Məscid tikməyin fəziləti
عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ عِنْدَ قَوْلِ النَّاسِ فِيهِ حِينَ بَنَى مَسْجِدَ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّكُمْ أَكْثَرْتُمْ، وَإِنِّى سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَى مَسْجِدًا يَبْتَغِى بِهِ وَجْهَ اللَّهِ، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِى الْجَنَّةِ». ..«مَنْ بَنَى مَسْجِدًا يُذْكَرُ اللَّهُ فِيهِ بَنَى اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بَيْتًا فِي الْجَنَّةِ».
“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ Peyğəmbərin ﷺ məscidini yenidən tikdiyi zaman insanların onun haqqında söylədiklərinə (etiraz edib) demişdir: “Siz (mənim işimə) çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər”. Digər rəvayətdə deyilir: “Kim Allahın adı yad edilən məscid tikərsə, Allah ﷿ onun üçün Cənnətdə ev bina edər”.”
Qeyd
ən-Nəsai “Sunən” 681, 688, 696. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3385.
İstinad
Fəzilətli əməllər, 1052 (Kitab 20, 43)
Fəzilətli əməllər — Fəzilətlər