Fəzilətlər

Uzunömürlü müsəlmanın fəziləti

عَنْ طَلْحَةَ بْنِ عُبَيدِ اللهِ أَنَّ رَجُلَينِ مِنْ بَلِىٍّ قَدِمَا عَلَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ إِسْلاَمُهُمَا جَمِيعاً، فَكَانَ أَحَدُهُمَا أَشَدَّ اجْتِهَاداً مِنَ الآخَرِ، فَغَزَا الْمُجْتَهِدُ مِنْهُمَا فَاسْتُشهِد ثُمَّ مَكَثَ الآخَرُ بَعْدَهُ سَنَةً ثُمَّ تُوُفِّيَ، قَالَ طَلْحَةُ: فَرَأيتُ فِي الْمَنَامِ: بَينَا أَنَا عِندَ بَابِ الْجَنَّةِ إِذْا أَنَا بِهِمَا فَخَرَجَ خَارِجٌ مِنَ الْجَنَّةِ فَأَذِنَ لِلَّذِي تُوُفِّيَ الآخِر مِنْهُمَا، ثُمَّ خَرَجَ فَأَذِنَ لِلَّذِي اسْتُشْهِدَ ثُمَّ رَجَعَ إِلَيِّ فَقَالَ: ارْجِع فَإِنَّكَ لَمْ يَأَنِ لَكَ بَعْدُ، فَأَصْبَحَ طَلحَةُ يُحَدِّثُ بِهِ النَّاسَ، فَعَجِبُوا لِذَلِكَ، فَبَلَغَ ذَلِكَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثوهُ الْحَدِيثَ فَقَالَ: «مِنْ أَيِّ ذَلِكَ تَعْجَبُونَ؟» فَقَالُوا: يَا رَسُوْلَ اللهِ! هَذَا كَانَ أَشَدَّ الرَّجُلَينِ اجْتِهَاداً، ثُمَّ استُشْهِدَ وَدَخَلَ هَذَا الآخِرُ الْجَنَّةَ قَبْلَهُ؟ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلَيسَ قَدْ مَكَثَ هَذَا بَعْدَهُ سَنَةً؟» قَالُوا: بَلَى، قَالَ: «وَأَدْرَكَ رَمَضَانَ فَصَامَ وَصَلَّى كَذَا وَكَذَا مِن سَجْدةٍ فِي السَّنَةِ؟» قَالُوا: بَلَى، قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَمَا بَيْنَهُمَا أَبْعَدُ مِمَّا بَيْنَ الَّسمَاءِ َوالأَرْضِ».

“Rəvayət edilir ki, Talhə ibn Ubeydullah ﵁ belə demişdir: “Bəli qəbiləsindən olan iki kişi Allah Elçisinin ﷺ yanına gəldi. İkisi də İslamı eyni vaxtda qəbul etmişdi. Biri digərindən daha çox çalışqan idi. Çalışqan döyüşdü və şəhid oldu. Digəri ondan sonra bir il yaşayıb vəfat etdi”. Talhə deyir: “Mən yuxuda gördüm ki, Cənnətin qapısının yanında o iki adamla qarşılaşmışam. Sonra Cənnətdən bir nəfər çıxaraq bu iki adamdan axırıncı vəfat edənə (Cənnətə girməsi üçün) izin verdi. Daha sonra çıxaraq şəhid olana (Cənnətə girməsi üçün) izin verdi və yanıma qayıdıb dedi: “Sən geri qayıt, çünki sənin (Cənnətə girmək) vaxtın hələ gəlməyib”. Talhə səhər yuxusunu insanlara danışdı və onlar buna təəccübləndilər. Bu, Allah Elçisinə ﷺ çatdı və hadisəni ona danışdılar. Allah Elçisi ﷺ dedi: “Nəyə təəccüblənirsiniz?” Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bu, ikincisindən daha çalışqan idi. Sonra o, şəhid oldu. Halbuki digəri Cənnətə ondan əvvəl girdi”. Allah Elçisi ﷺ dedi: “Məgər o, şəhiddən sonra bir il çox yaşamadımı?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Məgər o, Ramazan ayına çataraq oruc tutmayıbmı, bir ildə bu qədər namaz qılıb, səcdə etməyibmi?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Elə isə, onlar arasında fərq yerlə göy arasında olan məsafədən daha çoxdur”.”

Talhə ibn Ubeydullah
Səhih

Qeyd

İbn Macə, 3925, 4059. Hədis səhihdir. Bax: Təliqur-Rağib, 1/142-143.

İstinad

Fəzilətli əməllər, 1023 (Kitab 20, 14)

Fəzilətli əməllər — Fəzilətlər