Fəzilətlər

Qadınlarla əlaqəli hədislər

عَنْ أَبِي أُمَامَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَلْبٌ شَاكِرٌ وَلِسَانٌ ذَاكِرٌ وَزَوجَةٌ صَالِحَةٌ تُغْنِيكَ عَلَى أَمْرِ دُنْيَاكَ وَدِينِكَ خَيْرُ مَا اكْتَنزَ النَّاسُ ...عَنْ ثَوْبَانَ قَالَ لَمَّا نَزَلَتِ }الَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ{ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَعْضِ أَسْفَارِهِ فَقَالَ بَعْضُ أَصْحَابِهِ أُنْزِلَ فِى الذَّهَبِ وَالْفِضَّةِ مَا أُنْزِلَ. لَوْ عَلِمْنَا أَىُّ الْمَالِ خَيْرٌ فَنَتَّخِذَهُ فَقَالَ «أَفْضَلُهُ لِسَانٌ ذَاكِرٌ وَقَلْبٌ شَاكِرٌ وَزَوْجَةٌ مُؤْمِنَةٌ تُعِينُهُ عَلَى إِيمَانِهِ».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şükür edən qəlb, zikr edən dil və əməlisaleh zövcə dünyəvi və dini işlərdə sənə kifayət edər və bu, insanların yığdıqlarından daha xeyirlidir”. Digər rəvayətdə deyilir: “Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ət-Tövbə, 34) ayəsi nazil olduqda, biz Peyğəmbər ﷺ ilə səfərlərin birində idik. Bəzi səhabələr dedilər: “Bu ayə qızıl və gümüş haqda nazil edilmişdir. Biz hansı malın daha xeyirli olduğunu bilsək, onu götürüb verərik.” Peyğəmbər ﷺ buyurdu: “Ən xeyirli mal zikr edən dil, şükür edən qəlb və imanı artırmağa yardımçı olan möminə zövcədir”.”

Əbu Umamə
Səhih

Qeyd

ət-Tirmizi, 3377, 3994. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1499.

İstinad

Fəzilətli əməllər, 1100 (Kitab 20, 91)

Fəzilətli əməllər — Fəzilətlər