Fəzilətlər

Borca düşdükdə edilən dua

عَنْ عَلِىٍّ أَنَّ مُكَاتَبًا جَاءَهُ فَقَالَ إِنِّى قَدْ عَجَزْتُ عَنْ كِتَابَتِى فَأَعِنِّى. قَالَ أَلاَ أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ كَانَ عَلَيْكَ مِثْلُ جَبَلِ صِيرٍ دَيْنًا أَدَّاهُ اللَّهُ عَنْكَ قَالَ «قُلِ اللَّهُمَّ اكْفِنِى بِحَلاَلِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِى بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ».

“Əli ﵁ rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: “Köləlikdən azad olmaq üçün borcumu ödəməyə aciz qalmışam, mənə yardım et!” Əli dedi: “Allah Elçisinin ﷺ mənə öyrətdiyi bəzi kəlmələri sənə öyrədimmi? Siyr dağı boyda borcun olsa belə, Allah onu sənə ödətdirər. Belə dua et: “Alla:humməkfini: bi-hələ:likə an həra:mikə va əğnini: bifədlikə ammən siva:kə!”.”

Əli
Həsən

Qeyd

ət-Tirmizi, 3563, 3911. Hədis həsəndir. Bax; Silsilə əs-Səhihə, 266.

İstinad

Fəzilətli əməllər, 1077 (Kitab 20, 68)

Fəzilətli əməllər — Fəzilətlər