Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
Dua

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ

Alla:hummə, inni: əs əlukəl-cənnətə va əu:zu bikə minən-nə:r!

Allahım, Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى صَالِحٍ عَنْ بَعْضِ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِرَجُلٍ « كَيْفَ تَقُولُ فِى الصَّلاَةِ ». قَالَ أَتَشَهَّدُ وَأَقُولُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْجَنَّةَ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ أَمَا إِنِّى لاَ أُحْسِنُ دَنْدَنَتَكَ وَلاَ دَنْدَنَةَ مُعَاذٍ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « حَوْلَهَا نُدَنْدِنُ ».

“Əbu Salih Peyğəmbərin ﷺ bəzi səhabələrindən belə rəvayət etmişdir: “Peyğəmbər ﷺ bir kişidən: “Namazda nə deyirsən?”- deyə soruşdu. O belə cavab verdi: “Şəhadət edib sonra: “Allahım, Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!”- deyirəm. Amma sənin və Muazın donqultusunu bacarmıram”. Peyğəmbər ﷺ ona: “Biz də sənin dediklərinin ətrafında donquldanırıq!”- deyə buyurdu”.”

Əbu Salih Peyğəmbərin ﷺ bəzi səhabələrindən
Səhih

Qeyd

Əbu Davud, 792. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3163.

İstinad

Müsəlmanın qalası, 64 (Kitab 25, 7)

Hədislərlə müsəlmanın qalası — Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua