Borca aid hədislər
عَنْ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ مَعَ الدَّائِنِ حَتَّى يَقْضِىَ دَيْنَهُ مَا لَمْ يَكُنْ فِيمَا يَكْرَهُ اللَّهُ». قَالَ فَكَانَ عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ يَقُولُ لِخَازِنِهِ اذْهَبْ فَخُذْ لِى بِدَيْنٍ فَإِنِّى أَكْرَهُ أَنْ أَبِيتَ لَيْلَةً إِلاَّ وَاللَّهُ مَعِى بَعْدَ الَّذِى سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın sevmədiyi bir səbəbə görə borc almadığı təqdirdə, borcunu ödəyənə qədər, Allah borcu olanladır”. Abdullah ibn Cəfər öz xəzinədarına deyərdi: “Get, mənim üçün borc al! Həqiqətən, mən Allah Elçisindən ﷺ bu hədisi eşidəndən sonra Allahın mənimlə olmadığı halda gecələmək istəmirəm”.”
Qeyd
İbn Macə, 2409, 2501. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1808.
İstinad
Fəzilətli əməllər, 1074 (Kitab 20, 65)
Fəzilətli əməllər — Fəzilətlər