Ud Hindinin insana xeyri
عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ قَالَتْ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: عَلَيْكُمْ بِهَذَا الْعُودِ الْهِنْدِيِّ فَإِنَّ فِيهِ سَبْعَةَ أَشْفِيَةٍ يُسْتَعَطُ بِهِ مِنْ الْعُذْرَةِ وَيُلَدُّ بِهِ مِنْ ذَاتِ الْجَنْبِ.
“Rəvayət edilir ki, Ummu Qeys bint Mihsən ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Bu “Ud Hindi”dən istifadə edin. Həqiqətən də, onda yeddi (xəstəliyin) şəfası var. Onun məlhəmindən boğazı xəstə olanın boğazına, ağciyər iltihabı olanın ağzına damızdırın”.”
Qeyd
əl-Buxari, 5260, 5692. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Ud hindi”dən istifadə edin! Ondan şəfa üçün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qəbul olunur". (əl-Buxari, 5276, 5715; Muslim, 5102, 5893). İbn Həcər ﵀ “Fəthul-Bari” kitabında hədisdə keçən “yeddi yolu” ifadəsini belə izah etmişdir: “Hədisdə “yeddi yol” qeyd edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər. Hədisdəki “yeddi yol” ifadəsini Peyğəmbər ﷺ iki yolla qısaltmışdır. Yəni o “yeddi yol” bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir:Su ilə qarışdırılıb (dəmlənib) içilir;Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur;Burun vastəsilə qəbul olunur;Dəri xəstəlikləri üçün zeytun yağında on beş gün saxladılıb dəriyə sürtülür;Bal ilə qarışdırılıb dəriyə sürtülür;Su ilə qarışdırılıb çimilir.“Ud Hindi”nin üyüdülmüş formasını bir stəkan suya bir çay qaşığı miqdarında qarışdıraraq və ya dəmlənərək içilir. Bu, ən geniş və ən faydalı yayılmış istifadə üsuludur ki, bir çox xəstəliklərin müalicəsində faydalı olur. Hədisdə keçən “yuləddu bihi zəti cənbin” ifadəsi ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olunması deməkdir”. (İbn əl-Qeyyim “Zadul-Məad” kitabı).
İstinad
Fəzilətli əməllər, 1086 (Kitab 20, 77)
Fəzilətli əməllər — Fəzilətlər