Allahın öhdəsində olanlar
عَنْ مُعَاذِ بن جَبَلٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: خَمْسٌ مَنْ فَعَلَ وَاحِدَةً مِنْهُنَّ كَانَ ضَامِنًا عَلَى اللَّهِ: مَنْ عَادَ مَرِيضًا، )أَوْ خَرَجَ مَعَ جَنَازَةٍ (أَوْ خَرَجَ غَازِيًا، أَوْ دَخَلَ عَلَى إِمَامِهِ يُرِيدُ تَعْزِيزَهُ وَتَوْقِيرَهُ، أَوْ قَعَدَ فِي بَيْتِهِ فَسَلِمَ النَّاسُ مِنْهُ وَسَلِمَ مِنَ النَّاسِ.
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş əməl var ki, kim onlardan birini yerinə yetirsə, Allahın öhdəsində olar; xəstəni ziyarət edən (və ya cənazəni müşayiət edən) və ya (Allah yolunda) döyüşə çıxan və ya rəhbərin qəbuluna ona nəsihət etmək və ona hörmət göstərmək üçün daxil olan və ya insanlar ondan, o da insanlardan salamat olması üçün evində oturan”.”
Qeyd
İbn Hibban, 373. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 1021.
İstinad
Fəzilətli əməllər, 1062 (Kitab 20, 53)
Fəzilətli əməllər — Fəzilətlər