Hədislərlə müsəlmanın qalasıYuxudan oyanarkən edilən zikrlər

Kitab 1

Yuxudan oyanarkən edilən zikrlər

4

hədis

Dua

اَلْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ

Əlhəmdulillə:hilləzi: əhyə:nə: bə'də mə: əmə:tənə: va ileyhin-nuşu:r!

Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra) qayıdış Onadır!

Hədis

عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ قَالَ « بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا » . وَإِذَا اسْتَيْقَظَ مِنْ مَنَامِهِ قَالَ « الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ yatmaq istədikdə: “Allahım, Sənin adınla ölür və dirilirəm! – (Bismik-Əlla:hummə əmu:tu va əhyə:!)”, yuxudan oyandıqda isə: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır!”- deyərdi”.”

Huzeyfə
SəhihMüsəlmanın qalası, 1 (Kitab 1, 1)

Qeyd

əl-Buxari, 5849, 6324.

Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ للهِ، وَلاَ إِلَهَ إِلاَّ اللهُ، وَاللهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r, subhə:n-Alla:hi, valhəmdulillə:hi, va lə: ilə:hə illəlla:hu, valla:hu əkbər, va lə: həulə va lə: quvvətə illə: billə:hil-aliyyil-azi:m!

Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Uca və Böyük Allahdadır!

Hədis

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ حِينَ يَسْتَيْقِظُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، سُبْحَانَ اللهِ ، وَالْحَمْدُ لِلَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ ، ثُمَّ دَعَا رَبِّ اغْفِرْ لِي ، غُفِرَ لَهُ. - قَالَ الْوَلِيدُ : أَوْ قَالَ : دَعَا اسْتُجِيبَ لَهُ ، فَإِنْ قَامَ فَتَوَضَّأَ ثُمَّ صَلَّى ، قُبِلَتْ صَلاَتُهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə oyandıqda: “Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Uca və Böyük Allahdadır!” - deyər, sonra dua edib: “Ey Rəbbim, məni bağışla! – (Rabbi ğfirli:!)”- desə, bağışlanar. Dua etsə, duası qəbul olunar, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”

Ubadə ibn əs-Samit
SəhihMüsəlmanın qalası, 2 (Kitab 1, 2)

Qeyd

İbn Məcə, 3878. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6156.

Dua

الْحَمْدُ للهِ الَّذِي عَافَانِي فِي جَسَدِي، وَرَدَّ عَلَيَّ رُوحِي، وَأَذِنَ لِي بِذِكْرِهِ

Əlhəmdulillə:hilləzi: a:fə:ni fi: cəsədi:, va raddə aleyyə ru:hi: va əzinə li: bizikrihi!

Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izn verən Allaha həmd olsun!

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَامَ أَحَدُكُمْ عَنْ فِرَاشِهِ ثُمَّ رَجَعَ إِلَيْهِ فَلْيَنْفُضْهُ بِصَنِفَةِ إِزَارِهِ ثَلاَثَ مَرَّاتٍ ، فَإِنَّهُ لاَ يَدْرِي مَا خَلَفَهُ عَلَيْهِ بَعْدُ ، فَإِذَا اضْطَجَعَ فَلْيَقُلْ : بِاسْمِكَ رَبِّي وَضَعْتُ جَنْبِي ، وَبِكَ أَرْفَعُهُ ، فَإِنْ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا ، وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ ، فَإِذَا اسْتَيْقَظَ فَلْيَقُلْ : الحَمْدُ لِلَّهِ الَّذِي عَافَانِي فِي جَسَدِي ، وَرَدَّ عَلَيَّ رُوحِي وَأَذِنَ لِي بِذِكْرِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz yatağından durduqdan sonra yenidən ora qayıtsa, paltarının ətəyi ilə yatağını üç dəfə çırpıb təmizləsin, çünki o, özündən sonra yatağına nəyin girdiyini bilməz. Yatdığı zaman isə belə desin: “Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru! – (Bismikə Rabbi: vada'tu cənbi: va bikə ərfə'uhu fə in əmsəktə nəfsi: fərhəmhə: va in ərsəltəhə: fəhfəzhə: bimə: təhfəzu bihi i'bə:dəkəs-sa:lihi:n!)”. Oyandıqda da belə desin: “Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izn verən Allaha həmd olsun!””

Əbu Hureyra
HəsənMüsəlmanın qalası, 3 (Kitab 1, 3)

Qeyd

ət-Tirmizi, 3401, 3729. Hədis həsəndir. Bax: əl-Kəlimut-Tayyib, 34.

Dua

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ (١٩٠) الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ (١٩١) رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ (١٩٢) رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ (١٩٣) رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ (١٩٤) فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ (١٩٥) لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ (١٩٦) مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ (١٩٧) لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ (١٩٨) وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ (١٩٩) يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (٢٠٠)

(190) İnnə fi: xalqis-səmə:və:ti val-ərdi vaxtilə:fil-leyli vən-nəhə:ri ləə:yə:til-liulil-əl-bə:b. (191) Əlləzi:nə yəzkuru:nəlla:hə qiyə:mən va quu:dən va alə: cunu:bihim va yətəfəkkəru:nə fi: xalqis-səmə:və:ti val-ərdi Rabbənə: mə: xaləqtə hə:zə bə:tilən subhə:nəkə fəqinə: əzə:bən-nə:r. (192) Rabbənə: innəkə mən tudxilin-nə:ra fəqad əxzeytəhu: va mə: liz-za:limi:nə min ənsa:r. (193) Rabbənə: innənə: səmi'nə: munə:diyən yunə:di: lil-i:mə:ni ən ə:minu: bi Rabbikum fəə:mənnə:, Rabbənə: fəğfirlənə: zunu:bənə: va kəffir annə: seyyiə:tinə: va təvaffənə: məal-əbra:r. (194) Rabbənə: va ə:tinə: mə: vəadtənə: alə: rusulikə va lə: tuxzinə: yəvməl-qiyə:mə. İnnəkə lə: tuxliful-mi:a:d. (195) Fəstəcə:bə ləhum Rabbuhum ənni: lə: udi:u' amələ a:milim-minkum-min zəkərin əu unsə: bə'dukum mim bə'd. Fəlləzi:nə hə:cəru va uxricu: min diyə:rihim va u:zu fi: səbi:li: va qa:təlu: va qutilu: ləukəffirannə anhum seyyiə:tihim va ləudxilənnəhum cənnə:tin təcri: min təhtihəl-ənhə:ru səva:bəm min i'ndillə:h. Valla:hu i'ndəhu: husnus-səvə:b. (196) Lə: yəğurrannəkə təqallubulləzi:nə kəfəru: fil-bilə:d. (197) Mətə:un qali:lun summə mə'və:hum cəhənnəmu va bi'səl-mihə:d. (198) Lə:kinilləzi:nət-təqav Rabbəhum ləhum cənnə:tun təcri:min təhtihəl-ənhə:ru xa:lidi:nə fi:hə: nuzuləm-min i'ndillə:hi va mə: i'ndəlla:hi xayrullil-əbra:r. (199) Va innə min əhlil-kitə:bi ləməy-yu'minu billə:hi va mə: unzilə ileykum va mə: unzilə ileyhim xa:şi'i:nə lillə:hi lə: yəştəru:nə biə:yə:tillə:hi səmənən qali:lə. Ulə:ikə ləhum əcruhum i'ndə Rabbihim innəlla:hə səri:u'l-hisə:b. (200) Yə: əyyuhəlləzi:nə ə:mənusbiru: va sa:biru: va ra:bitu vattəqulla:hə ləalləkum tuflihu:n!

(190) Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. (191) O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünürlər (və deyirlər): “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (192) Ey Rəbbimiz! Sən Oda daxil etdiyin kəsi əlbəttə, rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (193) Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla (möminlərlə) bir yerdə al! (194) Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədə xilaf çıxmırsan!” (195) Onların Rəbbi onlara cavab verdi: “Mən, sizlərdən – istər kişi, istərsə də qadın olsun – heç bir iş görənin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (dində kişi və qadın eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin əlbəttə təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu, onlar üçün) Allahdan bir mükafatdır. Gözəl mükafat yalnız Allah yanındadır”. (196) Qoy kafirlərin diyarbədiyar gəzib-dolaşması səni aldatmasın! (197) Bu, az (yaxud keçici) bir zövqdür. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora nə pis yataqdır! (198) Lakin öz Rəbbindən qorxanlar üçün ağacları altından çaylar axan cənnətlər vardır ki, onlar orada əbədi qalacaqlar. (Bu, onlar üçün) Allahdan bir ziyafətdir. Allah yanında olan (nemətlər) itaətkarlar (möminlər) üçün daha xeyirlidir. (199) Həqiqətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (200) Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran, 190-200).

Hədis

أَنَّ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ ، أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ أُمِّ الْمُؤْمِنِينَ وَهِيَ خَالَتُهُ ، فَاضْطَجَعَ فِي عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِي طُولِهَا ، فَنَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حَتَّى إِذَا انْتَصَفَ اللَّيْلُ أَوْ قَبْلَهُ قَلِيلاً أَوْ بَعْدَهُ قَلِيلاً اسْتَيْقَظَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَلَسَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ الْعَشْرَ الآيَاتِ الْخَوَاتِيمَ مِنْ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ مِنْهَا فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّي ، قَالَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ : فَقُمْتُ فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِي ، وَأَخَذَ بِأُذُنِي الْيُمْنَى يَفْتِلُهَا ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ xalası və möminlərin anası Məymunənin yanında gecələmişdi. İbn Abbas başını yastığın enli tərəfinə qoyub uzandı. Allah Elçisi ﷺ və ailəsi də başlarını yastığın uzun tərəfindən qoyub yatdılar. Allah Elçisi ﷺ gecənin yarısı və ya ondan qabaq və ya sonraya qədər yatdı. Allah Elçisi ﷺ oyandıqdan sonra oturub əlləri ilə üzünü ovuşdurdu və Ali-İmran surəsinin sonundan on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluqdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Abdullah ibn Abbas deyir: “Mən qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında (sol tərəfində) dayandım. Allah Elçisi ﷺ sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı və müəzzin gələnə qədər yatdı. (Azan verildikdən sonra) da iki rükət qısa namaz qıldı”.”

Abdullah ibn Abbas
SəhihMüsəlmanın qalası, 4 (Kitab 1, 4)

Qeyd

ən-Nəsəi “Sunən” 1620, 1631. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəməil, 224.