Fəzilətlər

Allahın öhdəsində olanlar

عن عبد الله بن عمر عن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال ست مجالس المؤمن ضامن على الله تعالى ما كان في شيء منها في مسجد جماعة وعند مريض أو في جنازة أو في بيته أو عند إمام مقسط يعزره ويوقره أو في مشهد جهاد

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Möminin altı məclisi var ki, o, bunlardan hər hansı birində olarsa, Uca Allahın öhdəsində olar; camaatla məsciddə, xəstə yanında, cənazədə və ya evində olmaq, ədalətli rəhbərə nəsihət etmək və ona hörmətini göstərmək üçün qəbulunda olmaq və ya cihadda olmaq”.”

Abdullah ibn Ömər
Həsən

Qeyd

əs-Suyuti “Cəmiul-Əhədis” 13026. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 328.

İstinad

Fəzilətli əməllər, 1064 (Kitab 20, 55)

Fəzilətli əməllər — Fəzilətlər