Fəzilətlər

Xoşbəxtliyin əlamətləri

عَنْ مُحَمَّد بْنِ سَعْد عَنْ أَبِيهِ أَن رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: ثلاثةٌ مِنَ السَّعادَةِ وثلاثةٌ مِنَ الشَّقاءِ فَمِنَ السَّعادَةِ المَرْأةُ الصَّالِحَةُ تَراها فَتُعْجِبُكَ وَتَغِيبُ عَنْها فَتَأْمَنُها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُونُ وَطِيئَةً فَتُلْحِقُكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ واسِعَةً كَثِيرةَ المَرافِقِ وَمِنَ الشَّقاءِ المَرأةُ تَراها فَتَسُوءُكَ وَتَحْمِلُ لِسانِها عَلَيْكَ وإِنْ غِبْتَ عنها لم تأمَنها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُون قَطُوفاً فإنْ ضَرَبْتَها أتْعَبَتْكَ وإنْ تَرَكْتَها لَم تُلْحِقْكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ ضَيِّقَةً قَلِيلَةَ المَرافِقِ

“Muhəmməd ibn Səd atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətidir. Xoşbəxtliyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməlisaleh qadın olsun, onu görərkən halın daha xoş olsun, ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakından arxayın ola biləsən. (İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə, geniş və çox xidmətli mənzilə sahib olmaqdır. Bədbəxtliyin əlamətlərinə gəldikdə onlardan birincisi odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən. İkinci əlamət; ağır tərpənən miniyin olmasıdır ki, onu vurduğun zaman səni yorar, buraxdığın zaman səni dostlarına yetişdirməz. Üçüncü əlamət isə; az xidmətli mənzilə sahib olmaqdır”.”

Muhəmməd ibn Səd atasından
Həsən

Qeyd

əl-Hakim, 2684. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3056.

İstinad

Fəzilətli əməllər, 1022 (Kitab 20, 13)

Fəzilətli əməllər — Fəzilətlər