Fəzilətlər

Adəm oğlundan olan əməlisalehlərin fəziləti

قد روينا عن عبد الله عن عمر وابن عمر أيضا موقوفا ومرفوعا: أن الله تعالى لما خلق الجنة قَالَتِ الْمَلاَئِكَةُ: يَا رَبَّنَا اجعل لنا هذه فإنك خلقت لبني آدَمَ الدُّنْيَا يَأْكُلُونَ فيها ويشربون فقال الله تعالى: وَعِزَّتِي وَجَلَالِي لاَ أَجْعَلُ صَالِحَ ذُرِّيَّةِ مَنْ خَلَقْتُ بِيَدَيَّ كَمَنْ قُلْتُ لَهُ : كُنْ فَكَانَ.

“Abdullah ibn Amr və Abdullah ibn Ömər ﵃ mövquf və mərfu sənədlə rəvayət edərək demişlər: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm övladı üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.”

Abdullah ibn Amr və İbn Ömər
Səhih

Qeyd

əd-Dərimi “Radd alə Bişrul-Mərrisi” 1/256. Əsər mövqufdur.

İstinad

Fəzilətli əməllər, 1026 (Kitab 20, 17)

Fəzilətli əməllər — Fəzilətlər