Yuxudan oyanarkən edilən zikrlər
Dua

اَلْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ

Əlhəmdulillə:hilləzi: əhyə:nə: bə'də mə: əmə:tənə: va ileyhin-nuşu:r!

Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra) qayıdış Onadır!

Hədis

عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ قَالَ « بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا » . وَإِذَا اسْتَيْقَظَ مِنْ مَنَامِهِ قَالَ « الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا ، وَإِلَيْهِ النُّشُورُ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ yatmaq istədikdə: “Allahım, Sənin adınla ölür və dirilirəm! – (Bismik-Əlla:hummə əmu:tu va əhyə:!)”, yuxudan oyandıqda isə: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun! (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır!”- deyərdi”.”

Huzeyfə
Səhih

Qeyd

əl-Buxari, 5849, 6324.

İstinad

Müsəlmanın qalası, 1 (Kitab 1, 1)

Hədislərlə müsəlmanın qalası — Yuxudan oyanarkən edilən zikrlər