Qadınlarla əlaqəli hədislər
عَنْ كَعْبِ بن عُجْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "أَلا أُخْبِرُكُمْ بِرِجَالِكُمْ مِنْ أَهْلِ الْجَنَّةِ؟"، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: "النَّبِيُّ فِي الْجَنَّةِ، وَالشَّهِيدُ فِي الْجَنَّةِ، وَالصِّدِّيقُ فِي الْجَنَّةِ، وَالْمَوْلُودُ فِي الْجَنَّةِ، وَالرَّجُلُ يَزُورُ أَخَاهُ فِي جَانِبِ الْمِصْرِ فِي الْجَنَّةِ، أَلا أُخْبِرُكُمْ بنسَائِكُمْ مِنْ أَهْلِ الْجَنَّةِ؟"، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ:"الْوَدُودُ الْوَلُودُ الَّتِي إِنْ ظَلَمَتْ أَوْ ظُلِمَتْ قَالَتْ: هَذِهِ نَاصِيَتِي بِيَدِكَ، لا أَذُوقُ غَمْضًا حَتَّى تَرْضَ.
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlindən olan kişiləriniz haqqında sizə xəbər verimmi?” Dedilər: “Bəli, ey Allahın Elçisi!” O buyurdu: “Peyğəmbər Cənnətdədir, şəhid Cənnətdədir, siddiq Cənnətdədir, uşaq Cənnətdədir və şəhərin başqa bir tərəfində olan qardaşını ziyarət edən kişi Cənnətdədir. Cənnət əhli olan qadınlarınız haqqında sizə xəbər verimmi?” Dedilər: “Bəli, ey Allahın Elçisi!” O buyurdu: “Sevən və çoxuşaqlı qadın. O, haqsızlıq etdikdə və ya ona haqsızlıq olunduqda deyər: “Bu kəkilim (məni idarə etmək) sənin əlindədir. Sən razı olmayanadək yuxuya getməyəcəm”.”
Qeyd
ət-Tabərani “Mucəmus-Sağir” 118, “Mucəmul-Kəbir” 15637. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 2604.
İstinad
Fəzilətli əməllər, 1095 (Kitab 20, 86)
Fəzilətli əməllər — Fəzilətlər