Borca aid hədislər
عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ، عَنْ أَبِيهِ، قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلِهِ صَدَقَةٌ "، قَالَ: ثُمَّ سَمِعْتُهُ يَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "، قُلْتُ: سَمِعْتُكَ يَا رَسُولَ اللهِ تَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلِهِ صَدَقَةٌ "، ثُمَّ سَمِعْتُكَ تَقُولُ: " مَنْ أَنْظَرَ مُعْسِرًا فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "، قَالَ لَهُ: " بِكُلِّ يَوْمٍ صَدَقَةٌ قَبْلَ أَنْ يَحِلَّ الدَّيْنُ، فَإِذَا حَلَّ الدَّيْنُ فَأَنْظَرَهُ فَلَهُ بِكُلِّ يَوْمٍ مِثْلَيْهِ صَدَقَةٌ "
“Rəvayət edilir ki, Süleyman ibn Bureydə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”. Sonra başqa bir vaxt isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”– dediyini eşitdim və dedim: “Ey Allahın Elçisi, sənin bir dəfə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar”- dediyini, sonra isə: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılar”- dediyini eşitdim”. Peyğəmbər ﷺ buyurdu: “Borcun vədəsi yetişməzdən əvvəl onun üçün hər günə görə bir misli qədər sədəqə savabı yazılır. Borcun vədəsi gəlib çatdıqdan sonra möhlət verdikdə isə, keçən hər bir günün qarşılığında verdiyinin iki misli qədər sədəqə savabı yazılır”.”
Qeyd
Əhməd, 23096, 23434. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 86.
İstinad
Fəzilətli əməllər, 1071 (Kitab 20, 62)
Fəzilətli əməllər — Fəzilətlər