Ana səhifə

Kolleksiya

Hədislərlə müsəlmanın qalası

حصن المسلم بالأحاديث الصحيحة

SəhihRamin İsbarxanlı·297 hədis

Müqəddimə Bütün həmdlər Allaha məxsusdur! Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Biz şahidlik edirik ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirik ki, Muhəmməd Onun qulu və elçisidir. Allahın salavatı və salamı onun üzərinə olsun! Bu kitabda zikrlərə aid yalnız səhih hədislər toplanmışdır. Ərəbcə olan sözün oxunuşunda iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir. “Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır. Həmçinin kitabda əvvəlcə müəyyən zikrin ərəbcə yazılışı, sonra onun azərbaycan əlifbası ilə transkripsiyası, sonra da azərbaycan dilində verdiyi məna qeyd edilmişdir. Bunlardan sonra isə zikr rəvayət edilən hədis əvvəlcə ərəb dilində, sonra isə hədisin tərcüməsi qeyd edilmişdir. Ərəb əlifbasını bilməyənlərə əzbərləməsi asan olsun deyə azərbaycan əlifbası ilə bəzi surələrin transkripsiyası da yazılmışdır. Uca Allah bu kitabın ərsəyə gəlməsində əməyi olan hər bir müsəlmanın əməl dəftərini Qiyamət günü sağ tərəfdən verilənlərdən etsin! Buradakı zikrləri oxuyub faydalananlardan Allah razı olsun! 9 Noyabr, 2020 / 23 Rabiul-Əvvəl, 1442 Zikrin üstünlüyü Uca Allah buyurur: فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ “Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin və Mənə küfr etməyin” (əl-Bəqərə, 152) ...وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا “…Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır” (əl-Əhzab, 35) وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsi qaldırmadan Rəbbini yad et və qafillərdən olma!” (əl-Əraf, 205) Peyğəmbər ﷺ belə buyurmuşdur: مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ مَثَلُ الْحَىِّ وَالْمَيِّتِ “Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir”. مَثَلُ الْبَيْتِ الَّذِى يُذْكَرُ اللَّهُ فِيهِ وَالْبَيْتِ الَّذِى لاَ يُذْكَرُ اللَّهُ فِيهِ مَثَلُ الْحَىِّ وَالْمَيِّتِ “Allah yad edilən evlə Allah yad edilməyən evin misalı diri ilə ölünün misalına bənzəyir”. يَقُولُ اللَّهُ تَعَالَى أَنَا عِنْدَ ظَنِّ عَبْدِي بِي وَأَنَا مَعَهُ إِذَا ذَكَرَنِي فَإِنْ ذَكَرَنِي فِي نَفْسِهِ ذَكَرْتُهُ فِي نَفْسِي وَإِنْ ذَكَرَنِي فِي مَلَإٍ ذَكَرْتُهُ فِي مَلَإٍ خَيْرٍ مِنْهُمْ وَإِنْ تَقَرَّبَ إِلَيَّ بِشِبْرٍ تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا وَإِنْ تَقَرَّبَ إِلَيَّ ذِرَاعًا تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا وَإِنْ أَتَانِي يَمْشِي أَتَيْتُهُ هَرْوَلَةً “Uca Allah buyurur: “Qulum mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”. عَنْ عَبْدِ اللهِ بْنِ بُسْرٍ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ إِنَّ شَرَائِعَ الإِسْلاَمِ قَدْ كَثُرَتْ عَلَيَّ ، فَأَخْبِرْنِي بِشَيْءٍ أَتَشَبَّثُ بِهِ ، قَالَ : لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ. Abdullah ibn Busr ﵁ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk yapışım”. Peyğəmbər ﷺ buyurdu: “Dilin Allahı zikr etməkdən qurumasın!” مَنْ قَعَدَ مَقْعَدًا لَمْ يَذْكُرِ اللَّهَ فِيهِ كَانَتْ عَلَيْهِ مِنَ اللهِ تِرَةٌ ، وَمَنْ اضْطَجَعَ مَضْجَعًا ، لاَ يَذْكُرُ اللَّهَ فِيهِ كَانَتْ عَلَيْهِ مِنَ اللهِ تِرَةٌ “Kim oturduğu (hər hansı) bir yerdə Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar. Kim uzandığı (hər hansı) bir yataqda Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar”. مَا جَلَسَ قَوْمٌ مَجْلِسًا لَمْ يَذْكُرُوا اللَّهَ فِيهِ وَلَمْ يُصَلُّوا عَلَى نَبِيِّهِمْ إِلاَّ كَانَ عَلَيْهِمْ تِرَةً فَإِنْ شَاءَ عَذَّبَهُمْ وَإِنْ شَاءَ غَفَرَ لَهُمْ “Hər hansı bir məclisdə oturub, orada Allahı yad etməyən və öz peyğəmbərinə salavat gətirməyən bir camaat (Qiyamət günü) mütləq peşmançılığa məruz qalar. Sonra Allah istəsə onlara əzab verər, istəsə onları bağışlayar”. ...وأمَرَكُمْ بِذِكْرِ اللَّهِ كَثِيراً ومَثَلُ ذلِكَ كَمَثَلِ رَجُلٍ طَلَبَهُ العَدُوُّ سِرَاعاً في أثَرِهِ فأتَى حِصْناً حَصِيناً فأَحْرزَ نَفْسَهُ فِيهِ وإنّ العَبْدَ أحْصَنُ ما يَكُونُ مِنَ الشَّيْطانِ إذا كانَ في ذِكْرِ اللَّهِ تعالى Uzun bir hədisdə Peyğəmbər ﷺ Zəkəriyyə peyğəmbərin ﵇ belə dediyini rəvayət etmişdir: “...Allah sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə düşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olar”. Haşiyələr 1. «…etməyənin misalı diri ilə ölünün misalına bənzəyir”.» — əl-Buxari, 6044, 6407. 2. «…evin misalı diri ilə ölünün misalına bənzəyir”.» — Muslim, 1299, 1859. 3. «…yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”.» — əl-Buxari, 6856, 7405. 4. «…ﷺ buyurdu: “Dilin Allahı zikr etməkdən qurumasın!» — Yəni mömin adam bu ibadətləri yerinə yetirməkdə zəiflik göstərdiyi zaman bu zikrləri yerinə yetirməlidir ki, zikrlər sayəsində onun fəallığı artsın. Zikr etmək mömin adamı yaxşı işlər görməyə təşviq edir. 5. «…ﷺ buyurdu: “Dilin Allahı zikr etməkdən qurumasın!”» — ət-Tirmizi, 3375, 3702. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7700. 6. «…etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar”.» — Əbu Davud, 4856, 4858. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6477. 7. «…istəsə onlara əzab verər, istəsə onları bağışlayar”.» — ət-Tirmizi, 3708, 3380. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1512. 8. «…Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olar”.» — əs-Suyuti “Cəmiul-Əhədis” 37187; ət-Tayəlisi, 1161, 1257; əl-Beyhəqi “Dəvətul-Kəbir” 12. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1724.

1

Yuxudan oyanarkən edilən zikrlər

2

Paltar geyinərkən edilən dua

3

Təzə paltar geyinərkən edilən dua

4

Təzə paltar geyinən üçün edilən dua

5

Paltarı soyunarkən nə deyilir?

6

Ayaqyoluna girərkən edilən dua

7

Ayaqyolundan çıxarkən edilən dua

8

Dəstəmazdan əvvəl edilən zikr

9

Dəstəmazdan sonra edilən zikr

10

Evdən çıxanda və evə girəndə qılınan namaz

11

Evdən çıxarkən edilən zikr

12

Evə girərkən edilən zikr

13

Məscidə gedərkən edilən dua

14

Məscidə girərkən edilən dua

15

Məsciddən çıxarkən edilən dua

16

Azan zikrləri

17

Namaza başlayarkən birinci təkbirdən – “Allahu Əkbər” dedikdən - sonra edilən açılış duası

18

Rukuda edilən dua

19

Rukudan qalxarkən edilən dua

20

Səcdədə edilən dua

21

İki səcdə arasında oturduqda edilən dua

22

Tilavət səcdəsində edilən dua

23

Təşəhhüd

24

Təşəhhüddən sonra Peyğəmbərə ﷺ oxunan salavat

25

Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua

26

Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

27

Peyğəmbərin ﷺ duha namazından sonra dediyi dua

28

İstixarə namazının duası

29

Səhər və axşam zikrləri

30

Yatağa girərkən oxunan zikrlər

31

Gecə yatarkən bir tərəfdən digər tərəfə çevrildikdə edilən dua

32

Yuxuda həyəcan və qorxu hissi keçirən, dəhşətə gələn və başqa bu kimi hallarda oxunan dua

33

Pis yuxu görən nə etməlidir

34

Vitr namazında edilən qunut duası

35

Vitr namazının salamından sonra edilən zikr

36

Üzüntü və kədər anında oxunan dua

37

Sıxıntı anında oxunan dua

38

Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua

39

Rəhbərin zülmündən qorxan kimsənin etdiyi dua

40

Düşmənə qarşı edilən dua

41

Hər hansı bir camaatdan qorxan kimsənin etdiyi dua

42

İmanda şəkkə düşənin duası

43

Borcdan qurtarmaq üçün edilən dua

44

Namaz qılarkən yaxud Quran oxuyarkən gələn vəsvəsəyə qarşı edilən dua

45

Bir iş ağır gəldikdə edilən dua

46

Xoşa gəlməyən bir hadisə baş verdikdə yaxud istədiyi bir iş baş tutmadıqda edilən dua

47

Övladı olanı təbrik etmək

48

Uşaqları qorumaq üçün oxunan dua

49

Bədənində ağrı hiss edən nə deməlidir?

50

Xəstəni ziyarət edərkən onun üçün edilən dua

51

Xəstələnənin sağalması üçün edilən dualar

52

Həyatından əlini üzmüş xəstənin duası

53

Can verənə təlqin edilən dua

54

Başına müsibət gələnin duası

55

Meyitin gözlərini qapayarkən edilən dua

56

Cənazə namazında meyit üçün oxunan dua

57

Həddi-büluğa çatmamış uşağın cənazə namazında oxunulan dua

58

Təziyə (ölənin yaxınlarına təsəlli vermək) duası

59

Cənazəni qəbrə qoyarkən edilən dua

60

Cənazəni dəfn etdikdən sonra edilən dua

61

Qəbirləri ziyarət edərkən oxunan dua

62

Külək əsərkən edilən dua

63

Göy guruldayarkən edilən dua

64

Yağışın yağması üçün edilən bəzi dualar

65

Yağış yağanda edilən dua

66

Yağış yağandan sonra edilən zikr

67

Havanın açılması üçün edilən dua

68

Təzə ay görünərkən edilən dua

69

Oruc tutan iftarını açarkən etdiyi dua

70

Yeməyə başlayarkən edilən dua

71

Yeməkdən sonra edilən dua

72

Qonağın ona yemək verən üçün etdiyi dua

73

Su verən yaxud vermək istəyən şəxs üçün edilən dua

74

Başqa bir evdə orucunu açan şəxsin ev əhli üçün etdiyi dua

75

Oruc tutan onu söyən adama nə deməlidir?

76

Mövsümün yeni meyvəsini gördükdə edilən dua

77

Asqırdıqda edilən dua

78

Kafir asqırıb “əlhəmdulilləh” desə, ona nə deyilir

79

Evlənən üçün edilən dua

80

Evlənən şəxsin özü üçün etdiyi dua və minik heyvanı alanın edəcəyi dua

81

Həyat yoldaşı ilə cinsi əlaqəyə girməmişdən əvvəl edilən dua

82

Qəzəblənərkən edilən dua

83

Müsibətə düçar olmuş kimsəni görərkən edilən dua

84

Məclisdə deyilən dua

85

Məclisin kəffarəsi

86

Sənə yaxşılıq edən şəxs üçün edəcəyin dua

87

Dəccaldan qorunmaq üçün olan zikr

88

“Səni Allah xatirinə sevirəm”- deyən üçün edilən dua

89

Malını sənə təklif edən şəxs üçün edilən dua

90

“Allah səni bağışlasın!” deyən üçün edilən dua

91

Borcu qaytararkən onu verən şəxs üçün edilən dua

92

Allaha şərik qoşmaqdan qorxanın edəcəyi dua

93

Bəd əlamətə (müəyyən bir hadisəni uğursuzluğa yozmağa) qarşı edilən dua

94

Minik vasitəsinə minərkən edilən dua

95

Səfər duası

96

Kəndə yaxud şəhərə daxil olarkən edilən dua

97

Bazara girərkən edilən dua

98

Minik vasitəsi büdrədikdə və ya ilişib qaldıqda edilən dua

99

Vidalaşdıqda müsafirin sakinlər üçün etdiyi dua

100

Vidalaşdıqda sakinlərin müsafir üçün etdiyi dua

101

Səfərdə yol gedərkən təkbir və təsbih

102

Müsafirin səhərə yaxın belə dua etməsi

103

Səfərdə və ya başqa vaxtlarda mənzil başına çatdıqda edilən dua

104

Səfərdən qayıdarkən edilən zikr

105

Sevindirici yaxud xoşagəlməyən hadisə ilə rastlaşan adam nə deməlidir

106

Söydüyün adam üçün edəcəyin dua

107

Müsəlman müsəlmanı tərifləyəndə nə deməlidir

108

Təriflənən müsəlman nə deməlidir

109

Təəccüblənərkən və ya sevinərkən edilən dua

110

Bir şeyi gözə gətirəcəyindən qorxan adamın etdiyi dua

111

Qorxduqda nə deyilir

112

Üsyankar şeytanların hiyləsini dəf etmək üçün edilən zikr

113

Qurban kəsərkən nə deyilir?

114

Arafa günü edilən dua

115

Döyüş meydanından qaçan da bağışlana bilər

116

Kəffarələr haqda

117

Peyğəmbər ﷺ necə zikr edərdi

118

Ümrə ziyarəti əsnasında ihramda olan şəxs necə təlbiyə etməlidir

119

Qara daş yerləşən küncə gəlib çatdıqda təkbir gətirmək

120

Kəbəni təvaf edərkən Yəmən küncü ilə qara daş arasında edilən dua

121

Safə və Mərva dağları üzərində dayandıqda edilən dua

122

Qədr gecəsində hansı duanı etmək daha yaxşıdır?

123

Bu zikrləri dedikdə Cənnətdə ağac əkilir

124

Bu zikri deyəndə Cənnətdə xurma ağacı əkilir

125

Rahmənə sevimli olan kəlmələr

126

Düşməndən qorxan, xəsis və tənbəl bu zikri çoxaltsın

127

Savabı bol olan zikr

128

Bəzi zikrlərin fəziləti haqda

129

Hava qaraldıqda icra ediləcək məsləhətlər

130

Şeytanı və onun vəsvəsələrini nə uzaqlaşdırır?

131

Xəstəni ziyarət etməyin fəziləti

132

Peyğəmbərə ﷺ salavat gətirməyin fəziləti

133

Salamın fəziləti haqda

134

Salam verən kafirin salamı necə alınmalıdır?

135

Gecə heyvanların səslərini eşidərkən edilən dua

136

Duaların daha tez qəbul olan məqamları

137

Son söz əvəzi

استبدال الكلمة الأخيرة