Qadınlarla əlaqəli hədislər
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قِيلَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ النِّسَاءِ خَيْرٌ قَالَ «الَّتِى تَسُرُّهُ إِذَا نَظَرَ وَتُطِيعُهُ إِذَا أَمَرَ وَلاَ تُخَالِفُهُ فِى نَفْسِهَا وَمَالِهَا بِمَا يَكْرَهُ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisindən ﷺ soruşdular: “Hansı qadınlar daha xeyirlidir?” Allah Elçisi ﷺ buyurdu: “O qadın ki, əri ona baxdıqda sevinər, əmr etdikdə itaət edər, ərinin xoşuna gəlməyən bir şeyin özündə və malında olmasına yol verməz”.”
Əbu Hureyra
SəhihQeyd
ən-Nəsəi “Sunən” 3231, 3244. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 1838.
İstinad
Fəzilətli əməllər, 1093 (Kitab 20, 84)
Fəzilətli əməllər — Fəzilətlər