَّمْتُ أَنَا فَقَالَ : أَمَا تَرْضَيْنَ أَنْ تَكُونِي زَوْجَتِي فِي الدُّنْيَا وَالآخِرَةِ ؟ قُلْتُ : بَلَى وَاللَّهِ ، قَالَ : فَأَنْتِ زَوْجَتِي فِي الدُّنْيَا وَالآخِرَةِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Fatimə ﵂ haqda danışdıqda Aişə dedi: “Bəs mənim haqqımda nə deyirsən?” Allah Elçisi ﷺ dedi: “Səni bu dünyada və Axirətdə zövcəm olmağın məmnun edərmi?” Mən dedim: “Bəli, Vallahi!” O dedi: “Sən mənim həm bu dünyada, həm də Axirətdə zövcəmsən”.”

Aişə
Səhih

Qeyd

əl-Hakim, 6729. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1142.

İstinad

Fəzilətli əməllər, 1116 (Kitab 20, 107)

Fəzilətli əməllər — Fəzilətlər