Hədislərlə müsəlmanın qalasıAxırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua

Kitab 25

Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua

11

hədis

Dua

اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ وَمِنْ عَذَابِ الْقَبْرِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ

Alla:hummə, inni: əu:zu bikə min azə:bi Cəhənnəm, va min azə:bil-qabri, va min fitnətil-məhyə: val-məmə:ti, va min şərri fitnətil-məsi:hid-dəccə:l!

Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا تَشَهَّدَ أَحَدُكُمْ فَلْيَسْتَعِذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ يَقُولُ اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ وَمِنْ عَذَابِ الْقَبْرِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz təşəhhüd dedikdə, dörd şeydən Allaha sığınaraq desin: “Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram!””

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 58 (Kitab 25, 1)

Qeyd

Muslim, 924, 1352.

Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ

Alla:hummə, inni: əu:zu bikə min azə:bil-qabri, va əu:zu bikə min fitnətil-məsi:hid-dəccə:l, va əu:zu bikə min fitnətil-məhyə: val-məmə:ti! Alla:hummə, inni əu:zu bikə minəl-mə'səmi val-məğrami!

Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günahdan və borcdan Sənə sığınıram!

Hədis

أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِى الصَّلاَةِ «اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ ». قَالَتْ فَقَالَ لَهُ قَائِلٌ مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ يَا رَسُولَ اللَّهِ. فَقَالَ «إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ وَوَعَدَ فَأَخْلَفَ».

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda belə dua edərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günahdan və borcdan Sənə sığınıram!” Bir kişi ondan soruşdu: “Borca görə nə çox Allaha sığınırsan, ey Allahın Elçisi?” O da dedi: “Kişi borca düşdükdə yalan danışar, vəd verdikdə isə ona xilaf çıxar”.”

Aişə
SəhihMüsəlmanın qalası, 59 (Kitab 25, 2)

Qeyd

Muslim, 925, 1353.

Dua

اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

Alla:hummə, inni: zaləmtu nəfsi: zulmən kəsi:ran, va lə: yəğfiruz-zunu:bə illə: ənt, fəğfirli: məğfiratən min i'ndikə varhəmni:, innəkə əntəl-ğafu:rur-rahi:m!

Allahım! Mən özümə çoxlu zülm etdim və günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!

Hədis

عَنْ أَبِى بَكْرٍ الصِّدِّيقِ أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِّمْنِى دُعَاءً أَدْعُو بِهِ فِى صَلاَتِى . قَالَ «قُلِ اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِى مَغْفِرَةً مِنْ عِنْدِكَ ، وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ »

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ bir dəfə Allah Elçisinə ﷺ dedi: “Mənə namazımda edəcəyim bir dua öyrət”. O dedi: “De: “Allahım! Mən özümə çoxlu zülm etdim və günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Əbu Bəkr əs-Siddiq
SəhihMüsəlmanın qalası, 60 (Kitab 25, 3)

Qeyd

əl-Buxari, 790, 834, 5851, 6326, 6839.

Dua

اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ، وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ، وَمَا أَعْلَنْتُ، وَمَا أَسْرَفْتُ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي. أَنْتَ الْمُقَدِّمُ ، وَأَنْتَ الْمُؤَخِّرُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ

Alla:hummə-ğfirli: mə: qaddəmtu, va mə: əxxartu, va mə: əsrartu, va mə: ə'ləntu, va mə: əsraftu, va mə: əntə ə'ləmu bihi minni:, əntəl-muqaddimu, va əntəl-muəxxiru, lə: ilə:hə illə: ənt!

Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin pis əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa ibadətə layiq məbud yoxdur!

Hədis

عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ قَالَ ... ثُمَّ يَكُونُ مِنْ آخِرِ مَا يَقُولُ بَيْنَ التَّشَهُّدِ وَالتَّسْلِيمِ «اللَّهُمَّ اغْفِرْ لِى مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ وَمَا أَسْرَفْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّى أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ».

“Əli ibn Əbu Talib ﵁ uzun bir hədisdə Allah Elçisinin ﷺ namazda necə dua etdiyi haqda belə demişdir: “...Axırda təşəhhüdlə salamın arasında belə deyərdi: “Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa ibadətə layiq məbud yoxdur”.”

Əli ibn Əbu Talib
SəhihMüsəlmanın qalası, 61 (Kitab 25, 4)

Qeyd

Muslim, 1290, 1848.

Dua

اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ

Alla:hummə, əinni: alə: zikrikə, va şukrikə, va husni ibə:dətik!

Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!

Hədis

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ وَقَالَ «يَا مُعَاذُ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ». فَقَالَ «أُوصِيكَ يَا مُعَاذُ لاَ تَدَعَنَّ فِى دُبُرِ كُلِّ صَلاَةٍ تَقُولُ اللَّهُمَّ أَعِنِّى عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ».

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onun əlindən tutub dedi: “Ey Muaz! Allaha and olsun, mən səni sevirəm! Allaha and olsun, mən səni sevirəm! Sənə vəsiyyət edəcəyəm, ey Muaz! Onları hər namazdan sonra deməyi tərk etmə: “Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!””

Muaz ibn Cəbəl
SəhihMüsəlmanın qalası, 62 (Kitab 25, 5)

Qeyd

Əbu Davud, 1524; ən-Nəsəi “Sunənul-Kubra” 9937. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7969.

Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبُخْلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ، وَأَعُوذُ بِكَ مِنْ أَنْ أُرَدَّ إِلىَ أَرْذَلِ الْعُمُرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَعَذَابِ الْقَبْرِ

Alla:hummə, inni: əu:zu bikə minəl-buxli, va əu:zu bikə minəl-cubni, va əu:zu bikə min ən uraddə ilə: ərzəlil-umuri, va əu:zu bikə min fitnətid-dunyə: va azə:bil-qabri!

Allahım, xəsislikdən Sənə sığınıram! Qorxaqlıqdan Sənə sığınıram! Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram! Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!

Hədis

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ أَنَّ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ بِهَؤُلاَءِ الكَلِمَاتِ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْبُخْلِ وَأَعُوذُ بِكَ مِنْ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ.

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bu kəlmələri deməyi əmr edərdi: “Allahım, xəsislikdən Sənə sığınıram! Qorxaqlıqdan Sənə sığınıram! Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram! Dünyanın fitnəsindən Sənə sığınıram! Qəbir əzabından Sənə sığınıram!””

Səd ibn Əbu Vaqqas
SəhihMüsəlmanın qalası, 63 (Kitab 25, 6)

Qeyd

əl-Buxari, 5888, 6365.

Dua

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ

Alla:hummə, inni: əs əlukəl-cənnətə va əu:zu bikə minən-nə:r!

Allahım, Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى صَالِحٍ عَنْ بَعْضِ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِرَجُلٍ « كَيْفَ تَقُولُ فِى الصَّلاَةِ ». قَالَ أَتَشَهَّدُ وَأَقُولُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ أَمَا إِنِّى لاَ أُحْسِنُ دَنْدَنَتَكَ وَلاَ دَنْدَنَةَ مُعَاذٍ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « حَوْلَهَا نُدَنْدِنُ ».

“Əbu Salih Peyğəmbərin ﷺ bəzi səhabələrindən belə rəvayət etmişdir: “Peyğəmbər ﷺ bir kişidən: “Namazda nə deyirsən?”- deyə soruşdu. O belə cavab verdi: “Şəhadət edib sonra: “Allahım, Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!”- deyirəm. Amma sənin və Muazın donqultusunu bacarmıram”. Peyğəmbər ﷺ ona: “Biz də sənin dediklərinin ətrafında donquldanırıq!”- deyə buyurdu”.”

Əbu Salih Peyğəmbərin ﷺ bəzi səhabələrindən
SəhihMüsəlmanın qalası, 64 (Kitab 25, 7)

Qeyd

Əbu Davud, 792. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3163.

Dua

اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ، وَأَسْأَلُكَ الرِّضَا بَعْدَ الْقَضَاءِ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ اْلإِيْمَانِ وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ

Alla:hummə, bi ilmikəl-ğaybə, va qudratikə aləl-xalqi, əhyini: mə: alimtəl-həyə:tə xayran li:, va təvaffəni: izə: alimtəl-vafə:tə xayran li:, va əs əlukə xaşyətəkə fil-ğaybi vaş-şəhə:də, va əs əlukə kəlimətəl-həqqi fir-rida: val-ğadab, va əs əlukəl-qasdə fil-fəqri val-ğinə:, va əs əlukə nəi:mən lə: yənfədu, va əs əlukə qurratə aynin lə: tənqatiu, va əs əlukər-rida: bə'dəl-qada:i, va əs əlukə bərdəl-ayşi bə'dəl-məut, va əs əlukə ləzzətən-nəzari ilə: vachikə, vaş-şəvqa ilə: liqa:ikə fi: ğayri darra:ə mudirra, va lə: fitnətin mudillə! Alla:hummə, zeyyinnə: bi-zi:nətil-i:mə:n, vac alnə: hudə:tən muhtədi:n!

Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən layiqincə qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Zənginlikdə də, kasıblıqda da Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən, başıma gələn qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!

Hədis

حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Əta ibn əs-Saib ﵀ atasının belə dediyini rəvayət edir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı dedim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. O, Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən layiqincə qorxmağı diləyirəm! Səndən, razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən, başıma gələn qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Əta ibn əs-Saib
SəhihMüsəlmanın qalası, 65 (Kitab 25, 8)

Qeyd

ən-Nəsəi “Sunən” 1288, 1313. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2497.

Dua

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللهُ بِأَنَّكَ الْوَاحِدُ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

Alla:hummə, inni: əs əlukə yə: Alla:hu biənnəkəl-va:hidul-əhədus-saməd əlləzi: ləm yəlid va ləm yu:ləd va ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirali: zunu:bi:, innəkə əntəl-ğafu:rur-rahi:m!

Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!

Hədis

أَنَّ مِحْجَنَ بْنَ الأَدْرَعِ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ إِذَا رَجُلٌ قَدْ قَضَى صَلاَتَهُ وَهُوَ يَتَشَهَّدُ فَقَالَ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ يَا اللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ الصَّمَدُ الَّذِى لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ أَنْ تَغْفِرَ لِى ذُنُوبِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « قَدْ غُفِرَ لَهُ ». ثَلاَثًا.

“Mihcən ibn əl-Ədrai ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə girdikdə, bir kişi namazını bitirərkən təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!” Allah Elçisi ﷺ üç dəfə dedi: “Artıq o bağışlandı!””

Mihcən ibn əl-Ədrai
SəhihMüsəlmanın qalası, 66 (Kitab 25, 9)

Qeyd

ən-Nəsəi “Sunən” 1309. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 905.

Dua

اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الْمَنَّانُ بَدِيعُ السَّمَوَاتِ وَالأَرْضِ يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ يَا حَىُّ يَا قَيُّومُ إِنِّى أَسْأَلُكَ

Alla:hummə, inni: əs əlukə biənnə ləkəl-həmdə, lə: ilə:hə illə: əntəl-Mənnə:nu, bədi:us-səmə:və:ti val-ərdi, yə: Zəl-Cələ:li vəl-İkra:m, yə: Həyyu, yə: Qayyu:m, inni: əsəlukə!

Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ibadətə layiq məbud yoxdur, Sən lütf edən, yeri-göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Sənə yalvarıram!

Hədis

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا - يَعْنِى - وَرَجُلٌ قَائِمٌ يُصَلِّى فَلَمَّا رَكَعَ وَسَجَدَ وَتَشَهَّدَ دَعَا فَقَالَ فِى دُعَائِهِ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الْمَنَّانُ بَدِيعُ السَّمَوَاتِ وَالأَرْضِ يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ يَا حَىُّ يَا قَيُّومُ إِنِّى أَسْأَلُكَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ « تَدْرُونَ بِمَا دَعَا ». قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ لَقَدْ دَعَا اللَّهَ بِاسْمِهِ الْعَظِيمِ الَّذِى إِذَا دُعِىَ بِهِ أَجَابَ وَإِذَا سُئِلَ بِهِ أَعْطَى ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə oturmuşduq. Bir kişi namaz qılarkən ruku, səcdə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ibadətə layiq məbud yoxdur, Sən lütf edən, yeri-göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Sənə yalvarıram!” Peyğəmbər ﷺ səhabələrinə buyurdu: “Onun necə dua etdiyini bilirsinizmi?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “Canım əlində Olana and olsun ki, o, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər”.”

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 67 (Kitab 25, 10)

Qeyd

ən-Nəsəi “Sunən” 1308. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1300.

Dua

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

Alla:hummə, inni: əs əlukə biənni: əşhədu ənnəkə əntəlla:hu lə: ilə:hə illə: əntəl-əhədus-saməd, əlləzi: ləm yəlid va ləm yu:ləd va ləm yəkun ləhu kufuvən əhəd!

Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa ibadətə layiq məbud yoxdur! Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən!

Hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ بُرَيْدَةَ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ رَجُلاً يَقُولُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ أَنِّى أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الأَحَدُ الصَّمَدُ الَّذِى لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. فَقَالَ «لَقَدْ سَأَلْتَ اللَّهَ بِالاِسْمِ الَّذِى إِذَا سُئِلَ بِهِ أَعْطَى وَإِذَا دُعِىَ بِهِ أَجَابَ»

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ bir kişinin “Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa ibadətə layiq məbud yoxdur. Doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən!”- dediyini eşitdi və buyurdu: “Sən Allahdan istənildiyi vaxt verilən və dua edildiyi vaxt cavab verilən adla istədin”.”

Abdullah ibn Bureydə atasından
SəhihMüsəlmanın qalası, 68 (Kitab 25, 11)

Qeyd

Əbu Davud, 1493, 1495; ət-Tirmizi, 3475, 3812; İbn Məcə, 3857. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1640.