Fəzilətlər

Allahın öhdəsində olanlar

عَنْ أَبِي أُمَامَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«ثَلاثَةٌ كُلُّهُمْ ضَامِنٌ عَلَى اللهِ إِنْ عَاشَ رُزِقَ وَكُفِي، وَإِنْ مَاتَ أَدْخَلَهُ اللهُ الْجَنَّة، مَنْ دَخَلَ بَيْتَهُ فَسَلَّمَ فَهُوَ ضَامِنٌ عَلَى اللهِ، وَمَنْ خَرَجَ إِلَى الْمَسْجِدِ فَهُوَ ضَامِنٌ عَلَى اللهِ، وَمَنْ خَرَجَ فِي سَبِيلِ اللهِ فَهُوَ ضَامِنٍ عَلَى اللهِ».

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Üç kimsə var ki, yaşadığı müddətdə ruzilənmək və qorunmaqla, öldükdə isə Cənnətə daxil olmaqla Allahın öhdəsində olar; salam verərək evinə daxil olan Allahın öhdəsində olar, məscidə gedən Allahın öhdəsində olar, Allah yolunda döyüşən Allahın öhdəsində olar”.”

Əbu Umamə
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1094; Əbu Davud, 2494; İbn Hibban, 499. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 727.

İstinad

Fəzilətli əməllər, 1063 (Kitab 20, 54)

Fəzilətli əməllər — Fəzilətlər