Hədislərlə müsəlmanın qalasıBəd əlamətə (müəyyən bir hadisəni uğursuzluğa yozmağa) qarşı edilən dua

Kitab 93

Bəd əlamətə (müəyyən bir hadisəni uğursuzluğa yozmağa) qarşı edilən dua

1

hədis

Dua

اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُكَ ، وَلاَ طَيْرَ إِلاَّ طَيْرُكَ ، وَلاَ إِلَهَ غَيْرُكَ

Alla:hummə, lə: xayra illə: xayruk, va lə: tayra illə: tayruk, va lə: ilə:hə ğayruk!

Allahım! Sənin verdiyin xeyirdən başqa xeyir yoxdur, Sənin izninlə göydə uçan quşdan başqa heç bir quş yoxdur və Səndən başqa ibadətə layiq məbud yoxdur!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ رَدَّتْهُ الطِّيَرَةُ مِنْ حَاجَةٍ ، فَقَدْ أَشْرَكَ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، مَا كَفَّارَةُ ذَلِكَ ؟ قَالَ : أَنْ يَقُولَ أَحَدُهُمْ : اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُكَ ، وَلاَ طَيْرَ إِلاَّ طَيْرُكَ ، وَلاَ إِلَهَ غَيْرُكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir işdən ötrü (bir işin uğurlu olub-olmamasını yoxlamaq üçün) quş uçurdarsa, şirk etmiş olar”. Səhabələr dedilər: “Bunun kəffarəsi nədir?” O buyurdu: “Allahım! Sənin verdiyin xeyirdən başqa xeyir yoxdur, Sənin izninlə göydə uçan quşdan başqa heç bir quş yoxdur və Səndən başqa ibadətə layiq məbud yoxdur!””

Abdullah ibn Amr
HəsənMüsəlmanın qalası, 209 (Kitab 93, 1)

Qeyd

Cahiliyyə dövründə ərəblər səfərə çıxmaq istədikdə onun uğurlu və ya uğursuz olacağını bilmək üçün göyə quş uçurdardılar. Onlar fikirləşirdilər ki, quş sağ tərəfə uçsa səfər uğurlu, sol tərəfə uçsa uğursuz olacaq. Belə ki, onlar səfərin uğurlu və ya uğursuz olacağını quşun sağ və ya sol tərəfə uçması ilə əlaqələndirirdilər. Bu dua digər hədislərdə yerləri dəyişik şəkildə rəvayət edilmişdir, lakin hamısının mənası eynidir. Əhməd, 7045. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1065.