Əbu Bəkr və Ömərin ﵄ Cənnətdəki üstünlüyü
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ: خَطَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «إِنَّ اللَّهَ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ، فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ». فَبَكَى أَبُو بَكْرٍ رضى الله عنه، فَقُلْتُ فِى نَفْسِى مَا يُبْكِى هَذَا الشَّيْخَ إِنْ يَكُنِ اللَّهُ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ، فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْعَبْدَ، وَكَانَ أَبُو بَكْرٍ أَعْلَمَنَا، قَالَ: «يَا أَبَا بَكْرٍ لاَ تَبْكِ، إِنَّ أَمَنَّ النَّاسِ عَلَىَّ فِى صُحْبَتِهِ وَمَالِهِ أَبُو بَكْرٍ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِى لاَتَّخَذْتُ أَبَا بَكْرٍ، وَلَكِنْ أُخُوَّةُ الإِسْلاَمِ وَمَوَدَّتُهُ، لاَ يَبْقَيَنَّ فِى الْمَسْجِدِ بَابٌ إِلاَّ سُدَّ إِلاَّ بَابُ أَبِى بَكْرٍ».
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ öz xütbəsində belə buyurdu: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək imkanı verdi və (o qul) Allah yanında olanı seçdi”. Əbu Bəkr ﵁ (bu sözləri eşidəndə) ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan nemətlər arasında seçim etmək imkanı verib və o qul Allah yanında olanı seçibsə, onda bu şeyxi ağladan nədir?” Axırda bəlli oldu ki, bu qul Peyğəmbərin ﷺ özü imiş. Həqiqətən də, Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını xərcləməkdə mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimin arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Lakin İslamda qardaşlıq və sevgi bundan da yaxşıdır. Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar qapadılsın!””
Qeyd
əl-Buxari, 446, 466; Muslim, 4395, 6327.
İstinad
Fəzilətli əməllər, 1109 (Kitab 20, 100)
Fəzilətli əməllər — Fəzilətlər