Əbu Bəkr və Ömərin ﵄ Cənnətdəki üstünlüyü
عَنْ عَائِشَةَ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَرَضِهِ « ادْعِى لِى أَبَا بَكْرٍ وَأَخَاكِ حَتَّى أَكْتُبَ كِتَابًا فَإِنِّى أَخَافُ أَنْ يَتَمَنَّى مُتَمَنٍّ وَيَقُولَ قَائِلٌ أَنَا أَوْلَى. وَيَأْبَى اللَّهُ وَالْمُؤْمِنُونَ إِلاَّ أَبَا بَكْرٍ ».
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi ərəfədə mənə belə buyurdu: “Atan Əbu Bəkri və qardaşını bir yazı yazmağım üçün yanıma çağır. Mən qorxuram ki, kimsə təmənna edərək “Mən xəlifə olmaq üçün daha üstünəm!”- desin, halbuki Allah və möminlər yalnız Əbu Bəkri xəlifə görmək istəyirlər”.”
Qeyd
Muslim, 4399, 6332.
İstinad
Fəzilətli əməllər, 1108 (Kitab 20, 99)
Fəzilətli əməllər — Fəzilətlər