Yuxudan oyanarkən edilən zikrlər
Dua

لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، سُبْحَانَ اللهِ، وَالْحَمْدُ للهِ، وَلاَ إِلَهَ إِلاَّ اللهُ، وَاللهُ أَكْبَرُ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r, subhə:n-Alla:hi, valhəmdulillə:hi, va lə: ilə:hə illəlla:hu, valla:hu əkbər, va lə: həulə va lə: quvvətə illə: billə:hil-aliyyil-azi:m!

Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Uca və Böyük Allahdadır!

Hədis

عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ حِينَ يَسْتَيْقِظُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، سُبْحَانَ اللهِ ، وَالْحَمْدُ لِلَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ ، ثُمَّ دَعَا رَبِّ اغْفِرْ لِي ، غُفِرَ لَهُ. - قَالَ الْوَلِيدُ : أَوْ قَالَ : دَعَا اسْتُجِيبَ لَهُ ، فَإِنْ قَامَ فَتَوَضَّأَ ثُمَّ صَلَّى ، قُبِلَتْ صَلاَتُهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə oyandıqda: “Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allah pak və müqəddəsdir! Həmd Allahadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Uca və Böyük Allahdadır!” - deyər, sonra dua edib: “Ey Rəbbim, məni bağışla! – (Rabbi ğfirli:!)”- desə, bağışlanar. Dua etsə, duası qəbul olunar, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”

Ubadə ibn əs-Samit
Səhih

Qeyd

İbn Məcə, 3878. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6156.

İstinad

Müsəlmanın qalası, 2 (Kitab 1, 2)

Hədislərlə müsəlmanın qalası — Yuxudan oyanarkən edilən zikrlər