اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ
Alla:hummə, əinni: alə: zikrikə, va şukrikə, va husni ibə:dətik!
Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!
Hədis
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ وَقَالَ «يَا مُعَاذُ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ وَاللَّهِ إِنِّى لأُحِبُّكَ». فَقَالَ «أُوصِيكَ يَا مُعَاذُ لاَ تَدَعَنَّ فِى دُبُرِ كُلِّ صَلاَةٍ تَقُولُ اللَّهُمَّ أَعِنِّى عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ».
“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onun əlindən tutub dedi: “Ey Muaz! Allaha and olsun, mən səni sevirəm! Allaha and olsun, mən səni sevirəm! Sənə vəsiyyət edəcəyəm, ey Muaz! Onları hər namazdan sonra deməyi tərk etmə: “Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!””
Qeyd
Əbu Davud, 1524; ən-Nəsəi “Sunənul-Kubra” 9937. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7969.
İstinad
Müsəlmanın qalası, 62 (Kitab 25, 5)
Hədislərlə müsəlmanın qalası — Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua