Fəzilətlər

Əbu Bəkr və Ömərin ﵄ Cənnətdəki üstünlüyü

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِى سَبِيلِ اللَّهِ نُودِىَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللَّهِ، هَذَا خَيْرٌ. فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ دُعِىَ مِنْ بَابِ الصَّلاَةِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِىَ مِنْ بَابِ الْجِهَادِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِىَ مِنْ بَابِ الرَّيَّانِ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِىَ مِنْ بَابِ الصَّدَقَةِ». فَقَالَ أَبُو بَكْرٍ بِأَبِى أَنْتَ وَأُمِّى يَا رَسُولَ اللَّهِ، مَا عَلَى مَنْ دُعِىَ مِنْ تِلْكَ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ، فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الأَبْوَابِ كُلِّهَا قَالَ: «نَعَمْ، وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim (malından) Allah yolunda iki şey xərcləsə, onu Cənnət qapılarının birindən çağırıb: “Ey Allahın qulu, bu daha xeyirlidir”– deyəcəklər. Namaz qılanlar namaz qapısından, cihad edənlər cihad qapısından, oruc tutanlar Rəyyan adlı qapıdan, sədəqə verənlər də sədəqə qapısından (Cənnətə) çağırılacaqlar”. (Bu vaxt) Əbu Bəkr dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı?” Peyğəmbər ﷺ dedi: “Bəli, mən ümid edirəm ki, sən onlardan olacaqsan”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 1764, 1897.

İstinad

Fəzilətli əməllər, 1107 (Kitab 20, 98)

Fəzilətli əməllər — Fəzilətlər