Fəzilətlər

Qohumlarla əlaqələri birləşdirən

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّ لِي قَرَابَةً أَصِلُهُمْ وَيَقْطَعُونَ، وَأُحْسِنُ إِلَيْهِمْ وَيُسِيئُونَ، وَيَجْهَلُونَ عَلَيَّ وَأَحْلُمُ عَنْهُمْ، قَالَ: لَئِنْ كَانَ كَمَا تَقُولُ كَأَنَّمَا تُسِفُّهُمُ الْمَلَّ، وَلاَ يَزَالُ مَعَكَ مِنَ اللَّهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim qohumlarım var. Mən onlarla əlaqə saxlayıram, onlar isə (mənimlə) əlaqəni kəsirlər, mən onlara yaxşılıq edirəm, onlar isə (mənə) pislik edirlər, onlar mənimlə kobud rəftar edirlər, mən isə onlarla mülayim danışıram”. Peyğəmbər ﷺ dedi: “Əgər dediyin kimidirsə, onda, sanki sən onlara isti kül yedirdirsən. Bu rəftarın davam etdikcə, sənin yanında onlara qarşı Allah tərəfindən bir köməkçi olar”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 52. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4924.

İstinad

Fəzilətli əməllər, 1039 (Kitab 20, 30)

Fəzilətli əməllər — Fəzilətlər