اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللهُ بِأَنَّكَ الْوَاحِدُ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
Alla:hummə, inni: əs əlukə yə: Alla:hu biənnəkəl-va:hidul-əhədus-saməd əlləzi: ləm yəlid va ləm yu:ləd va ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirali: zunu:bi:, innəkə əntəl-ğafu:rur-rahi:m!
Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!
Hədis
أَنَّ مِحْجَنَ بْنَ الأَدْرَعِ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ إِذَا رَجُلٌ قَدْ قَضَى صَلاَتَهُ وَهُوَ يَتَشَهَّدُ فَقَالَ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ يَا اللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ الصَّمَدُ الَّذِى لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ أَنْ تَغْفِرَ لِى ذُنُوبِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « قَدْ غُفِرَ لَهُ ». ثَلاَثًا.
“Mihcən ibn əl-Ədrai ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə girdikdə, bir kişi namazını bitirərkən təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!” Allah Elçisi ﷺ üç dəfə dedi: “Artıq o bağışlandı!””
Qeyd
ən-Nəsəi “Sunən” 1309. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 905.
İstinad
Müsəlmanın qalası, 66 (Kitab 25, 9)
Hədislərlə müsəlmanın qalası — Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua