اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا
Alla:hummə, inni: əs əlukə xayrahə: va əu:zu bikə min şərrihə:!
Allahım, Səndən onun (küləyin) xeyrini diləyirəm və onun şərindən Sənə sığınıram!
Hədis
أَبَا هُرَيْرَةَ يَقُولُ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: الرِّيحُ مِنْ رَوْحِ اللَّهِ، تَأْتِي بِالرَّحْمَةِ وَالْعَذَابِ، فَلاَ تَسُبُّوهَا، وَلَكِنْ سَلُوا اللَّهَ مِنْ خَيْرِهَا، وَتَعَوَّذُوا بِاللَّهِ مِنْ شَرِّهَا.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Külək Allahın mərhəmətindəndir. O, həm rəhmətlə, həm də əzabla gəlir. Elə isə, onu söyməyin. Sadəcə onun xeyrini Allahdan diləyin və onun şərindən Allaha sığının”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 720, 906; Əbu Davud, 5097, 5099. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3564.