Əbu Bəkr və Ömərin ﵄ Cənnətdəki üstünlüyü
عَنْ أَبِى الدَّرْدَاءِ قَالَ: كُنْتُ جَالِسًا عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَقْبَلَ أَبُو بَكْرٍ آخِذًا بِطَرَفِ ثَوْبِهِ حَتَّى أَبْدَى عَنْ رُكْبَتِهِ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَمَّا صَاحِبُكُمْ فَقَدْ غَامَرَ». فَسَلَّمَ، وَقَالَ إِنِّى كَانَ بَيْنِى وَبَيْنَ ابْنِ الْخَطَّابِ شَىْءٌ فَأَسْرَعْتُ إِلَيْهِ ثُمَّ نَدِمْتُ، فَسَأَلْتُهُ أَنْ يَغْفِرَ لِى فَأَبَى عَلَىَّ، فَأَقْبَلْتُ إِلَيْكَ فَقَالَ: «يَغْفِرُ اللَّهُ لَكَ يَا أَبَا بَكْرٍ». ثَلاَثًا، ثُمَّ إِنَّ عُمَرَ نَدِمَ فَأَتَى مَنْزِلَ أَبِى بَكْرٍ فَسَأَلَ أَثَمَّ أَبُو بَكْرٍ فَقَالُوا لاَ. فَأَتَى إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَسَلَّمَ فَجَعَلَ وَجْهُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَمَعَّرُ حَتَّى أَشْفَقَ أَبُو بَكْرٍ، فَجَثَا عَلَى رُكْبَتَيْهِ فَقَالَ يَا رَسُولَ اللَّهِ، وَاللَّهِ أَنَا كُنْتُ أَظْلَمَ مَرَّتَيْنِ. فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ بَعَثَنِى إِلَيْكُمْ فَقُلْتُمْ كَذَبْتَ. وَقَالَ أَبُو بَكْرٍ صَدَقَ. وَوَاسَانِى بِنَفْسِهِ وَمَالِهِ، فَهَلْ أَنْتُمْ تَارِكُو لِى صَاحِبِى». مَرَّتَيْنِ فَمَا أُوذِىَ بَعْدَهَا.
“Rəvayət edilir ki, Əbu Dərda ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanında oturmuşdum. Bu vaxt Əbu Bəkr paltarının ətəyini dizindən yuxarı qaldırmış halda Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ dedi: “Dostunuza gəlincə, o, (kiminləsə) mübahisə edib.” (Əbu Bəkr) salam verdi və dedi: “Mənimlə İbn əl-Xattabın arasına mübahisə düşdü və mən onunla kobud danışdım. Sonra peşman oldum və ondan üzr dilədim, lakin o, məni bağışlamadı. Odur ki, sənin yanına gəldim. Peyğəmbər ﷺ üç dəfə dedi: “Allah səni bağışlasın, ey Əbu Bəkr!” Sonra Ömər (öz hərəkətindən) peşman oldu və Əbu Bəkrin evinə gəlib: “Əbu Bəkr evdədirmi?”– deyə soruşdu. Ona: “Xeyr!”– dedilər. Sonra o, Peyğəmbərin ﷺ yanına gəlib salam verdi. Əbu Bəkr Peyğəmbərin ﷺ üzündə narazılıq hissini görəndə Ömərə yazığı gəldi və diz çöküb iki dəfə dedi: “Ey Allahın Elçisi, mən daha çox haqsızlıq etmişəm!” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah məni peyğəmbər göndərdi. Siz: “Sən yalan danışırsan”– dediniz. Əbu Bəkr isə: “O doğru danışır!”– dedi, üstəlik canı və malı ilə məni dəstəklədi. Siz mənim dostumun (xətrinə dəyməyə) son qoymayacaqsınızmı?!” (O bunu) iki dəfə təkrar etdi. (Bu hadisədən) sonra onun xətrinə dəyən olmadı”.”
Qeyd
əl-Buxari, 3661, 4640.
İstinad
Fəzilətli əməllər, 1110 (Kitab 20, 101)
Fəzilətli əməllər — Fəzilətlər