Cənnətə ən son girənə veriləcək nemətlər
عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ: عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : «يَجْمَعُ اللهُ الأَولِينَ وَالآخِرِينَ لِمِيقَاتِ يَومٍ مَعْلُومٍ، قِيَاماً أَرْبَعِينَ سَنَةً، شَاخِصَةً أَبْصَارُهُمْ (إِلَى السَّمَاءِ) يَنْتَظِرونَ فَصْلَ الْقَضَاءِ، قَالَ: وَيَنْزِلُ اللهُ عَزَّ وَجَلَّ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ مِنَ الْعَرشِ إِلَى الْكُرسِيِّ، ثُمَّ يُنَادِي مُنَادِ: أَيُّهَا النَّاسُ! أَلَمْ تَرْضَوْا مِنْ رَبِّكُمْ الَّذِي خَلَقَكُمْ، وَرَزَقَكُمْ، وَأَمَرَكُمْ أَنْ تَعْبُدُوه وَلاَ تُشْرِكُوا بِهِ شَيئاً أَنْ يوليَ كُلَّ أَناسٍ مِنْكُمْ مَا كَانُوا (يَتَوَلَّونَ و) يَعْبُدُونَ فِي الدُّنْيَا، أَلَيْسَ ذَلِكَ عَدْلاً مِنْ رَبِّكُمْ؟ قَالُوا: بَلَى، فَليَنْطَلِقُ كُلُّ قَومٍ إِلَى مَا كَانُوا يَعْبُدُونَ وَيَتَوَلَّونَ فِي الدُّنْيَا، قَالَ: فَيَنْطَلِقُونَ وَيُمَثَّلُ لَهُمْ أَشْباهُ مَا كَانُوا يَعْبُدُونَ، فَمِنْهُمْ مَنْ يَنْطَلِقُ إِلَى الشَّمْسِ، وَمِنْهُمْ مَنْ يَنْطَلِقُ إِلَى الْقَمَرِ والأَوْثَانِ مِنَ الْحِجَارَةِ وَأَشْبَاهِ مَا كَانُوا يَعْبُدُونَ، قَالَ: وَيُمَثَّلُ لِمَنْ كَانَ يَعْبُدُ عِيسَى شَيْطَانُ عِيسَى، وَيُمَثَّلُ لِمَنْ كَانَ يَعْبُدُ عُزَيراً شَيْطَانُ عُزَيرٍ، وَيَبْقَى مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأُمَّتَهُ، قَالَ: فَيَتَمَثَّلُ الرَّبُّ تَبَارَكَ وَتَعَالَى، فَيَأتِيهمْ فَيَقُولُ: مَا لَكُمْ لا تَنْطَلِقُونَ كَمَا انْطَلَقَ النَّاسُ؟ قَالَ: فَيَقُولُونَ: إِنَّ لَناَ إِلَهاً مَا رَأيْنَاهُ (بَعْدُ) فَيَقُولُ: هَلْ تَعْرِفُونَهُ إِنْ رَأَيْتُمُوهُ؟ فَيَقُولُونَ: إِنْ بَيْنَنَا وَبَيْنَهُ عَلاَمَةً إِذَا رَأَيْنَاهَا عَرَفْنَاهُ قَالَ: فَيَقُولُ: مَا هِيَ؟ فَيَقُولُونَ: يكْشِفُ عَنْ سَاقِهِ (قَالَ) فَعِنْدَ ذَلِكَ يَكْشِفُ عَنْ سَاقهِ فَيَخِرُّ كُلُّ مَنْ كَانَ لِظَهْرِهِ طَبَقٌ سَاجِداً، وَيَبْقَى قَومٌ ظُهُورُهمْ كَصَياصي الْبَقَرِ يُرِيدُونَ السُّجُودَ فَلاَ يَسْتَطِيُعونَ }وَقَدْ كَانُ يُدْعَونَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ{ ثُمَّ يَقُولُ: ارْفَعُوا رُؤوسَكُمْ، فَيَرفَعُونَ رُؤوسَهُمْ، فَيُعْطِيهِمْ نُورَهُمْ عَلَى قَدْرِ أَعْمَالَهُمْ، فَمِنْهُمْ مَنْ يُعْطَى نُورَهُ مِثلَ الْجَبِلِ الْعَظِيمِ يَسْعَى بَيْنَ يَدَيْهِ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُورَهُ أَصْغَرَ مِنْ ذَلِكَ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُوراً مِثلَ النَّخْلَةِ بِيَمِينِهِ، وَمِنْهُمْ مَنْ يُعْطَى نُوراً أَصْغَرَ مِنْ ذَلِكَ حَتَّى يَكُونَ آخِرَهُمْ رَجُلاً يُعْطَى نُورَهُ عَلَى إِبْهَامِ قَدَمِهِ يُضِيء مَرَّةً، وَيُطْفَأُ مَرَّةً، فَإِذَا أَضَاءَ قَدمُه قَدِمَ (وَمِشَى) وَإِذَا طَفئ قَامَ، قَالَ: وَالرَّبُّ تَبَارَكَ وَتَعَالَى أَمَامَهُمْ حَتَّى يُمَرَّ بِهِمْ إِلَى النَّارِ فَيَبْقَى أَثَرُه كَحَدِّ السَّيْفِ (دَحْض مَزَلة) قَالَ: فَيَقُولُ : مُرُّوا، فيَمُرُّونَ عَلَى قَدْرِ نُورِهِم، مِنْهُمْ مَنْ يَمُرُّ كَطَرفِ الْعَينِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالبَرقِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالسَّحَابِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَانْقِضَاضِ الْكَوْكَبِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَالرِّيحِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَشَدِّ الْفَرَسِ، وَمِنْهُمْ مَنْ يَمُرُّ كَشَدِّ الرِّجُلِ، حَتَّى يَمُرُّ الَّذِي أُعْطَي نُورَهُ عَلَى ظَهْر (إِبْهَامِ) قَدَمِهِ يَحْبُوا عَلَى وَجْهِهِ وَيَدَيْهِ وَرِجْلَيْهِ، تَخِرُّ يَدٌ وَتَعْلَقُ يَدٌ، وَتَخِرُّ رِجْلٌ وَتَعْلَقُ رِجْلٌ، وَتُصيبُ جَوَانِبَهُ النَّارُ، فَلاَ يَزَالُ كَذَلِكَ حَتَّى يَخْلُصَ، فَإِذَا خَلَصَ وَقَفَ عَلَيْهَا فَقَالَ: الْحَمدُ للهِ الَّذِيْ أَعْطَانِي مَا لَمْ يُعْطِ أَحَداً، إِذْ أنْجَانِي مِنهَا بَعدَ إِذْ رَأَيْتُهَا، قَالَ: فَيُنْطَلَقُ بِهِ إِلَى غَديرٍ عِنْدَ بَابِ الْجَنَّةِ فَيَغْتَسِلُ، فَيَعُودُ إِلَيهِ رِيحُ أَهْلِ الْجَنَّةِ وَأَلوَانُهُمْ فَيَرَى مَا فِي الْجَنَّةِ مِنْ خِلالِ الْبَابِ، فَيَقُولُ: رَبِّ أَدْخِلنيِ الْجَنَّةَ ، فَيَقُولُ اللهُ (لَهُ) أَتَسألُ الْجَنَّةِ وَقَدْ نَجَّيْتُكَ مِنَ النَّارِ؟ فَيَقُولُ: رَبِّ اجْعَلْ بَينيِ وَبَيْنَهَا حِجَاباً حَتَّى لا أَسْمَعُ حَسِيسَهَا، قَالَ: فَيَدخُلِ الْجَنَّةِ، فَيَرَى أَوْ يُرْفَعُ لَهُ مَنْزِلاً أَمَامَ ذَلِكَ كَأَنَّ ما هُوَ فِيهِ بالنسْبةِ إِلَيهِ حُلُمٌ، فَيَقُولُ: رَبِّ أَعْطِنِي ذَلِكَ الْمَنزِلَ، فَيُقَولُ (لَهُ) لَعَلَّكَ إِنْ أَعْطَيتُكَهُ تَسأَلُ غَيْرَهُ؟ فَيَقُولُ: لاَ وَعِزَّتِكَ لاَ أَسْأَلُكَ غَيْرَهُ، وَأَنَّى مَنْزِلٌ أَحسن مِنهُ؟ فَيُعْطَاهُ فَينزلُه، وَيَرَى أَمَامَ ذَلِكَ مَنْزِلاً، كَأَنَّ مَا هُوَ إِلَيهِ حُلُمٌ قَالَ: رَبِّ أَعْطِنِي ذَلِكَ الْمَنْزِلَ، فَيَقُولُ اللهُ تَبَارَكَ وَتَعَالَى: لَعَلَّكَ إِنْ أَعْطَيتُكَهُ تَسْأَلُ غَيْرَهُ؟ قَالَ: لاَ وَعِزَّتِكَ (لا أَسْأَلُك) وَأَنَّى مَنْزِلٌ أَحسن مِنهُ؟ قَالَ فَيُعْطَاهُ، فَيَنْزِلُهُ ثُمَّ يَسْكُتُ. فَيَقُولُ اللهُ جَلَّ ذِكْرُهُ: مَا لَكَ لاَ تَسأَلُ؟ فَيَقُولُ: رَبِّ قَدْ سَأَلْتُكَ حَتَّى اسْتَحْيَيْتُكَ (وَأَقْسَمْتُ لَكَ حَتَّى اسْتَحْيَيتك) فَيَقُولُ اللهُ جَلَّ ذِكْرُهُ: أَلَمْ تَرضَ أَنْ أُعْطِيَكَ مِثلَ الدُّنْيَا مُنْذُ خَلَقْتُهَا إِلَى يَوْمِ أَفْنَيْتُهَا وَعَشْرَةَ أَضْعَافِه؟ فَيَقُولُ: أَتَهْزَأُ بِي وَأَنْتَ رَبُّ الْعِزَّةِ؟ (فَضَحِكَ الرَّبُّ عَزَّ وَجَلَّ مِنْ قَوْلِهِ) قَالَ: فَرَأَيْتُ عَبدَ اللهِ بْنِ مَسْعُودٍ إِذَا بَلَغَ هَذَا الْمَكَان مِنْ هَذَا الْحَدِيثِ ضَحِكَ، فَقَالَ لَهُ رَجُلٌ: يَا أَبَا عَبْدِ الرَّحْمَنِ! قَدْ سَمِعْتُكَ تُحَدِّثُ هَذَا الْحَدِيثِ مِرَاراً كُلَّمَا بَلَغْتَ هَذَا الْمَكَانَ ضَحِكْتَ؟ فَقَالَ: إِنِّي سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحَدِّثُ هَذَا الْحَدِيثِ مِرَاراً كُلَّمَا بَلَغَ هَذَا الْمَكَان مِنْ هَذَا الْحَدِيثِ ضَحِكَ، حَتَّى تَبْدوَ أَضْرَاسُه، قَالَ: فَيَقُولُ الرَّبُّ جَلَّ ذِكْرُهُ: لا وَلَكِنِّي عَلَى ذَلِكَ قَادِرٌ، فَيَقُولُ: أَلْحِقْنِي بِالنَّاسِ، فَيَقُولُ الْحَقْ بِالنَّاسِ، قَالَ: فَيَنْطَلِقُ يَرْمُلُ فِي الْجَنَّةِ حَتَّى إِذَا دَنَا مِنَ النَّاسِ، رُفِعَ لَهُ قَصرٌ مِنْ دُرَّةٍ، فَيَخِرُّ سَاجِداً، فَيُقَالُ لَهُ: ارْفَع رَأْسَكَ مَالَكَ؟ فَيَقُولُ: رَأَيْتُ رَبِّي أَوْ تَرَاءىَ لِي رَبِّي، فَيُقَالُ لَهُ: إِنَّمَا هُوَ مَنْزِلٌ مِنْ مَنَازِلِكَ، قَالَ: ثُمَّ يَلْقَى رَجُلاً فَيَتَهَيَّأُ للِسْجُودِ لَهُ، فَيُقَالُ لَهُ: مَهْ؟ مَالَكَ فَيَقُولُ: رَأَيْتُ أَنَّكَ مَلَكٌ مِنَ الْمَلاَئِكَةِ، فَيَقُولُ: إِنَّمَا أَنَا خَازِنٌ مِنْ خُزَّانِكَ، وَعَبْدٌ مِنْ عَبِيدِكَ تَحْتَ يَدِي أَلفُ قَهْرَمَانٍ عَلَى مِثْلِ مَا أَنَا عَلَيْهِ، قَالَ: فَيَنْطَلِقُ أَمَامَهُ حَتَّى يَفْتَحُ لَهُ بَابَ الْقَصْر، قَالَ: وَهُوَ مِنْ دُرَّةٍ مُجَوَّفَةٍ سَقائِفُهَا وَأَبْوَابُهَا وَأَغْلاَقُهَا وَمَفَاتِيحُهَا مِنْهَا تَسْتَقْبِلُه جَوْهَرةٍ خَضْرَاءُ، مُبَطَّنَةٌ بِحَمْرَاء (فِيهَا سَبْعُونَ بَاباً، كُلُّ بَابٍ يُفْضِي إِلَى جَوْهَرَةٍ خَضْرَاءَ مُبَطَّنَةٍ) كُلُّ جَوْهَرَةٍ تُفْضِي إِلَى جَوْهَرَةٍ عَلَى غَيرِ لَوْنِ الأُخْرى، فِي كُلِّ جَوْهَرَةٍ سُرُرٌ وَأَزْوَاجٌ ووَصَائِفُ أَدْنَاهُنَّ حَوراءُ عَيْناءُ عَلَيْهَا سَبْعُونَ حُلَّةً يُرَى مُخُّ سَاقِهَا مِنْ وَرَاءِ حُلَلِهَا كَبِدُهَا مَرآتَهُ، وَكَبِدُه مِرآتُهَا إِذَا أَعْرَضَ عَنْهَا إِعْرَاضَةً اِزْدَادَتْ فِي عَيْنِهِ سَبْعِينَ ضِعْفاً (عَمَّا كَانَتْ قَبْلَ ذَلِكَ، وَإِذَا أَعْرَضَتْ عَنْهُ إِعْرَاضَهً ازْدَادَ فِي عَيْنِهَا سَبْعِينَ ضِعفاً عَمَّا كَانَتْ قَبلَ ذَلِكَ، فَيَقُولُ لَهَا: وَاللهِ لَقَدْ ازْدَدتِ فِي عَيْنِي سَبْعِينَ ضِعْفاً وَتَقُولُ لَهُ: وَأَنْتَ وَاللهِ لَقَدْ ازْدَدتَ فِي عَيْنِي سَبْعِينَ ضَعْفاً) فَيُقَالُ لَهُ: أَشْرِفْ، فَيُشْرِف، فَيُقَالُ لَهُ: مَلْكُكَ مَسِيرَةُ مِئَةِ عَامٍ يَنْفُذه بَصَرُكَ». قَالَ: فَقَالَ عُمَر: أَلاَ تَسْمَعُ مَا يُحَدِّثُنا ابْن أُمِّ عَبْدٍ يَا كَعْب! عَنْ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلاً، فَكَيْفَ أَعْلاَهُمْ؟ قَالَ: يَا أَمْيرَ الْمُؤمِنينَ! مَالاَ عَينٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ، إِنَّ اللهَ جَلَّ ذِكْرُهُ جَعَلَ دَاراً فَجَعَلَ فِيهَا مَا شَاءَ مِنَ الأَزْوَاجِ وَالثَمَرَاتِ وَالأَشْرِبَةِ، ثُمَّ أَطْبَقَهَا ثُمَّ لَمْ يَرَها أَحَدٌ مِنْ خَلْقِهِ لا جِبْرِيلُ وَلاَ غَيرَهُ مِنَ الْمَلاَئِكَةِ ثُمَّ قَرأَ كَعْب }فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ{ قَالَ: وَخَلَقَ دُونَ ذَلِكَ جَنَّتَيْنِ، وَزَيَّنَهُمَا بِمَا شَاءَ، وَأَرَاهُمَا مَنْ شَاءَ مِنْ خَلْقِهِ ثُمَّ قَالَ: فَمَنْ كَانَ كِتَابَهُ فِي عِلِّيِّين نَزَلَ تَلكَ الدَّارِ الَّتِي لَمْ يَرَهَا أَحَدٌ حَتَّى إِنَّ الرَّجُلَ مِنْ أَهْلِ عَلِّيِّين لَيَخْرُجُ فَيَسِيرُ فِي مُلْكِهِ، فَلاَ تَبْقَى خَيْمَةٌ مِنْ خِيَمِ الْجَنَّةِ إِلاَّ دَخَلَهَا مِنْ ضَوءِ وَجْهِهِ، فَيَسْتَبْشِرونَ بِريْحِهِ، فَيَقُولُونَ: وَاهاً لِهَذَا الرِّيحِ! هَذَا رَجُلٌ مِنْ أَهْلِ عَلِّيِّين قَدْ خَرَجَ يَسِيرُ فِي مُلْكِهِ، قَالَ: وَيْحَكَ يَا كَعْب! إِنَّ هَذِهِ الْقُلُوبَ قَدْ اسْتَرسَلَتْ فَاقْبِضْهَا، فَقَالَ كَعْب (وَالَّذِي نَفْسِي بِيَدِهِ) إِنَّ لَجَهَنَّمَ يَومَ الْقِيَامَةِ لَزَفْرَةً مَا مِنْ مَلَكٍ مُقَرَّبٍ، وَلاَ نَبِيٍّ مُرْسَلٍ، إِلاَّ خَرَّ لِركْبَتَيهِ حَتَّى إِنَّ إِبْرَاهِيمَ خَليلَ اللهِ لَيَقُولُ: رَبِّ نَفْسِي نَفْسِي حَتَّى لَوْ كَانَ لَكَ عَمَلُ سَبْعِينَ نَبِيًّا إِلَى عَمَلِكَ لَظَنَنْتَ أَنْ لاَ تَنْجُو.
“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah bəlli bir günün müəyyən edilmiş vaxtı (insanlardan) birinciləri və axırıncıları bir yerə toplayacaq. Onlar qırx il ayaq üstə gözləri (göyə baxaraq) bərəlmiş halda (aralarında) hökm verilməsini gözləyəcəklər. Allah ﷿ bulud kölgəsində Ərşdən Kürsüyə enəcək. Sonra bir carçı belə səslənəcək: “Ey insanlar! Məgər sizi yaradan, sizə ruzi verən, Ona ibadət edib heç bir şeyi şərik qoşmamağı və (bu gün) hər qəbiləyə dünyada (Allahdan başqalarını) dost tutub ibadət etdiyinin arxasınca getməyi əmr edən Rəbbinizdən razı deyilsinizmi?” Onlar: “Bəli”- deyə cavab verəcəklər. Allah buyuracaq: “Elə isə hər bir qövm dünyada (Allahdan başqa) dost tutub ibadət etdiyinin yanına getsin”. Bu zaman onların qarşısında (dünyada ikən Allahdan başqa) ibadət etdikləri şeylərin bənzəri peyda olacaq və onlar da bu bənzərlərə tərəf gedəcəklər. Onlardan kimisi günəşə, kimisi aya, kimisi daşdan düzəldilən bütlərə və ibadət etdikləri digər bu kimi şeylərin bənzərlərinə doğru gedəcəklər. İsaya ibadət edənlərin qarşısında İsanın şeytanı, Üzeyrə ibadət edənlərin qarşısında isə Üzeyrin şeytanı peyda olacaq. (Axırda) Muhəmməd ﷺ və onun ümməti qalacaq. Uca Rəbb onlara görünərək onların yanına gələcək və buyuracaq: “Nə üçün siz insanların (ibadət etdiklərinə doğru) getdikləri kimi getmirsiniz?” Onlar deyəcəklər: “Həqiqətən, bizim İlahımız var, lakin biz Onu indiyə kimi görməmişik”. Allah buyuracaq: “Siz Onu görsəniz tanıyarsınızmı?” Onlar deyəcəklər: “Bizimlə Onun arasında bir əlamət var. Biz bu əlaməti görsək tanıyarıq”. Allah buyuracaq: “O əlamət nədir?” Onlar deyəcəklər: “Allah baldırını açacaq!” Elə bu vaxt Allah baldırını açacaq və bu anda beli fəqərə-fəqərə olan hər kəs səcdəyə qapanacaq. Belləri öküzün buynuzları kimi olan bir qövm qalacaq, onlar səcdə etmək istəyəcəklər, lakin bunu bacarmayacaqlar. “Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular” (əl-Qaləm, 43). Sonra Allah buyuracaq: “Başınızı qaldırın!” Onlar da başlarını qaldıracaqlar və Allah onlara etdikləri (xeyir) əməlləri ölçüsündə nur verəcəkdir. Onlardan kimisinə önünə yayılan böyük dağ boyda nur veriləcək. Kimisinə bundan daha kiçik, kimisinə sağına yayılan xurma ağacı boyda, kimisinə bundan daha kiçik nur veriləcək. Onların ən axırıncısı isə ayağının baş barmağında gah yanan, gah da sönən nur verilən bir kişi olacaqdır. Onun ayağı nur saçanda irəliləyəcək (yeriyəcək), sönəndə isə duracaq. Onlar Cəhənnəmin yanına gətirilənədək Uca Rəbb onlardan öndə olacaq. (Uca Allahın) nuru qılıncın tiyəsi kimi sürüşkən olan bir iz qoyacaq. Allah buyuracaq: “Keçin!” Onların (keçmə) sürəti nurları qədər olacaq. Kimisi göz qırpımında, kimisi ildırım kimi, kimisi bulud kimi, kimisi düşən ulduz kimi, kimisi külək kimi, kimisi bərk qaçan at kimi, kimisi bərk qaçan kişi kimi keçəcək. Nəhayət, ayağının baş barmağına nur verilən kimsə üzü, iki əli və iki ayağı üstə sürünərək, bir əl yapışıb, digəri sürüşərək, bir ayaq tutub, digəri sürüşərək keçəcək. Od onun böyürlərini qarsıdacaq. O, (oddan) xilas olanadək bu vəziyyətdə olmağa davam edəcək. Xilas olduqdan sonra isə onun üzərində dayanaraq belə deyəcək: “Heç kəsə vermədiyi neməti mənə bəxş edən, odu gördükdən sonra məni ondan qurtaran Allaha həmd olsun!” Onu Cənnətin qapısının yanında olan bir çeşməyə gətirəcəklər. Orada yuyunduqdan sonra Cənnət əhlinin ətri və rəngi ona qayıdacaq və o, qapıdan Cənnətdəki nemətləri görüb deyəcək: “Ya Rəbb, məni Cənnətə daxil et!” Allah buyuracaq: “Səni oddan xilas etdiyim halda Cənnəti istəyirsən?” O deyəcək: “Ya Rəbb, mənimlə onun (odun) arasına elə bir pərdə çək ki, xışıltısını belə eşitməyim”. Beləliklə o, Cənnətə girəcək və onun qarşısında bir ev görünəcək. Gördükləri, sanki ona bir yuxu kimi gələcək və o deyəcək: “Ya Rəbb, o evi mənə ver!” Allah buyuracaq: “Ola bilsin ki, Mən sənə onu versəm, başqasını istəyəcəksən”. O deyəcək: “Xeyr, İzzətinə and olsun ki, başqasını istəməyəcəyəm. Hansı ev bundan daha gözəl ola bilər ki?!” Bu ev ona veriləcək və o, buraya yerləşəcək. O bu evin qabağında başqa bir ev görəcək. Gördükləri, sanki ona bir yuxu kimi gələcək və o deyəcək: “Ya Rəbb, o evi mənə ver!” Uca Allah buyuracaq: “Ola bilsin ki, Mən sənə onu versəm, başqasını istəyəcəksən”. O deyəcək: “Xeyr, İzzətinə and olsun ki, başqasını istəməyəcəyəm. Hansı ev bundan daha gözəl ola bilər ki?!” Bu ev ona veriləcək və o, buraya yerləşərək bir müddət sükut edəcək. Uca Allah buyuracaq: “Sənə nə olub ki, bir şey istəmirsən?” O deyəcək: “Ya Rəbb, Səndən çox şey istədiyim üçün artıq həya edirəm. (Sənə çox and içdiyim üçün həya edirəm). Uca Allah buyuracaq: “Sənə dünyanı yaradandan yox edənə qədər üzərində olan nemətlərin on qatını versəm razı qalmazsanmı?” O deyəcək: “Sən Qüdrət sahibi olan Rəbb ola-ola mənə istehza edirsən?” (Rəbb ﷿ onun bu sözlərinə güləcək)”. Hədisi Abdullah ibn Məsuddan rəvayət edən ravi dedi: “Abdullah ibn Məsudun hədisin bu yerinə çatdıqda güldüyünü gördüm. Bir kişi ona dedi: “Ey Əbu Abdur-Rahmən, mən sənin bu hədisi dəfələrlə danışdığını eşitmişəm və hər dəfə də bu yerə çatdıqda gülmüsən”. O dedi: “Həqiqətən, mən də Allah Elçisinin ﷺ bu hədisi dəfələrlə danışdığını eşitdim və o da hər dəfə hədisin bu yerinə çatdıqda elə gülərdi ki, hətta azı dişləri görünərdi. Uca Rəbb buyuracaq: “Xeyr, lakin Mən bunu etməyə qadirəm, (istə!)”. O deyəcək: “Məni insanlara qovuşdur“. Allah buyuracaq: “İnsanlara qovuş!” O da gedib Cənnətdə qaçmağa başlayacaq. İnsanlara yaxınlaşdıqda isə onun üçün mirvaridən qəsr yüksəldiləcək və o, (bunu gördükdə) səcdəyə qapanacaq. Ona belə deyiləcək: “Başını qaldır, sənə nə olub!” O deyəcək: “Rəbbimi gördüm “və ya Rəbbim mənə göründü”. Ona deyiləcək: “Bu, yalnız sənin evlərindən biridir”. Sonra o, bir kişi ilə rastlaşacaq və ona təzim etməyə hazırlaşacaq. Ona deyiləcək: “Sənə nə olub?” O deyəcək: “Görürəm, sən mələklərdən birisən”. O deyəcək: “Mən yalnız sənin xəzinədarlarından və kölələrindən biriyəm, mənim tabeçiliyimdə mənim kimi min keşikçi var”. Həmin kişi onun qabağında gedib qəsrin qapısını ona açacaq. Qəsr içiboş (oyuq) mirvaridən düzəlmişdir. Tavanları, qapıları, kilidləri və açarları isə üzü yaşıl, içi isə qırmızı cəvahirat olan mirvaridəndir. (Orada yetmiş qapı var. Hər bir qapı yaşıl içli cəvahiratdandır). Bu cəvahiratlardan hər biri digərində olmayan fərqli rənglərə çevrilir. Hər bir cəvahiratdan olan (qapının) içində taxtlar, zövcələr və gənc qızlar (hurilər) var. Qızlardan ən aşağı gözəlliyə malik olanının iri qara gözü və üzərində yetmiş cür gözəl libası olacaqdır. Zəriflikdən, paltarlarının altından ayaq sümüyünün iliyi görünəcək. Dəriləri o qədər incə və hamar olacaq ki, öz əkslərini güzgü kimi bir-birinin qarnında görəcəklər. Hər dəfə ayrıldıqdan sonra (yenidən görüşdükdə) bir-birinə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünəcəklər. O, zövcəsini görəndə: “Vallahi, sən mənə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünürsən”- deyəcək. (Zövcəsi də) ona deyəcək: “Sən də, vallahi, mənə əvvəl göründüyündən yetmiş dəfə daha gözəl görünürsən”. Ona deyiləcək: “Boylan!”- və o boylanacaq. Ona deyiləcək: “Sənin mülkün yüz il gedilən yol boyu gözünün əhatə etdiyi ərazi boydadır”. Ömər dedi: “Ey Kəb, məgər İbni Ummu Abdın bizə Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kəs barədə nə danışdığını eşitmirsən? Elə olduqda, gör indi onlardan ən üstün mərtəbəyə sahib olanı necə olacaq?!” O dedi: “Ey möminlərin əmiri! Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi nemətlər olacaq. Şübhəsiz ki, Uca Allah Axirət yurdunu yaradaraq orada istədiyi kimi qadınlar, meyvələr, içkilər yaratmış, sonra onu təbəqələrə bölmüşdür. Bundan sonra onu nə yaradılmışlardan kimsə, nə Cəbrail, nə də ondan başqa bir mələk görüb”. Sonra Kəb bu ayəni oxudu: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17) və dedi: “Bundan başqa Allah iki Cənnət yaratmış və istədiyi (nemətlərlə) onları bəzəmiş və onları yaratdıqlarından istədiyinə göstərmişdir. Kimin əməl dəftəri İlliyyunda yazılmışsa, heç kəsin görmədiyi həmin yurdda məskunlaşacaq. Hətta İlliyyun əhlindən olan kişi öz mülkündə gəzməyə çıxacaq və Cənnət çadırlarından elə bir çadır qalmayacaq ki, üzünün işığı ora saçmasın və onun ətrindən xoşlanmasınlar. Onlar deyəcəklər: “Bu necə xoş ətirdir! Bu, İlliyyun əhlindən olan bir kişidir. O, öz mülkündə gəzintiyə çıxmışdır”. Ömər təəccüblə dedi: “Vay olsun sənə, ey Kəb! Qəlblərimiz yerindən çıxıb qaçdı, onları tutub saxla!” Kəb dedi: “Nəfsim əlində olan Allaha and olsun ki, həqiqətən də, Qiyamət günü Cəhənnəmin bir gurultusu var. Allaha yaxın olan elə bir mələk və göndərilmiş elə bir peyğəmbər olmayacaq ki, (bu gurultunun qorxusundan) dizi üstə yerə düşməsin, hətta Allahın sevimlisi İbrahim belə deyəcək: “Ey Rəbb! Ah canım, ah canım!” Kəb Ömərə dedi: “Əgər sənin əməllərindən əlavə yetmiş peyğəmbərin əməlləri qədər əməlin olsaydı belə, yenə də xilas olmayacağını güman edərdin”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 9763. Hədis səhihdir. Bax: “Səhih ət-Tərğib vət-Tərhib” 3591, 3704.
İstinad
Fəzilətli əməllər, 1104 (Kitab 20, 95)
Fəzilətli əməllər — Fəzilətlər