Hədislərlə müsəlmanın qalasıTəzə paltar geyinən üçün edilən dua

Kitab 4

Təzə paltar geyinən üçün edilən dua

2

hədis

تُبْلِي وَيُخْلِفُ اللهُ تَعَالىَ

“Tubli: və yuxlifulla:hu təa:lə! Bunu köhnəldəsən, Uca Allah da yenisini versin!”

SəhihMüsəlmanın qalası, 7 (Kitab 4, 1)

Qeyd

6-cı zikrə aid hədisdədir.

Dua

اِلْبِسْ جَدِيدًا، وَعِشْ حَمِيدًا، وَمُتْ شَهِيدًا

İlbis cədi:dən, va i'ş həmi:dən, va mut şəhi:dən!

Təzə geyinəsən, həmd edərək yaşayasan və şəhid olaraq vəfat edəsən!

Hədis

عَنِ ابْنِ عُمَرَ ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ ثَوْبًا أَبْيَضَ ، فَقَالَ : أَجَدِيدٌ قَمِيصُكَ أَمْ غَسِيلٌ ؟ ، فَقَالَ : بَلْ جَدِيدٌ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: الْبَسْ جَدِيدًا ، وَعِشْ حَمِيدًا ، وَمُتْ شَهِيدًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Ömər ibn əl-Xattabın üzərində ağ köynək görüb belə buyurdu: “Köynəyin təzədir, yoxsa yuyulub?” Ömər dedi: “Xeyr, təzədir”. Peyğəmbər ﷺ buyurdu: “Təzə geyinəsən, həmd edərək yaşayasan və şəhid olaraq vəfat edəsən! – (İlbis cədi:dən, va i'ş həmi:dən, va mut şəhi:dən!)”.”

İbn Ömər
SəhihMüsəlmanın qalası, 8 (Kitab 4, 2)

Qeyd

İbn Hibban, 6897; İbn Məcə, 3558. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 352.