Onları görəndə Allah yada düşər
عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أُخْبِرُكُمْ بِخِيَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الَّذِينَ إِذَا رُؤُوا ذُكِرَ اللَّهُ، أَفَلاَ أُخْبِرُكُمْ بِشِرَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الْمَشَّاؤُونَ بِالنَّمِيمَةِ، الْمُفْسِدُونَ بَيْنَ الأَحِبَّةِ، الْبَاغُونَ الْبُرَآءَ الْعَنَتَ».
“Rəvayət edilir ki, Əsma bint Yəzid ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələrinə: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?”– deyə buyurdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə, Peyğəmbər ﷺ buyurdu: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”– deyə cavab verdikdə, o buyurdu: “Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 323. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1646.
İstinad
Fəzilətli əməllər, 1015 (Kitab 20, 6)
Fəzilətli əməllər — Fəzilətlər