Fəzilətlər

Qara zirənin xeyri

عَنْ خَالِدِ بْنِ سَعْدٍ ، قَالَ : خَرَجْنَا ، وَمَعَنَا غَالِبُ بْنُ أَبْجَرَ ، فَمَرِضَ فِي الطَّرِيقِ ، فَقَدِمْنَا الْمَدِينَةَ ، وَهُوَ مَرِيضٌ ، فَعَادَهُ ابْنُ أَبِي عَتِيقٍ ، وَقَالَ لَنَا : عَلَيْكُمْ بِهَذِهِ الْحَبَّةِ السَّوْدَاءِ ، فَخُذُوا مِنْهَا خَمْسًا ، أَوْ سَبْعًا ، فَاسْحَقُوهَا ، ثُمَّ اقْطُرُوهَا فِي أَنْفِهِ ، بِقَطَرَاتِ زَيْتٍ ، فِي هَذَا الْجَانِبِ وَفِي هَذَا الْجَانِبِ ، فَإِنَّ عَائِشَةَ حَدَّثَتْهُمْ ، أَنَّهَا سَمِعَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّ هَذِهِ الْحَبَّةَ السَّوْدَاءَ شِفَاءٌ مِنْ كُلِّ دَاءٍ ، إِلاَّ أَنْ يَكُونَ السَّامُ قُلْتُ : وَمَا السَّامُ ؟ قَالَ : الْمَوْتُ.

“Rəvayət edilir ki, Xalid ibn Sad ﵀ demişdir: “Bir dəfə Ğalib ibn Əbcər ilə birlikdə səfərə çıxdıq. O, yolda xəstələndi. Xəstə olduğu halda Mədinəyə çatdıq. İbn Əbu Atiq onu ziyarətə gəldiyi zaman dedi: “Sizə qara zirədən istifadə etməyi tövsiyə edirəm. Ondan beş və ya yeddi dənə alıb yaxşıca əzin. Sonra onu bir neçə damla zeytun yağı içində xəstənin burnuna bu və ya digər dəliyə damızdırın, çünki Aişə rəvayət edir ki, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bu qara zirə “sam”dan başqa hər bir xəstəliyin dərmanıdır”. Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi”.”

Xalid ibn Sad
Səhih

Qeyd

İbn Macə 3449. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 2780.

İstinad

Fəzilətli əməllər, 1081 (Kitab 20, 72)

Fəzilətli əməllər — Fəzilətlər