Uzunömürlü müsəlmanın fəziləti
عَنْ عُبَيدِ بْنِ خَالِدٍ السُّلَمي قَالَ: آخَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَينَ رَجُلَينِ فَقُتِلَ أَحَدهُمَا، وَمَاتَ الآخَر بَعْدَهُ بِجُمُعَةٍ أَوْ نَحْوَهَا، فَصَلينَا عَلَيهِ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا قُلتُمْ؟». فقُلنَا: دَعَوْنَا لَهُ وَقُلنَا: اللَّهُمَّ اغْفِر لَهُ وَأَلْحِقْهُ بِصَاحِبِه فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَأَيْنَ صَلاَتُهُ بَعدَ صَلاَتِهِ، وَصَومُهُ بَعدَ صَومِهِ شَكَّ شُعبَة فِي صَومِهِ وَعَمَلِهِ بَعدَ عَمَلِهِ إِنَّ بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالأرْضِ».
“Rəvayət edilir ki, Ubeyd ibn Xalid əs-Suləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ iki kişinin arasında qardaşlıq təyin etmişdi. Onlardan biri öldürüldü. Ondan sonra bir həftə və ya bir həftəyə yaxın müddətdə digəri vəfat etdi. Biz onun cənazə namazını qıldıq. Allah Elçisi ﷺ soruşdu: “Necə dua etdiniz?” Biz dedik: “Onun üçün belə dua etdik: “Allahım, onu bağışla və dostuna qovuşdur!” Allah Elçisi ﷺ buyurdu: “Öldürülənin namazlarından sonra dostunun qıldığı namazlar bəs haradadır? Öldürülənin tutduğu oruclardan sonra dostunun tutduğu oruclar bəs haradadır? Onların arasında yerlə göy arasında olan məsafə qədər fərq var”.”
Qeyd
Əbu Davud, 2524, 2526. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 2278.
İstinad
Fəzilətli əməllər, 1024 (Kitab 20, 15)
Fəzilətli əməllər — Fəzilətlər