Yuxudan oyanarkən edilən zikrlər
Dua

الْحَمْدُ للهِ الَّذِي عَافَانِي فِي جَسَدِي، وَرَدَّ عَلَيَّ رُوحِي، وَأَذِنَ لِي بِذِكْرِهِ

Əlhəmdulillə:hilləzi: a:fə:ni fi: cəsədi:, va raddə aleyyə ru:hi: va əzinə li: bizikrihi!

Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izn verən Allaha həmd olsun!

Hədis

عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَامَ أَحَدُكُمْ عَنْ فِرَاشِهِ ثُمَّ رَجَعَ إِلَيْهِ فَلْيَنْفُضْهُ بِصَنِفَةِ إِزَارِهِ ثَلاَثَ مَرَّاتٍ ، فَإِنَّهُ لاَ يَدْرِي مَا خَلَفَهُ عَلَيْهِ بَعْدُ ، فَإِذَا اضْطَجَعَ فَلْيَقُلْ : بِاسْمِكَ رَبِّي وَضَعْتُ جَنْبِي ، وَبِكَ أَرْفَعُهُ ، فَإِنْ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا ، وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ ، فَإِذَا اسْتَيْقَظَ فَلْيَقُلْ : الحَمْدُ لِلَّهِ الَّذِي عَافَانِي فِي جَسَدِي ، وَرَدَّ عَلَيَّ رُوحِي وَأَذِنَ لِي بِذِكْرِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz yatağından durduqdan sonra yenidən ora qayıtsa, paltarının ətəyi ilə yatağını üç dəfə çırpıb təmizləsin, çünki o, özündən sonra yatağına nəyin girdiyini bilməz. Yatdığı zaman isə belə desin: “Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru! – (Bismikə Rabbi: vada'tu cənbi: va bikə ərfə'uhu fə in əmsəktə nəfsi: fərhəmhə: va in ərsəltəhə: fəhfəzhə: bimə: təhfəzu bihi i'bə:dəkəs-sa:lihi:n!)”. Oyandıqda da belə desin: “Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izn verən Allaha həmd olsun!””

Əbu Hureyra
Həsən

Qeyd

ət-Tirmizi, 3401, 3729. Hədis həsəndir. Bax: əl-Kəlimut-Tayyib, 34.

İstinad

Müsəlmanın qalası, 3 (Kitab 1, 3)

Hədislərlə müsəlmanın qalası — Yuxudan oyanarkən edilən zikrlər