Fəzilətlər

Qadınlarla əlaqəli hədislər

عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا أَنْفَقَتِ الْمَرْأَةُ مِنْ طَعَامِ بَيْتِهَا غَيْرَ مُفْسِدَةٍ كَانَ لَهَا أَجْرُهَا بِمَا أَنْفَقَتْ وَلِزَوْجِهَا أَجْرُهُ بِمَا كَسَبَ، وَلِلْخَازِنِ مِثْلُ ذَلِكَ، لاَ يَنْقُصُ بَعْضُهُمْ أَجْرَ بَعْضٍ شَيْئًا».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz”.”

Aişə
Səhih

Qeyd

əl-Buxari, 1336, 1425; ət-Tirmizi, 672.

İstinad

Fəzilətli əməllər, 1101 (Kitab 20, 92)

Fəzilətli əməllər — Fəzilətlər