Hədislərlə müsəlmanın qalasıYuxuda həyəcan və qorxu hissi keçirən, dəhşətə gələn və başqa bu kimi hallarda oxunan dua

Kitab 32

Yuxuda həyəcan və qorxu hissi keçirən, dəhşətə gələn və başqa bu kimi hallarda oxunan dua

1

hədis

Dua

أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ غَضَبِهِ وَعِقَابِهِ، وَشَرِّ عِبَادِهِ، وَمِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَنْ يَحْضُرُونِ

Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min ğadabihi va iqa:bihi va şərri ibə:dihi va min həməzə:tiş-şəyə:tin va ən yəhduru:n!

Allahın qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və mənə yaxın gəlmələrindən Allahın tam kəlamlarına sığınıram!

Hədis

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا فَزِعَ أَحَدُكُمْ فِى النَّوْمِ فَلْيَقُلْ أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ غَضَبِهِ وَعِقَابِهِ وَشَرِّ عِبَادِهِ وَمِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَنْ يَحْضُرُونِ. فَإِنَّهَا لَنْ تَضُرَّهُ ».

“Amr ibn Şueyb atasından, o da babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri yuxudan qorxaraq oyanarsa, belə desin: “Allahın qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və mənə yaxın gəlmələrindən Allahın tam kəlamlarına sığınıram! – (Əu:zu bikəlimə:tillə:hit-tə:mmə:ti min ğadabihi va iqa:bihi va şərri ibə:dihi va min həməzə:tiş-şəyə:tin va ən yəhduru:n!)”. Həmin halda ona heç bir şey zərər vura bilməz”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənMüsəlmanın qalası, 120 (Kitab 32, 1)

Qeyd

ət-Tirmizi, 3528, 3872. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 264.