Qadınlarla əlaqəli hədislər
عَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلاَ يُؤْذِي جَارَهُ وَاسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا فَإِنَّهُنَّ خُلِقْنَ مِنْ ضِلَعٍ وَإِنَّ أَعْوَجَ شَيْءٍ فِي الضِّلَعِ أَعْلاَهُ فَإِنْ ذَهَبْتَ تُقِيمُهُ كَسَرْتَهُ وَإِنْ تَرَكْتَهُ لَمْ يَزَلْ أَعْوَجَ فَاسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allaha və Axirət gününə iman gətirirsə, qonşusuna əziyyət verməsin! Qadınlarla yaxşı davranın! Çünki onlar qabırğadan yaradılmışlar. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındıracaqsan, düzəltməsən, əyri qalacaq. Odur ki, qadınlarla yaxşı davranın!””
Qeyd
əl-Buxari, 4787, 5186; Muslim 1468, 2671.
İstinad
Fəzilətli əməllər, 1092 (Kitab 20, 83)
Fəzilətli əməllər — Fəzilətlər