اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
Alla:hummə, inni: zaləmtu nəfsi: zulmən kəsi:ran, va lə: yəğfiruz-zunu:bə illə: ənt, fəğfirli: məğfiratən min i'ndikə varhəmni:, innəkə əntəl-ğafu:rur-rahi:m!
Allahım! Mən özümə çoxlu zülm etdim və günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!
Hədis
عَنْ أَبِى بَكْرٍ الصِّدِّيقِ أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِّمْنِى دُعَاءً أَدْعُو بِهِ فِى صَلاَتِى . قَالَ «قُلِ اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِى مَغْفِرَةً مِنْ عِنْدِكَ ، وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ »
“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ bir dəfə Allah Elçisinə ﷺ dedi: “Mənə namazımda edəcəyim bir dua öyrət”. O dedi: “De: “Allahım! Mən özümə çoxlu zülm etdim və günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””
Qeyd
əl-Buxari, 790, 834, 5851, 6326, 6839.
İstinad
Müsəlmanın qalası, 60 (Kitab 25, 3)
Hədislərlə müsəlmanın qalası — Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua