اِلْبِسْ جَدِيدًا، وَعِشْ حَمِيدًا، وَمُتْ شَهِيدًا
İlbis cədi:dən, va i'ş həmi:dən, va mut şəhi:dən!
Təzə geyinəsən, həmd edərək yaşayasan və şəhid olaraq vəfat edəsən!
Hədis
عَنِ ابْنِ عُمَرَ ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ ثَوْبًا أَبْيَضَ ، فَقَالَ : أَجَدِيدٌ قَمِيصُكَ أَمْ غَسِيلٌ ؟ ، فَقَالَ : بَلْ جَدِيدٌ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: الْبَسْ جَدِيدًا ، وَعِشْ حَمِيدًا ، وَمُتْ شَهِيدًا.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Ömər ibn əl-Xattabın üzərində ağ köynək görüb belə buyurdu: “Köynəyin təzədir, yoxsa yuyulub?” Ömər dedi: “Xeyr, təzədir”. Peyğəmbər ﷺ buyurdu: “Təzə geyinəsən, həmd edərək yaşayasan və şəhid olaraq vəfat edəsən! – (İlbis cədi:dən, va i'ş həmi:dən, va mut şəhi:dən!)”.”
Qeyd
İbn Hibban, 6897; İbn Məcə, 3558. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 352.
İstinad
Müsəlmanın qalası, 8 (Kitab 4, 2)
Hədislərlə müsəlmanın qalası — Təzə paltar geyinən üçün edilən dua